< Ezra 10 >

1 Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı.
Sic ergo orante Esdra, et implorante Deum, et flente, et iacente ante templum Dei, collectus est ad eum de Israel coetus grandis nimis virorum et mulierum et puerorum, et flevit populus fletu multo.
2 Elam övladlarından Yexiel oğlu Şekanya Ezraya müraciət edib dedi: «Biz Allahımıza xəyanət edərək ətrafımızdakı xalqlardan yadelli arvadlar aldıq. Buna baxmayaraq, hələ də İsraillilərin ümidi var.
Et respondit Sechenias filius Iehiel de filiis Aelam, et dixit Esdrae: Nos praevaricati sumus in Deum nostrum, et duximus uxores alienigenas de populis terrae: et nunc, si est poenitentia in Israel super hoc,
3 Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin.
percutiamus foedus cum Domino Deo nostro, ut proiiciamus universas uxores, et eos qui de his nati sunt iuxta voluntatem Domini, et eorum qui timent praeceptum Domini Dei nostri: secundum legem fiat.
4 Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!»
Surge, tuum est decernere, nosque erimus tecum: confortare, et fac.
5 Ezra ayağa qalxdı. Kahinlərin rəhbərlərinə, Levililərə və digər İsraillilərə bu sözü yerinə yetirmələri üçün and içdirdi. Onlar da and içdilər.
Surrexit ergo Esdras, et adiuravit principes Sacerdotum et Levitarum, et omnem Israel ut facerent secundum verbum hoc, et iuraverunt.
6 Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu.
Et surrexit Esdras ante domum Dei, et abiit ad cubiculum Iohanan filii Eliasib, et ingressus est illuc, panem non comedit, et aquam non bibit: lugebat enim transgressionem eorum, qui venerant de captivitate.
7 Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar.
et missa est vox in Iuda et in Ierusalem omnibus filiis transmigrationis, ut congregarentur in Ierusalem:
8 Başçıların və ağsaqqalların məsləhətinə görə üç gün ərzində buraya gəlməyən hər adamın bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq.
et omnis qui non venerit in tribus diebus iuxta consilium principum et seniorum, auferetur universa substantia eius, et ipse abiicietur de coetu transmigrationis.
9 Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu.
Convenerunt igitur omnes viri Iuda, et Beniamin in Ierusalem tribus diebus, ipse est mensis nonus, vigesimo die mensis: et sedit omnis populus in platea domus Dei, trementes pro peccato, et pluviis.
10 Kahin Ezra ayağa qalxıb onlara dedi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız.
Et surrexit Esdras sacerdos, et dixit ad eos: Vos transgressi estis, et duxistis uxores alienigenas ut adderetis super delictum Israel.
11 İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın».
Et nunc date confessionem Domino Deo patrum vestrorum, et facite placitum eius, et separamini a populis terrae, et ab uxoribus alienigenis.
12 Bütün camaat bərkdən cavab verib dedi: «Bəli, haqlısan, sənin sözlərinə əməl etmək bizim borcumuzdur.
Et respondit universa multitudo, dixitque voce magna: Iuxta verbum tuum ad nos, sic fiat.
13 Amma yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur, xalq isə çoxdur. Bu iş bir-iki günün işi deyil. Çünki belə əməllə günahımızı artırmışıq.
Verumtamen quia populus multus est, et tempus pluviae, et non sustinemus stare foris, et opus non est diei unius vel duorum (vehementer quippe peccavimus in sermone isto)
14 Qoy bütün xalqı rəhbərlərimiz təmsil etsin. Bu işə görə Allahımızın coşan qəzəbi soyuyanadək şəhərlərimizdəki hər yadelli arvad alan şəxs şəhər ağsaqqalları və hakimlərlə bərabər təyin olunacaq vaxtda buraya gəlsin».
constituantur principes in universa multitudine: et omnes in civitatibus nostris qui duxerunt uxores alienigenas veniant in temporibus statutis, et cum his seniores per civitatem et civitatem, et iudices eius donec avertatur ira Dei nostri a nobis super peccato hoc.
15 Buna qarşı yalnız Asahel oğlu Yonatan və Tiqva oğlu Yaxzeya çıxdı. Meşullamla Levili Şabbetay da onlara kömək etdi.
Igitur Ionathan filius Azahel, et Iaasia filius Thecue, steterunt super hoc, et Messollam et Sebethai Levites adiuverunt eos:
16 Sürgündən qayıdanlar bu sözə əməl etdi. Kahin Ezra hər nəsildən nəsil başçısını seçib hamısının adını bəyan etdi. Onuncu ayın birində isə oturub bu işi araşdırmağa başladılar.
Feceruntque sic filii transmigrationis. Et abierunt Esdras Sacerdos, et viri principes familiarum in domos patrum suorum, et omnes per nomina sua, et sederunt in die primo mensis decimi ut quaererent rem.
17 Onlar birinci ayın birinci gününə qədər yadelli arvad alanların hamısı barədə lazımi qərar çıxartdılar.
Et consummati sunt omnes viri, qui duxerant uxores alienigenas, usque ad diem primam mensis primi.
