< Ezra 6 >
1 O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı.
達理阿王遂下令,檢查在巴比倫貯藏寶物的檔案室。
2 Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi:
在厄克巴塔納,即在瑪待省的王堡內,發現了一宗案卷,上邊這樣的記載:「備忘錄:
3 «Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki məbədi barədə Kir belə əmr verib: “Bu məbəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin.
居魯士王元年,居魯士曾為耶路撒冷天主的殿宇,頒發上諭:殿宇應予重建,為在那裏舉行祭獻,奉獻火祭;殿應高六十肘,寬六十肘,
4 Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin.
三層用方石,一層用木料修建;所有費用概出自室。
5 Həm də Yerusəlimdəki Allah evindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan məbədə aparılsın. Onları Allahın evinə qoyun”.
此外,凡拿步高王取耶路撒冷殿宇,而運到巴比倫的,天主殿宇的那些金銀器,冊都應歸還,送回耶路撒冷的殿宇內,各放在原處,安置在天主的殿宇內。
6 Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın,
河西州長塔特乃的同僚官員,應退出那地,
7 Allah evinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər.
不可干涉天主殿宇的工程,任憑猶太人的總督和猶太人的長老,在原處重建天主的殿宇。
8 Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin.
此外,我且頒下此旨,諭令你們為協助猶太人的長老,修建天主的殿應行的事:由河西收入王室的賦稅,給那些人撥出充分的經費,不得有誤!
9 Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin.
他們向上天大王,獻全燔祭所需要是牛犢、公綿羊和羔羊,以及麵、鹽、酒和油,應按耶路撒冷的司祭所指定的,每天供應,不得有誤!
10 Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun.
好使他們向上天的大王,奉獻馨香祭,為君王和王孫的長壽祈禱。
11 Əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin.
我今頒下此令:凡有敢刪改此令者,應把他屋內的樑木拆出,堅起來,把他懸在上邊;令他的房屋從此成為糞堆。
12 Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin».
凡有敢刪改此令,對耶路撒冷的天主殿宇,敢於破壞的王侯和人民,願那使己名住在那裏的天主將他毀滅! 我達理阿頒發此令,應悉依照遵行! 」
13 O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər.
於是河西長塔特乃和他們的同僚,全照達理阿王所頒佈的,一一遵行。
14 Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar.
猶太人的長老遂繼續修建,因著先知哈蓋,和依多的兒子匝利亞的鼓勵,進行的很是順利;如此他們遵照以色列天主的旨意,並按照波斯王居魯士和達理阿的諭令,完成了修殿的工程。
15 Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı.
聖殿完工的日期,是在達理阿王在位第六年,「阿達爾」月初三日。
16 İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər.
以色列子民、司祭、肋未人和其餘由充軍歸來的人,興高彩烈,為天主的殿舉行了奉獻禮。
17 Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər.
天主聖殿的奉獻禮,奉獻了牛犢一百頭,公綿羊二百隻,羔羊四百隻;又照以色列支派的數目,a了十二隻公山羊,為贖全叵的罪。
18 Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər.
他們又派定了司祭,按照他們的編制,肋未人,按照他們的班次,在耶路撒冷值班奉侍天主,全照梅瑟書上所記載的。
19 Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər.
由充軍歸來的子民,於正月十四日,舉行了逾越節。
20 Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər.
肋未人全都聖潔了自己,他們既已聖潔了,就為所有充軍歸來的人,並為他們的兄弟司祭和自己,宰殺了逾越節羔羊。
21 Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər.
凡由充軍歸來的以色列子民,並所有戒絕當地民族不潔的人,尋求上主以色列的天主,都吃了逾越節羔羊。
22 Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.
七天之久,歡樂地舉行了無酵節,因為上主使亞述王的心傾向他們,協助了他們修建以色列天主的聖殿,都非常歡樂。