< Yezekel 8 >
1 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.
第六年六月初五日,我坐在家中;犹大的众长老坐在我面前。在那里主耶和华的灵降在我身上。
2 Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı.
我观看,见有形象仿佛火的形状,从他腰以下的形状有火,从他腰以上有光辉的形状,仿佛光耀的精金。
3 O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu.
他伸出仿佛一只手的样式,抓住我的一绺头发,灵就将我举到天地中间,在 神的异象中,带我到耶路撒冷朝北的内院门口,在那里有触动主怒偶像的坐位,就是惹动忌邪的。
4 Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.
谁知,在那里有以色列 神的荣耀,形状与我在平原所见的一样。
5 O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir.
神对我说:“人子啊,你举目向北观看。”我就举目向北观看,见祭坛门的北边,在门口有这惹忌邪的偶像;
6 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».
又对我说:“人子啊,以色列家所行的,就是在此行这大可憎的事,使我远离我的圣所,你看见了吗?你还要看见另有大可憎的事。”
7 O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var.
他领我到院门口。我观看,见墙上有个窟窿。
8 O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var.
他对我说:“人子啊,你要挖墙。”我一挖墙,见有一门。
9 O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».
他说:“你进去,看他们在这里所行可憎的恶事。”
10 Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib.
我进去一看,谁知,在四面墙上画着各样爬物和可憎的走兽,并以色列家一切的偶像。
11 İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı.
在这些像前有以色列家的七十个长老站立,沙番的儿子雅撒尼亚也站在其中。各人手拿香炉,烟云的香气上腾。
12 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir».
他对我说:“人子啊,以色列家的长老暗中在各人画像屋里所行的,你看见了吗?他们常说:‘耶和华看不见我们;耶和华已经离弃这地。’”
13 O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».
他又说:“你还要看见他们另外行大可憎的事。”
14 O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub.
他领我到耶和华殿外院朝北的门口。谁知,在那里有妇女坐着,为搭模斯哭泣。
15 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».
他对我说:“人子啊,你看见了吗?你还要看见比这更可憎的事。”
16 O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi.
他又领我到耶和华殿的内院。谁知,在耶和华的殿门口、廊子和祭坛中间,约有二十五个人背向耶和华的殿,面向东方拜日头。
17 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir.
他对我说:“人子啊,你看见了吗?犹大家在此行这可憎的事还算为小吗?他们在这地遍行强暴,再三惹我发怒,他们手拿枝条举向鼻前。
18 Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».
因此,我也要以忿怒行事,我眼必不顾惜,也不可怜他们;他们虽向我耳中大声呼求,我还是不听。”