< Yezekel 48 >

1 «Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq.
眾支派按名所得之地記在下面:從北頭,由希特倫往哈馬口,到大馬士革地界上的哈薩‧以難。北邊靠着哈馬地(各支派的地都有東西的邊界),是但的一分。
2 Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着但的地界,從東到西,是亞設的一分。
3 Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着亞設的地界,從東到西,是拿弗他利的一分。
4 Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着拿弗他利的地界,從東到西,是瑪拿西的一分。
5 Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着瑪拿西的地界,從東到西,是以法蓮的一分。
6 Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着以法蓮的地界,從東到西,是呂便的一分。
7 Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着呂便的地界,從東到西,是猶大的一分。
8 Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq.
挨着猶大的地界,從東到西,必有你們所當獻的供地,寬二萬五千肘。從東界到西界,長短與各分之地相同,聖地當在其中。
9 Rəbbə xüsusi olaraq verəcəyiniz payın uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
你們獻與耶和華的供地要長二萬五千肘,寬一萬肘。
10 Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq.
這聖供地要歸與祭司,北長二萬五千肘,西寬一萬肘,東寬一萬肘,南長二萬五千肘。耶和華的聖地當在其中。
11 Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı.
這地要歸與撒督的子孫中成為聖的祭司,就是那守我所吩咐的。當以色列人走迷的時候,他們不像那些利未人走迷了。
12 O yer ölkənin müqəddəs payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq.
這要歸與他們為供地,是全地中至聖的。供地挨着利未人的地界。
13 Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
利未人所得的地要長二萬五千肘,寬一萬肘,與祭司的地界相等,都長二萬五千肘,寬一萬肘。
14 Levililər oranı satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir.
這地不可賣,不可換,初熟之物也不可歸與別人,因為是歸耶和華為聖的。
15 Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında olacaq.
這二萬五千肘前面所剩下五千肘寬之地要作俗用,作為造城蓋房郊野之地。城要在當中。
16 Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac.
城的尺寸乃是如此:北面四千五百肘,南面四千五百肘,東面四千五百肘,西面四千五百肘。
17 Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac.
城必有郊野,向北二百五十肘,向南二百五十肘,向東二百五十肘,向西二百五十肘。
18 Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq.
靠着聖供地的餘地,東長一萬肘,西長一萬肘,要與聖供地相等;其中的土產要作城內工人的食物。
19 İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq.
所有以色列支派中,在城內做工的,都要耕種這地。
20 Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın.
你們所獻的聖供地連歸城之地,是四方的:長二萬五千肘,寬二萬五千肘。
21 Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə məbədin Müqəddəs məkanı oranın ortasında olacaq.
聖供地連歸城之地,兩邊的餘地要歸與王。供地東邊,南北二萬五千肘,東至東界,西邊南北二萬五千肘,西至西界,與各分之地相同,都要歸王。聖供地和殿的聖地要在其中,
22 Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq.
並且利未人之地,與歸城之地的東西兩邊延長之地(這兩地在王地中間),就是在猶大和便雅憫兩界中間,要歸與王。
23 Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək. Sərhədi şərqdən qərbə qədər uzanacaq.
論到其餘的支派,從東到西,是便雅憫的一分。
24 Şimeona bir pay veriləcək. Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着便雅憫的地界,從東到西,是西緬的一分。
25 İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着西緬的地界,從東到西,是以薩迦的一分。
26 Zevuluna bir pay veriləcək. Sərhədi İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着以薩迦的地界,從東到西,是西布倫的一分。
27 Qada bir pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
挨着西布倫的地界,從東到西,是迦得的一分。
28 Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq.
迦得地的南界是從他瑪到米利巴‧加低斯的水,延到埃及小河,直到大海。
29 İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə bəyan edir.
這就是你們要拈鬮分給以色列支派為業之地,乃是他們各支派所得之分。這是主耶和華說的。
30 «Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq.
城的北面四千五百肘。出城之處如下;
31 Şəhərin darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi darvazası.
城的各門要按以色列支派的名字。北面有三門,一為呂便門,一為猶大門,一為利未門;
32 Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan darvazası.
東面四千五百肘,有三門,一為約瑟門,一為便雅憫門,一為但門;
33 Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun darvazası.
南面四千五百肘,有三門,一為西緬門,一為以薩迦門,一為西布倫門;
34 Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali darvazası.
西面四千五百肘,有三門,一為迦得門,一為亞設門,一為拿弗他利門。
35 Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma adlanacaq».
城四圍共一萬八千肘。從此以後,這城的名字必稱為「耶和華的所在」。

< Yezekel 48 >