< Yezekel 46 >

1 Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır.
خداوند یهوه چنین می‌گوید: «دروازه صحن اندرونی که به سمت مشرق متوجه است در شش روز شغل بسته بماند و درروز سبت مفتوح شود و در روز اول ماه گشاده گردد.۱
2 Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın.
و رئیس از راه رواق دروازه بیرونی داخل شود و نزد چهار چوب دروازه بایستد و کاهنان قربانی سوختنی و ذبیحه سلامتی او را بگذرانند واو بر آستانه دروازه سجده نماید، پس بیرون بروداما دروازه تا شام بسته نشود.۲
3 Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin.
و اهل زمین درسبت‌ها و هلال‌ها نزد دهنه آن دروازه به حضورخداوند سجده نمایند.۳
4 Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz altı quzu, bir qoç təqdim etsin.
و قربانی سوختنی که رئیس در روز سبت برای خداوند بگذراند، شش بره بی‌عیب و یک قوچ بی‌عیب خواهد بود.۴
5 Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.
وهدیه آردی‌اش یک ایفا برای هر قوچ باشد وهدیه‌اش برای بره‌ها هر‌چه از دستش برآید و یک هین روغن برای هر ایفا.۵
6 Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin.
و در غره ماه یک گاوجوان بی‌عیب و شش بره و یک قوچ که بی‌عیب باشد.۶
7 Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin.
و هدیه آردی‌اش یک ایفا برای هر گاو ویک ایفا برای هر قوچ و هر‌چه از دستش برآیدبرای بره‌ها و یک هین روغن برای هر ایفا بگذراند.۷
8 Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın.
و هنگامی که رئیس داخل شود از راه رواق دروازه درآید و از همان راه بیرون رود.۸
9 Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın.
وهنگامی که اهل زمین در مواسم به حضورخداوند داخل شوند، آنگاه هر‌که از راه دروازه شمالی به جهت عبادت داخل شود، از راه دروازه جنوبی بیرون رود. و هرکه از راه دروازه جنوبی داخل شود، از راه دروازه شمالی بیرون رود و ازآن دروازه که از آن داخل شده باشد، برنگرددبلکه پیش روی خود بیرون رود.۹
10 Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin, xalqla birgə çıxsın.
و چون ایشان داخل شوند رئیس در میان ایشان داخل شود و چون بیرون روند با هم بیرون روند.۱۰
11 Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.
و هدیه آردی‌اش در عیدها و مواسم یک ایفا برای هر گاوو یک ایفا برای هر قوچ و هر‌چه از دستش برآیدبرای بره‌ها و یک هین روغن برای هر ایفا خواهدبود.۱۱
12 Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.
و چون رئیس هدیه تبرعی را خواه قربانی سوختنی یا ذبایح سلامتی به جهت هدیه تبرعی برای خداوند بگذراند، آنگاه دروازه‌ای را که به سمت مشرق متوجه است بگشایند و او قربانی سوختنی و ذبایح سلامتی خود را بگذراند به طوری که آنها را در روز سبت می‌گذراند. پس بیرون رود و چون بیرون رفت دروازه را ببندند.۱۲
13 Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et.
و یک بره یک ساله بی‌عیب هر روز به جهت قربانی سوختنی برای خداوند خواهی گذرانید، هر صبح آن را بگذران.۱۳
14 Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun.
و هر بامداد هدیه آردی آن را خواهی گذرانید، یعنی یک سدس ایفا و یک ثلث هین روغن که بر آرد نرم پاشیده شود که هدیه آردی دایمی برای خداوند به فریضه ابدی خواهد بود.۱۴
15 Beləcə hər səhər daimi yandırma qurbanı olaraq quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”.
پس بره و هدیه آردی‌اش و روغنش را هر صبح به جهت قربانی سوختنی دایمی خواهند گذرانید.»۱۵
16 Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun.
خداوند یهوه چنین می‌گوید: «چون رئیس بخششی به یکی از پسران خود بدهد، حق ارثیت آن از آن پسرانش خواهد بود و ملک ایشان به رسم ارثیت خواهد بود.۱۶
17 Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun.
لیکن اگر بخششی ازملک موروث خویش به یکی از بندگان خودبدهد، تا سال انفکاک از آن او خواهد بود، پس به رئیس راجع خواهد شد و میراث او فقط از آن پسرانش خواهد بود.۱۷
18 Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».
و رئیس از میراث قوم نگیرد و ملک ایشان را غصب ننماید بلکه پسران خود را از ملک خویش میراث دهد تا قوم من هر کس از ملک خویش پراکنده نشوند.۱۸
19 Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi.
پس مرا ازمدخلی که به پهلوی دروازه بود به حجره های مقدس کاهنان که به سمت شمال متوجه بوددرآورد. و اینک در آنجا بهر دو طرف به سمت مغرب مکانی بود.»۱۹
20 O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».
و مرا گفت: «این است مکانی که کاهنان، قربانی جرم و قربانی گناه را طبخ می‌نمایند وهدیه آردی را می‌پزند تا آنها را به صحن بیرونی به جهت تقدیس نمودن قوم بیرون نیاورند.»۲۰
21 Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var.
پس مرا به صحن بیرونی آورد و مرا به چهار زاویه صحن گردانید و اینک در هر زاویه صحن صحنی بود.۲۱
22 Həyətin dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi.
یعنی در چهار گوشه صحن صحنهای محوطه‌ای بود که طول هر یک چهل وعرضش سی (ذراع ) بود. این چهار را که درزاویه‌ها بود یک مقدار بود.۲۲
23 Dörd həyətin hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək üçün yerlər düzəldilmişdi.
و به گرداگرد آنهابطرف آن چهار طاقها بود و مطبخ‌ها زیر آن طاقهااز هر طرفش ساخته شده بود.۲۳
24 O adam mənə dedi: «Bunlar mətbəxdir. Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq».
و مرا گفت: «اینها مطبخ‌ها می‌باشد که خادمان خانه در آنهاذبایح قوم را طبخ می‌نمایند.»۲۴

< Yezekel 46 >