< Yezekel 28 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
耶和华的话又临到我说:
2 «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan.
“人子啊,你对泰尔君王说,主耶和华如此说: 因你心里高傲,说:我是神; 我在海中坐神之位。 你虽然居心自比神, 也不过是人,并不是神!
3 Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz.
看哪,你比但以理更有智慧, 什么秘事都不能向你隐藏。
4 Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın.
你靠自己的智慧聪明得了金银财宝, 收入库中。
5 Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”.
你靠自己的大智慧和贸易增添资财, 又因资财心里高傲。
6 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın,
所以主耶和华如此说: 因你居心自比神,
7 Mən də yadelliləri, ən rəhmsiz millətləri Üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə Qılınc çəkib Əzəmətini murdarlayacaq.
我必使外邦人, 就是列国中的强暴人临到你这里; 他们必拔刀砍坏你用智慧得来的美物, 亵渎你的荣光。
8 Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda Dəhşətli bir ölümlə məhv olacaqsan.
他们必使你下坑; 你必死在海中, 与被杀的人一样。
9 Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində Sən Allah deyil, insansan.
在杀你的人面前你还能说“我是神”吗? 其实你在杀害你的人手中, 不过是人,并不是神。
10 Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir».
你必死在外邦人手中, 与未受割礼的人一样, 因为这是主耶和华说的。”
11 Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
耶和华的话临到我说:
12 “Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi.
“人子啊,你为泰尔王作起哀歌,说主耶和华如此说: 你无所不备, 智慧充足,全然美丽。
13 Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı.
你曾在伊甸 神的园中, 佩戴各样宝石, 就是红宝石、红璧玺、金钢石、 水苍玉、红玛瑙、碧玉、 蓝宝石、绿宝石、红玉,和黄金; 又有精美的鼓笛在你那里, 都是在你受造之日预备齐全的。
14 Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin.
你是那受膏遮掩约柜的基路伯; 我将你安置在 神的圣山上; 你在发光如火的宝石中间往来。
15 Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin.
你从受造之日所行的都完全, 后来在你中间又察出不义。
16 Bol ticarətindən ötrü İçin zorakılıqla doldu, Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv!
因你贸易很多, 就被强暴的事充满,以致犯罪, 所以我因你亵渎圣地, 就从 神的山驱逐你。 遮掩约柜的基路伯啊, 我已将你从发光如火的宝石中除灭。
17 Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim.
你因美丽心中高傲, 又因荣光败坏智慧, 我已将你摔倒在地, 使你倒在君王面前, 好叫他们目睹眼见。
18 Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim.
你因罪孽众多, 贸易不公, 就亵渎你那里的圣所。 故此,我使火从你中间发出,烧灭你, 使你在所有观看的人眼前变为地上的炉灰。
19 Xalqlar arasında səni tanıyanlar Fəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”».
各国民中,凡认识你的, 都必为你惊奇。 你令人惊恐, 不再存留于世,直到永远。”
20 Mənə Rəbbin bu sözü nazil oldu:
耶和华的话临到我说:
21 «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,
“人子啊,你要向西顿预言攻击她,
22 Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm, Sənin içində izzət qazanacağam. Mən sakinlərini cəzalandırıb Onların arasında müqəddəs tutulanda Biləcəklər ki, Rəbb Mənəm.
说主耶和华如此说: 西顿哪,我与你为敌, 我必在你中间得荣耀。 我在你中间施行审判、显为圣的时候, 人就知道我是耶和华。
23 Əhalinin içinə vəba, Küçələrinə qan göndərəcəyəm. Hər tərəfdən onların üstünə gələn qılıncla Vurulub həlak olacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm.
我必使瘟疫进入西顿, 使血流在她街上。 被杀的必在其中仆倒, 四围有刀剑临到她, 人就知道我是耶和华。”
24 İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
“四围恨恶以色列家的人,必不再向他们作刺人的荆棘,伤人的蒺藜,人就知道我是主耶和华。”
25 Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.
主耶和华如此说:“我将分散在万民中的以色列家招聚回来,向他们在列邦人眼前显为圣的时候,他们就在我赐给我仆人雅各之地,仍然居住。
26 Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
他们要在这地上安然居住。我向四围恨恶他们的众人施行审判以后,他们要盖造房屋,栽种葡萄园,安然居住,就知道我是耶和华—他们的 神。”