18 Kahin övladları arasında yadelli arvad alanlardan bunlar tapıldı: Yosadaqın oğlu Yeşua övladlarından və qardaşlarından Maaseya Eliezer, Yariv və Gedalya.
Et inventi sunt de filiis sacerdotum qui duxerant uxores alienigenas. De filiis Iosue filii Iosedec, et fratres eius, Maasia, et Eliezer, et Iarib, et Godolia.
19 Onlar da arvadlarını boşayacaqlarına dair əlbir oldu və öz təqsirlərinə görə təqsir qurbanı olaraq bir qoç təqdim etdi.
Et dederunt manus suas ut eiicerent uxores suas, et pro delicto suo arietem de ovibus offerrent.
20 İmmer övladlarından Xanani və Zevadya,
Et de filiis Emmer, Hanani, et Zebedia.
21 Xarim övladlarından Maaseya, Eliya, Şemaya, Yexiel, Uzziya,
Et de filiis Harim, Maasia, et Elia, et Semeia, et Iehiel, et Ozias.
22 Paşxur övladlarından Elyoenay, Maaseya, İsmail, Netanel, Yozavad və Elasa;
Et de filiis Pheshur, Elioenai, Maasia, Ismael, Nathanael, Iozabed, et Elasa.
23 Levililərdən: Yozavad, Şimey, Qelaya, yəni Qelita, Petahya, Yəhuda və Eliezer;
Et de filiis Levitarum, Iosabed, et Semei, et Celaia, ipse est Calita, Phataia, Iuda, et Eliezer.
24 İlahiçilərdən: Elyaşiv, məbəd qapıçılarından Şallum, Telem və Uri;
Et de cantoribus, Eliasib. Et de ianitoribus, Sellum, et Telem, et Uri.
25 Digər İsraillilərdən – Paroş övladlarından Ramya, İzziya, Malkiya, Miyamin, Eleazar, Malkiya və Benaya;
Et ex Israel, de filiis Pharos, Remeia, et Iesia, et Melchia, et Miamin, et Eliezer, et Melchia, et Banea.
26 Elam övladlarından Mattanya, Zəkəriyyə, Yexiel, Avdi, Yeremot və Eliya;
Et de filiis Aelam, Mathania, Zacharias, et Iehiel, et Abdi, et Ierimoth, et Elia.
27 Zattu övladlarından Elyoenay, Elyaşiv, Mattanya, Yeremot, Zavad və Aziza;
Et de filiis Zethua, Elioenai, Eliasib, Mathania, et Ierimuth, et Zabad, et Aziza.
28 Bevay övladlarından Yehoxanan, Xananya, Zabbay, Atlay;
Et de filiis Bebai, Iohanan, Hanania, Zabbai, Athalai.
29 Bani övladlarından Meşullam, Malluk, Adaya, Yaşuv, Şeal, Yeremot;
Et de filiis Bani, Mosollam, et Melluch, et Adaia, Iasub, et Saal, et Ramoth.
30 Paxat-Moav övladlarından Adna, Kelal, Benaya, Maaseya, Mattanya, Besalel, Binnuy və Menaşşe;
Et de filiis Phahath Moab, Edna, et Chalal, Bananias, et Maasias, Mathanias, Beseleel, Bennui, et Manasse.
31 Xarim övladlarından Eliezer, İşşiya, Malkiya, Şemaya və Şimeon,
Et de filiis Herem, Eliezer, Iesue, Melchias, Semeias, Simeon,
32 Binyamin, Malluk, Şemarya;
Beniamin, Maloch, Samarias.
33 Xaşum övladlarından Mattenay, Mattata, Zavad, Elifelet, Yeremay, Menaşşe, Şimey;
Et de filiis Hasom, Mathanai, Mathatha, Zabad, Eliphelet, Iermai, Manasse, Semei.
34 Bani övladlarından Maaday, Amram, Uel,
De filiis Bani, Maadi, Amram, et Vel,
35 Benaya, Bedeya, Keluhi,
Baneas, et Badaias, Cheliau,
36 Vanya, Meremot, Elyaşiv,
Vania, Marimuth, et Eliasib,
37 Mattanya, Mattenay, Yaasay,
Mathanias, Mathanai, et Iasi,
38 Bani, Binnuy, Şimey,
et Bani, et Bennui, Semei,
39 Şelemya, Natan, Adaya,
et Salmias, et Nathan, et Adaias,
40 Maknadvay, Şaşay, Şaray,
et Mechnedebai, Sisai, Sarai,
41 Azarel, Şelemya, Şemarya,
Ezrel, et Selemiau, Semeria,
42 Şallum, Amarya, Yusif;
Sellum, Amaria, Ioseph.
43 Nevo övladlarından Yeiel, Mattitya, Zavad, Zevina, Yadday, Yoel və Benaya.
De filiis Nebo, Iehiel, Mathathias, Zabad, Zabina, Ieddu, et Ioal, et Banaia.
44 Bu adamların hamısı yadelli arvad almışdı və bəzilərinin bu arvadlardan uşaqları da var idi.
Omnes hi acceperant uxores alienigenas, et fuerunt ex eis mulieres, quae pepererant filios.

< Ezra 10 >