< Yezekel 20 >
1 Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu.
第七年五月初十日,有以色列的几个长老来求问耶和华,坐在我面前。
2 Mənə Rəbbin bu sözü nazil oldu:
耶和华的话临到我说:
3 «Ey bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
“人子啊,你要告诉以色列的长老说,主耶和华如此说:你们来是求问我吗?主耶和华说:我指着我的永生起誓,我必不被你们求问。
4 Onları mühakimə edəcəksənmi, ey bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki,
人子啊,你要审问审问他们吗?你当使他们知道他们列祖那些可憎的事,
5 Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim.
对他们说,主耶和华如此说:当日我拣选以色列,向雅各家的后裔起誓,在埃及地将自己向他们显现,说:我是耶和华—你们的 神。
6 O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam.
那日我向他们起誓,必领他们出埃及地,到我为他们察看的流奶与蜜之地;那地在万国中是有荣耀的。
7 Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›.
我对他们说,你们各人要抛弃眼所喜爱那可憎之物,不可因埃及的偶像玷污自己。我是耶和华—你们的 神。
8 Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›.
他们却悖逆我,不肯听从我,不抛弃他们眼所喜爱那可憎之物,不离弃埃及的偶像。 “我就说,我要将我的忿怒倾在他们身上,在埃及地向他们成就我怒中所定的。
9 Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim.
我却为我名的缘故没有这样行,免得我名在他们所住的列国人眼前被亵渎;我领他们出埃及地,在这列国人的眼前将自己向他们显现。
10 Mən onları Misir torpağından çıxarıb səhraya gətirdim.
这样,我就使他们出埃及地,领他们到旷野,
11 Onlara qaydalarımı verib hökmlərimi bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar.
将我的律例赐给他们,将我的典章指示他们;人若遵行就必因此活着。
12 Onlara Öz Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis edənin Mən Rəbb olduğunu bilsinlər.
又将我的安息日赐给他们,好在我与他们中间为证据,使他们知道我—耶和华是叫他们成为圣的。
13 Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı üstlərinə tökəcəyəm›.
以色列家却在旷野悖逆我,不顺从我的律例,厌弃我的典章(人若遵行就必因此活着),大大干犯我的安息日。 “我就说,要在旷野将我的忿怒倾在他们身上,灭绝他们。
14 Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən çıxarmışdım.
我却为我名的缘故,没有这样行,免得我的名在我领他们出埃及的列国人眼前被亵渎。
15 Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan, özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm.
并且我在旷野向他们起誓,必不领他们进入我所赐给他们流奶与蜜之地(那地在万国中是有荣耀的);
16 Çünki hökmlərimi rədd etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi.
因为他们厌弃我的典章,不顺从我的律例,干犯我的安息日,他们的心随从自己的偶像。
17 Ancaq Mənim onlara yazığım gəldi, onları həlak etmədim və səhrada qırıb-çatmadım.
虽然如此,我眼仍顾惜他们,不毁灭他们,不在旷野将他们灭绝净尽。
18 Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın.
“我在旷野对他们的儿女说:不要遵行你们父亲的律例,不要谨守他们的恶规,也不要因他们的偶像玷污自己。
19 Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar edin, hökmlərimə riayət edin və onlara əməl edin.
我是耶和华—你们的 神,你们要顺从我的律例,谨守遵行我的典章,
20 Şənbə günlərimi təqdis edin. Qoy onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm›.
且以我的安息日为圣。这日在我与你们中间为证据,使你们知道我是耶和华—你们的 神。
21 Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›.
只是他们的儿女悖逆我,不顺从我的律例,也不谨守遵行我的典章(人若遵行就必因此活着),干犯我的安息日。 “我就说,要将我的忿怒倾在他们身上,在旷野向他们成就我怒中所定的。
22 Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını çıxarmışdım.
虽然如此,我却为我名的缘故缩手没有这样行,免得我的名在我领他们出埃及的列国人眼前被亵渎。
23 Mən səhrada özlərinə and içib dedim ki, onları millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
并且我在旷野向他们起誓,必将他们分散在列国,四散在列邦;
24 Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi.
因为他们不遵行我的典章,竟厌弃我的律例,干犯我的安息日,眼目仰望他们父亲的偶像。
25 Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən hökmlər verdim.
我也任他们遵行不美的律例,谨守不能使人活着的恶规。
26 İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy bilsinlər ki, Rəbb Mənəm”.
