< Yezekel 35 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
耶和华的话又临到我说:
2 «Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun əleyhinə peyğəmbərlik edib
“人子啊,你要面向西珥山发预言,攻击它,
3 söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən sənin əleyhinəyəm. Mən əlimi sənə qarşı uzadacaq, Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm.
对它说,主耶和华如此说:西珥山哪,我与你为敌,必向你伸手攻击你,使你荒凉,令人惊骇。
4 Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm.
我必使你的城邑变为荒场,成为凄凉。你就知道我是耶和华。
5 Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt zirvəyə yetəndə onları qılınca təslim etmisən”.
因为你永怀仇恨,在以色列人遭灾、罪孽到了尽头的时候,将他们交与刀剑,
6 Buna görə də Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək.
所以主耶和华说:我指着我的永生起誓,我必使你遭遇流血的报应,罪必追赶你;你既不恨恶杀人流血,所以这罪必追赶你。
7 Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm.
我必使西珥山荒凉,令人惊骇,来往经过的人我必剪除。
8 Dağlarını ölülərlə dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb həlak olacaq.
我必使西珥山满有被杀的人。被刀杀的,必倒在你小山和山谷,并一切的溪水中。
9 Səni əbədi olaraq xarabalığa çevirəcəyəm, Şəhərlərində heç kəs yaşamayacaq. Onda biləcəksən ki, Rəbb Mənəm.
我必使你永远荒凉,使你的城邑无人居住,你的民就知道我是耶和华。
10 Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq, onları özümə mülk edəcəyəm›”.
“因为你曾说:‘这二国这二邦必归于我,我必得为业’(其实耶和华仍在那里),
11 Buna görə də Xudavənd Rəbb belə bəyan edir: “Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara da Özümü göstərəcəyəm.
所以主耶和华说:我指着我的永生起誓,我必照你的怒气和你从仇恨中向他们所发的嫉妒待你。我审判你的时候,必将自己显明在他们中间。
12 O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular, yeyilmək üçün bizə verildilər›.
你也必知道我—耶和华听见了你的一切毁谤,就是你攻击以色列山的话,说:‘这些山荒凉,是归我们吞灭的。’
13 Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”.
你们也用口向我夸大,增添与我反对的话,我都听见了。
14 Xudavənd Rəbb belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm.
主耶和华如此说:全地欢乐的时候,我必使你荒凉。
15 İsrail xalqının irsi yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
你怎样因以色列家的地业荒凉而喜乐,我必照你所行的待你。西珥山哪,你和以东全地必都荒凉。你们就知道我是耶和华。”