< Yezekel 42 >

1 O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı.
سپس، آن مرد مرا از خانهٔ خدا به حیاط داخلی بازگرداند و به طرف اتاقهایی برد که در قسمت شمالی حیاط خانهٔ خدا و نزدیک ساختمان غربی بود.
2 Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi.
این اتاقها ساختمانی را به طول پنجاه متر و عرض بیست و پنج متر تشکیل می‌دادند.
3 İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi.
یک طرف این ساختمان رو به فضایی با عرض ده متر در امتداد طول خانهٔ خدا، و طرف دیگرش رو به سنگفرش حیاط بیرونی بود. این ساختمان سه طبقه داشت و اتاقهای طبقهٔ بالایی از اتاقهای طبقهٔ پایینی عقب‌تر بودند.
4 Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı.
جلوی اتاقهای رو به شمال یک راهرو به عرض پنج متر و طول پنجاه متر وجود داشت و درهای ساختمان رو به آن باز می‌شد.
5 Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu.
اتاقهای طبقهٔ بالایی عقب‌تر و در نتیجه از اتاقهای طبقهٔ پایینی تنگ‌تر بودند.
6 Həyətlərdə sütunlar olduğu halda üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi.
اتاقهای طبقهٔ سوم برخلاف سایر اتاقهای حیاط، ستون نداشتند و کوچکتر از اتاقهای طبقات زیرین بودند.
7 Otaqların qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi.
اتاقهای شمالی که به طرف حیاط بیرونی بودند مجموعاً بیست و پنج متر طول داشتند یعنی به اندازهٔ نصف طول ردیف اتاقهای داخلی که به طرف خانهٔ خدا قرار داشت. ولی از انتهای ردیف کوتاهتر اتاقها یک دیوار به موازات اتاقهای دیگر کشیده شده بود.
8 Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə yüz qulac idi.
9 Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi.
از حیاط بیرونی در سمت شرق، یک در به این اتاقها باز می‌شد. در سمت جنوبی خانهٔ خدا نیز ساختمان مشابهی که از دو ردیف اتاق تشکیل شده بود، وجود داشت. این ساختمان نیز بین خانهٔ خدا و حیاط بیرونی قرار داشت.
10 İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi.
11 Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi.
بین دو ردیف اتاقهای این ساختمان، مثل ساختمان شمالی، یک راهرو بود. طول و عرض و شکل درهای خروجی این ساختمان درست مثل آن ساختمان شمالی بود.
12 Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı.
در ابتدای راهرو، به موازات دیوار روبرو که به طرف شرق کشیده شده بود، دری برای ورود به اتاقها قرار داشت.
13 Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir.
آن مرد به من گفت: «این دو ساختمان شمالی و جنوبی که در دو طرف خانهٔ خدا هستند، مقدّس می‌باشند. در آنجا کاهنانی که به حضور خدا قربانی تقدیم می‌کنند، مقدّسترین هدایا را می‌خورند و هدایای آردی، قربانیهای گناه و قربانیهای جرم را در آنها می‌گذارند، زیرا این اتاقها مقدّسند.
14 Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir».
وقتی کاهنان بخواهند از خانهٔ خدا بیرون بروند، باید پیش از رفتن به حیاط بیرونی، لباسهای خود را عوض کنند. آنها باید لباسهای مخصوص خدمت را از تن بیرون بیاورند، چون این لباسها مقدّسند. پیش از ورود به آن قسمتهایی از ساختمان که به روی عموم باز است، باید لباسهای دیگری بپوشند.»
15 O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü.
آن مرد پس از اندازه گرفتن قسمتهای داخلی خانهٔ خدا، مرا از دروازهٔ شرقی بیرون برد تا محوطهٔ بیرون را هم اندازه بگیرد.
16 Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
خانهٔ خدا در یک محوطهٔ مربع شکل محصور بود و طول هر حصار آن دویست و پنجاه متر بود. این حصار دور خانهٔ خدا برای این بود که محل مقدّس را از محل عمومی جدا کند.
17 Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
18 Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
19 Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
20 Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.

< Yezekel 42 >