因他们将一切头生的经火,我就任凭他们在这供献的事上玷污自己,好叫他们凄凉,使他们知道我是耶和华。
27 Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr etdi.
“人子啊,你要告诉以色列家说,主耶和华如此说:你们的列祖在得罪我的事上亵渎我;
28 Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər.
因为我领他们到了我起誓应许赐给他们的地,他们看见各高山、各茂密树,就在那里献祭,奉上惹我发怒的供物,也在那里焚烧馨香的祭牲,并浇上奠祭。
29 Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama adlanır”.
我就对他们说:你们所上的那高处叫什么呢?(那高处的名字叫巴麻直到今日。)
30 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar edərsinizmi?
所以你要对以色列家说,主耶和华如此说:你们仍照你们列祖所行的玷污自己吗?仍照他们可憎的事行邪淫吗?
31 İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm.
你们奉上供物使你们儿子经火的时候,仍将一切偶像玷污自己,直到今日吗?以色列家啊,我岂被你们求问吗?主耶和华说:我指着我的永生起誓,我必不被你们求问。
32 Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək. Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”.
“你们说:我们要像外邦人和列国的宗族一样,去事奉木头与石头。你们所起的这心意万不能成就。”
33 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm.
主耶和华说:“我指着我的永生起誓,我总要作王,用大能的手和伸出来的膀臂,并倾出来的忿怒,治理你们。
34 Mən sizi qüdrətli əllə, uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən bir yerə toplayacağam.
我必用大能的手和伸出来的膀臂,并倾出来的忿怒,将你们从万民中领出来,从分散的列国内聚集你们。
35 Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə edəcəyəm.
我必带你们到外邦人的旷野,在那里当面刑罚你们。
36 Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi də eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
我怎样在埃及地的旷野刑罚你们的列祖,也必照样刑罚你们。这是主耶和华说的。
37 “Sizi əsanın altından keçirəcək və əhdlə bağlayacağam.
我必使你们从杖下经过,使你们被约拘束。
38 Sizin aranızdan Mənə qarşı üsyankar olanları və qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam, ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
我必从你们中间除净叛逆和得罪我的人,将他们从所寄居的地方领出来,他们却不得入以色列地。你们就知道我是耶和华。
39 Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”.
“以色列家啊,至于你们,主耶和华如此说:从此以后若不听从我,就任凭你们去事奉偶像,只是不可再因你们的供物和偶像亵渎我的圣名。
40 Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi sizdən qəbul edəcəyəm.
“主耶和华说:在我的圣山,就是以色列高处的山,所有以色列的全家都要事奉我。我要在那里悦纳你们,向你们要供物和初熟的土产,并一切的圣物。
41 Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam.
我从万民中领你们出来,从分散的列国内聚集你们,那时我必悦纳你们好像馨香之祭,要在外邦人眼前在你们身上显为圣。
42 Sizi atalarınıza verməyi vəd etdiyim torpağa – İsrail torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb Mənəm.
我领你们进入以色列地,就是我起誓应许赐给你们列祖之地,那时你们就知道我是耶和华。
43 Orada əməllərinizi və bütün işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz.
你们在那里要追念玷污自己的行动作为,又要因所做的一切恶事厌恶自己。
44 Ey İsrail nəsli, pis əməllərinizə və pozğun işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki, Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir».
主耶和华说:以色列家啊,我为我名的缘故,不照着你们的恶行和你们的坏事待你们;你们就知道我是耶和华。”
45 Mənə yenə Rəbbin sözü nazil oldu:
耶和华的话临到我说:
46 «Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə qarşı peyğəmbərlik et.
“人子啊,你要面向南方,向南滴下预言攻击南方田野的树林。
47 Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq.
对南方的树林说,要听耶和华的话。主耶和华如此说:我必使火在你中间着起,烧灭你中间的一切青树和枯树,猛烈的火焰必不熄灭。从南到北,人的脸面都被烧焦。
48 Bütün bəşər görəcək ki, odu Mən Rəbb alışdırdım və o sönməyəcək”».
凡有血气的都必知道是我—耶和华使火着起,这火必不熄灭。”
49 Mən dedim: «Ah, ya Xudavənd Rəbb! Onlar mənim barəmdə belə deyir: “Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?”»
于是我说:“哎!主耶和华啊,人都指着我说:他岂不是说比喻的吗?”