< Ezra 7 >

1 Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu
ואחר הדברים האלה במלכות ארתחשסתא מלך פרס עזרא בן שריה בן עזריה בן חלקיה׃
2 Buqqi oğlu Uzzi oğlu
בן שלום בן צדוק בן אחיטוב׃
3 Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu
בן אמריה בן עזריה בן מריות׃
4 Axituv oğlu Sadoq oğlu Şallum oğlu
בן זרחיה בן עזי בן בקי׃
5 Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı.
בן אבישוע בן פינחס בן אלעזר בן אהרן הכהן הראש׃
6 Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.
הוא עזרא עלה מבבל והוא ספר מהיר בתורת משה אשר נתן יהוה אלהי ישראל ויתן לו המלך כיד יהוה אלהיו עליו כל בקשתו׃
7 Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı.
ויעלו מבני ישראל ומן הכהנים והלוים והמשררים והשערים והנתינים אל ירושלם בשנת שבע לארתחשסתא המלך׃
8 Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi.
ויבא ירושלם בחדש החמישי היא שנת השביעית למלך׃
9 O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi.
כי באחד לחדש הראשון הוא יסד המעלה מבבל ובאחד לחדש החמישי בא אל ירושלם כיד אלהיו הטובה עליו׃
10 Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.
כי עזרא הכין לבבו לדרוש את תורת יהוה ולעשת וללמד בישראל חק ומשפט׃
11 Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi:
וזה פרשגן הנשתון אשר נתן המלך ארתחשסתא לעזרא הכהן הספר ספר דברי מצות יהוה וחקיו על ישראל׃
12 «Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş:
ארתחשסתא מלך מלכיא לעזרא כהנא ספר דתא די אלה שמיא גמיר וכענת׃
13 İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin.
מני שים טעם די כל מתנדב במלכותי מן עמה ישראל וכהנוהי ולויא למהך לירושלם עמך יהך׃
14 İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən.
כל קבל די מן קדם מלכא ושבעת יעטהי שליח לבקרא על יהוד ולירושלם בדת אלהך די בידך׃
15 Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür.
ולהיבלה כסף ודהב די מלכא ויעטוהי התנדבו לאלה ישראל די בירושלם משכנה׃
16 Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür.
וכל כסף ודהב די תהשכח בכל מדינת בבל עם התנדבות עמא וכהניא מתנדבין לבית אלההם די בירושלם׃
17 Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz.
כל קבל דנה אספרנא תקנא בכספא דנה תורין דכרין אמרין ומנחתהון ונסכיהון ותקרב המו על מדבחה די בית אלהכם די בירושלם׃
18 Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz.
ומה די עליך ועל אחיך ייטב בשאר כספא ודהבה למעבד כרעות אלהכם תעבדון׃
19 Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver.
ומאניא די מתיהבין לך לפלחן בית אלהך השלם קדם אלה ירושלם׃
20 Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə.
ושאר חשחות בית אלהך די יפל לך למנתן תנתן מן בית גנזי מלכא׃
21 Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin.
ומני אנה ארתחשסתא מלכא שים טעם לכל גזבריא די בעבר נהרה די כל די ישאלנכון עזרא כהנה ספר דתא די אלה שמיא אספרנא יתעבד׃
22 Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin.
עד כסף ככרין מאה ועד חנטין כרין מאה ועד חמר בתין מאה ועד בתין משח מאה ומלח די לא כתב׃
23 Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun?
כל די מן טעם אלה שמיא יתעבד אדרזדא לבית אלה שמיא די למה להוא קצף על מלכות מלכא ובנוהי׃
24 Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur.
ולכם מהודעין די כל כהניא ולויא זמריא תרעיא נתיניא ופלחי בית אלהא דנה מנדה בלו והלך לא שליט למרמא עליהם׃
25 Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən.
ואנת עזרא כחכמת אלהך די בידך מני שפטין ודינין די להון דאנין לכל עמה די בעבר נהרה לכל ידעי דתי אלהך ודי לא ידע תהודעון׃
26 Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın».
וכל די לא להוא עבד דתא די אלהך ודתא די מלכא אספרנא דינה להוא מתעבד מנה הן למות הן לשרשו הן לענש נכסין ולאסורין׃
27 Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı.
ברוך יהוה אלהי אבותינו אשר נתן כזאת בלב המלך לפאר את בית יהוה אשר בירושלם׃
28 Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım.
ועלי הטה חסד לפני המלך ויועציו ולכל שרי המלך הגברים ואני התחזקתי כיד יהוה אלהי עלי ואקבצה מישראל ראשים לעלות עמי׃

< Ezra 7 >