< Yezekel 39 >
1 Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
“人子啊,你要向歌革发预言攻击他,说主耶和华如此说:罗施、米设、土巴的王歌革啊,我与你为敌。
2 Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
我必调转你,领你前往,使你从北方的极处上来,带你到以色列的山上。
3 Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
我必从你左手打落你的弓,从你右手打掉你的箭。
4 Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.
你和你的军队,并同着你的列国人,都必倒在以色列的山上。我必将你给各类的鸷鸟和田野的走兽作食物。
5 Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
你必倒在田野,因为我曾说过。这是主耶和华说的。
6 Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.
我要降火在玛各和海岛安然居住的人身上,他们就知道我是耶和华。
7 Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
“我要在我民以色列中显出我的圣名,也不容我的圣名再被亵渎,列国人就知道我是耶和华—以色列中的圣者。
8 Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.
主耶和华说:这日事情临近,也必成就,乃是我所说的日子。
9 Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
“住以色列城邑的人必出去和捡器械,就是大小盾牌、弓箭、梃杖、枪矛,都当柴烧火,直烧七年,
10 Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
甚至他们不必从田野捡柴,也不必从树林伐木;因为他们要用器械烧火,并且抢夺那抢夺他们的人,掳掠那掳掠他们的人。这是主耶和华说的。”
11 “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.
“当那日,我必将以色列地的谷,就是海东人所经过的谷,赐给歌革为坟地,使经过的人到此停步。在那里人必葬埋歌革和他的群众,就称那地为哈们·歌革谷。
12 Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.
以色列家的人必用七个月葬埋他们,为要洁净全地。
13 Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.
全地的居民都必葬埋他们。当我得荣耀的日子,这事必叫他们得名声。这是主耶和华说的。
14 “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
他们必分派人时常巡查遍地,与过路的人一同葬埋那剩在地面上的尸首,好洁净全地。过了七个月,他们还要巡查。
15 Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
巡查遍地的人要经过全地,见有人的骸骨,就在旁边立一标记,等葬埋的人来将骸骨葬在哈们·歌革谷。
16 Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
他们必这样洁净那地,并有一城名叫哈摩那。
17 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
“人子啊,主耶和华如此说:你要对各类的飞鸟和田野的走兽说:你们聚集来吧,要从四方聚到我为你们献祭之地,就是在以色列山上献大祭之地,好叫你们吃肉、喝血。
18 Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.
你们必吃勇士的肉,喝地上首领的血,就如吃公绵羊、羊羔、公山羊、公牛,都是巴珊的肥畜。
19 Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.
你们吃我为你们所献的祭,必吃饱了脂油,喝醉了血。
20 Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.
你们必在我席上饱吃马匹和坐车的人,并勇士和一切的战士。这是主耶和华说的。”
21 “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
“我必显我的荣耀在列国中;万民就必看见我所行的审判与我在他们身上所加的手。
22 Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
这样,从那日以后,以色列家必知道我是耶和华—他们的 神。
23 Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
列国人也必知道以色列家被掳掠是因他们的罪孽。他们得罪我,我就掩面不顾,将他们交在敌人手中,他们便都倒在刀下。
24 Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
我是照他们的污秽和罪过待他们,并且我掩面不顾他们。”
25 Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.
主耶和华如此说:“我要使雅各被掳的人归回,要怜悯以色列全家,又为我的圣名发热心。
26 Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
他们在本地安然居住,无人惊吓,是我将他们从万民中领回,从仇敌之地召来。我在许多国的民眼前,在他们身上显为圣的时候,他们要担当自己的羞辱和干犯我的一切罪。
27 Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.
28 Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
因我使他们被掳到外邦人中,后又聚集他们归回本地,他们就知道我是耶和华—他们的 神;我必不再留他们一人在外邦。
29 Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
我也不再掩面不顾他们,因我已将我的灵浇灌以色列家。这是主耶和华说的。”