< Yezekel 40 >

1 Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı.
בעשרים וחמש שנה לגלותנו בראש השנה בעשור לחדש בארבע עשרה שנה אחר אשר הכתה העיר בעצם היום הזה היתה עלי יד יהוה ויבא אתי שמה׃
2 Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi.
במראות אלהים הביאני אל ארץ ישראל ויניחני אל הר גבה מאד ועליו כמבנה עיר מנגב׃
3 Allah məni oraya apardı. Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu.
ויביא אותי שמה והנה איש מראהו כמראה נחשת ופתיל פשתים בידו וקנה המדה והוא עמד בשער׃
4 O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».
וידבר אלי האיש בן אדם ראה בעיניך ובאזניך שמע ושים לבך לכל אשר אני מראה אותך כי למען הראותכה הבאתה הנה הגד את כל אשר אתה ראה לבית ישראל׃
5 Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi.
והנה חומה מחוץ לבית סביב סביב וביד האיש קנה המדה שש אמות באמה וטפח וימד את רחב הבנין קנה אחד וקומה קנה אחד׃
6 Sonra şərqə tərəf olan darvazaya tərəf getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü: eni bir qamış idi. Bir kandarın eni bir qamış idi.
ויבוא אל שער אשר פניו דרך הקדימה ויעל במעלתו וימד את סף השער קנה אחד רחב ואת סף אחד קנה אחד רחב׃
7 Keşikçi otaqlarının hər birinin uzunluğu və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi.
והתא קנה אחד ארך וקנה אחד רחב ובין התאים חמש אמות וסף השער מאצל אולם השער מהבית קנה אחד׃
8 Sonra o, darvaza eyvanını ölçdü:
וימד את אלם השער מהבית קנה אחד׃
9 eni səkkiz qulac idi. Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə baxırdı.
וימד את אלם השער שמנה אמות ואילו שתים אמות ואלם השער מהבית׃
10 Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün də ölçüsü bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir idi.
ותאי השער דרך הקדים שלשה מפה ושלשה מפה מדה אחת לשלשתם ומדה אחת לאילם מפה ומפו׃
11 O, darvazanın astanasının enini ölçdü: on qulac idi. Darvazanın uzunluğu isə on üç qulac idi.
וימד את רחב פתח השער עשר אמות ארך השער שלוש עשרה אמות׃
12 Hər iki tərəfdə olan keşikçi otaqlarının qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var idi. Hər iki tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac idi.
וגבול לפני התאות אמה אחת ואמה אחת גבול מפה והתא שש אמות מפו ושש אמות מפו׃
13 Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan keşikçi otaqlarının arxa divarlarının arasını ölçdü: iyirmi beş qulac idi.
וימד את השער מגג התא לגגו רחב עשרים וחמש אמות פתח נגד פתח׃
14 Sütunları ölçdü: altmış qulac idi. Darvazanın ətrafındakı həyət sütunlara qədər uzanırdı.
ויעש את אילים ששים אמה ואל איל החצר השער סביב סביב׃
15 Darvazanın astanasından eyvanın sonuna qədər məsafə əlli qulac idi.
ועל פני השער היאתון על לפני אלם השער הפנימי חמשים אמה׃
16 Darvazanın içəri tərəfinin hər yanında keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi. Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları üzərində xurma ağacı təsvirləri var idi.
וחלונות אטמות אל התאים ואל אליהמה לפנימה לשער סביב סביב וכן לאלמות וחלונות סביב סביב לפנימה ואל איל תמרים׃
17 O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol var idi. Daş yol boyunca otuz otaq var idi.
ויביאני אל החצר החיצונה והנה לשכות ורצפה עשוי לחצר סביב סביב שלשים לשכות אל הרצפה׃
18 Darvazaların hər iki tərəfindəki daş yolun eni qapıların uzunluğu qədər idi. Bu, aşağı daş yol idi.
והרצפה אל כתף השערים לעמת ארך השערים הרצפה התחתונה׃
19 O adam həyətin enini aşağı darvazadan içəri həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz qulac idi.
וימד רחב מלפני השער התחתונה לפני החצר הפנימי מחוץ מאה אמה הקדים והצפון׃
20 O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü.
והשער אשר פניו דרך הצפון לחצר החיצונה מדד ארכו ורחבו׃
21 Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
ותאו שלושה מפו ושלשה מפו ואילו ואלמו היה כמדת השער הראשון חמשים אמה ארכו ורחב חמש ועשרים באמה׃
22 Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pillə ilə çıxırdılar, bunların qarşısında eyvan var idi.
וחלונו ואלמו ותמרו כמדת השער אשר פניו דרך הקדים ובמעלות שבע יעלו בו ואילמו לפניהם׃
23 Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi.
