< Yezekel 38 >

1 Mənə Rəbbin bu sözü nazil oldu:
ויהי דבר יהוה אלי לאמר
2 «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki,
בן אדם שים פניך אל גוג ארץ המגוג--נשיא ראש משך ותבל והנבא עליו
3 Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
ואמרת כה אמר אדני יהוה הנני אליך גוג--נשיא ראש משך ותבל
4 Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam.
ושובבתיך ונתתי חחים בלחייך והוצאתי אותך ואת כל חילך סוסים ופרשים לבשי מכלול כלם--קהל רב צנה ומגן תפשי חרבות כלם
5 Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları,
פרס כוש ופוט אתם כלם מגן וכובע
6 Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam.
גמר וכל אגפיה--בית תוגרמה ירכתי צפון ואת כל אגפיו עמים רבים אתך
7 Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan.
הכן והכן לך--אתה וכל קהלך הנקהלים עליך והיית להם למשמר
8 Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq.
מימים רבים תפקד--באחרית השנים תבוא אל ארץ משובבת מחרב מקבצת מעמים רבים על הרי ישראל אשר היו לחרבה תמיד והיא מעמים הוצאה וישבו לבטח כלם
9 Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.
ועלית כשאה תבוא כענן לכסות הארץ תהיה--אתה וכל אגפיך ועמים רבים אותך
10 Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub
כה אמר אדני יהוה והיה ביום ההוא יעלו דברים על לבבך וחשבת מחשבת רעה
11 deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur.
ואמרת אעלה על ארץ פרזות--אבוא השקטים ישבי לבטח כלם ישבים באין חומה ובריח ודלתים אין להם
12 Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan.
לשלל שלל ולבז בז--להשיב ידך על חרבות נושבות ואל עם מאסף מגוים עשה מקנה וקנין ישבי על טבור הארץ
13 Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›”
שבא ודדן וסחרי תרשיש וכל כפיריה יאמרו לך הלשלל שלל אתה בא הלבז בז הקהלת קהלך--לשאת כסף וזהב לקחת מקנה וקנין לשלל שלל גדול
14 Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi?
לכן הנבא בן אדם ואמרת לגוג כה אמר אדני יהוה הלוא ביום ההוא בשבת עמי ישראל לבטח--תדע
15 Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən.
ובאת ממקומך מירכתי צפון--אתה ועמים רבים אתך רכבי סוסים כלם קהל גדול וחיל רב
16 Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”.
ועלית על עמי ישראל כענן לכסות הארץ באחרית הימים תהיה והבאותיך על ארצי למען דעת הגוים אתי בהקדשי בך לעיניהם גוג
17 Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi.
כה אמר אדני יהוה האתה הוא אשר דברתי בימים קדמונים ביד עבדי נביאי ישראל הנבאים בימים ההם שנים--להביא אתך עליהם
18 O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb.
והיה ביום ההוא ביום בוא גוג על אדמת ישראל--נאם אדני יהוה תעלה חמתי באפי
19 “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq.
ובקנאתי באש עברתי דברתי אם לא ביום ההוא יהיה רעש גדול על אדמת ישראל
20 Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq.
ורעשו מפני דגי הים ועוף השמים וחית השדה וכל הרמש הרמש על האדמה וכל האדם אשר על פני האדמה ונהרסו ההרים ונפלו המדרגות וכל חומה לארץ תפול
21 Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək.
וקראתי עליו לכל הרי חרב נאם אדני יהוה חרב איש באחיו תהיה
22 Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam.
ונשפטתי אתו בדבר ובדם וגשם שוטף ואבני אלגביש אש וגפרית אמטיר עליו ועל אגפיו ועל עמים רבים אשר אתו
23 Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.
והתגדלתי והתקדשתי ונודעתי לעיני גוים רבים וידעו כי אני יהוה

< Yezekel 38 >