ושער לחצר הפנימי נגד השער לצפון ולקדים וימד משער אל שער מאה אמה׃
24 O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.
ויולכני דרך הדרום והנה שער דרך הדרום ומדד אילו ואילמו כמדות האלה׃
25 O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
וחלונים לו ולאילמו סביב סביב כהחלנות האלה חמשים אמה ארך ורחב חמש ועשרים אמה׃
26 Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi.
ומעלות שבעה עלותו ואלמו לפניהם ותמרים לו אחד מפו ואחד מפו אל אילו׃
27 İçəri həyətin cənuba baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi.
ושער לחצר הפנימי דרך הדרום וימד משער אל השער דרך הדרום מאה אמות׃
28 O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.
ויביאני אל חצר הפנימי בשער הדרום וימד את השער הדרום כמדות האלה׃
29 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
ותאו ואילו ואלמו כמדות האלה וחלונות לו ולאלמו סביב סביב חמשים אמה ארך ורחב עשרים וחמש אמות׃
30 Hər tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi.
ואלמות סביב סביב ארך חמש ועשרים אמה ורחב חמש אמות׃
31 Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pillə ilə çıxırdılar.
ואלמו אל חצר החצונה ותמרים אל אילו ומעלות שמונה מעלו׃
32 O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi.
ויביאני אל החצר הפנימי דרך הקדים וימד את השער כמדות האלה׃
33 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
ותאו ואלו ואלמו כמדות האלה וחלונות לו ולאלמו סביב סביב ארך חמשים אמה ורחב חמש ועשרים אמה׃
34 Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
ואלמו לחצר החיצונה ותמרים אל אלו מפו ומפו ושמנה מעלות מעלו׃
35 Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi.
ויביאני אל שער הצפון ומדד כמדות האלה׃
36 Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
תאו אלו ואלמו וחלונות לו סביב סביב ארך חמשים אמה ורחב חמש ועשרים אמה׃
37 Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
ואילו לחצר החיצונה ותמרים אל אילו מפו ומפו ושמנה מעלות מעלו׃
38 İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu.
ולשכה ופתחה באילים השערים שם ידיחו את העלה׃
39 Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi.
ובאלם השער שנים שלחנות מפו ושנים שלחנות מפה לשחוט אליהם העולה והחטאת והאשם׃
40 Eyvanın bayır divarının yanında, şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da var idi.
ואל הכתף מחוצה לעולה לפתח השער הצפונה שנים שלחנות ואל הכתף האחרת אשר לאלם השער שנים שלחנות׃
41 Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi.
ארבעה שלחנות מפה וארבעה שלחנות מפה לכתף השער שמונה שלחנות אליהם ישחטו׃
42 Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular.
וארבעה שלחנות לעולה אבני גזית ארך אמה אחת וחצי ורחב אמה אחת וחצי וגבה אמה אחת אליהם ויניחו את הכלים אשר ישחטו את העולה בם והזבח׃
43 Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc uzunluğunda idi. Masalar təqdim edilən heyvanın əti üçün nəzərdə tutulmuşdu.
והשפתים טפח אחד מוכנים בבית סביב סביב ואל השלחנות בשר הקרבן׃
44 İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün otaqlar var idi. Bunlardan biri şimal darvazasının yanında idi və cənuba baxırdı, o biri cənub darvazasının yanında idi və şimala baxırdı.
ומחוצה לשער הפנימי לשכות שרים בחצר הפנימי אשר אל כתף שער הצפון ופניהם דרך הדרום אחד אל כתף שער הקדים פני דרך הצפן׃
45 O adam mənə dedi: «Cənuba baxan otaq məbəd üçün cavabdeh olan kahinlərə məxsusdur.
וידבר אלי זה הלשכה אשר פניה דרך הדרום לכהנים שמרי משמרת הבית׃
46 Şimala baxan otaq isə qurbangah üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır».
והלשכה אשר פניה דרך הצפון לכהנים שמרי משמרת המזבח המה בני צדוק הקרבים מבני לוי אל יהוה לשרתו׃
47 O adam həyəti ölçdü: həyət dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. Məbədin önündə qurbangah var idi.
וימד את החצר ארך מאה אמה ורחב מאה אמה מרבעת והמזבח לפני הבית׃
48 Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan taxtalarını ölçdü. Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac idi. Darvazanın hər iki tərəfinin eni isə üç qulac idi.
ויבאני אל אלם הבית וימד אל אלם חמש אמות מפה וחמש אמות מפה ורחב השער שלש אמות מפו ושלש אמות מפו׃
49 Eyvanın uzunluğu iyirmi qulac, eni on iki qulac idi. Oraya pilləkənlə çıxırdılar. Darvazanın yan taxtalarının yanında iki sütun var idi: biri bu tərəfində, digəri isə o tərəfində idi.
ארך האלם עשרים אמה ורחב עשתי עשרה אמה ובמעלות אשר יעלו אליו ועמדים אל האילים אחד מפה ואחד מפה׃

< Yezekel 40 >