< Yezekel 18 >
1 Mənə Rəbbin bu sözü nazil oldu:
耶和華的話又臨到我說:
2 «Siz İsrail torpağı üçün “Atalar kal üzüm yedi, Oğulların dişi qamaşır” məsəlini söyləyərək nə demək istəyirsiniz?
「你們在以色列地怎麼用這俗語說『父親吃了酸葡萄,兒子的牙酸倒了』呢?」
3 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz.
主耶和華說:「我指着我的永生起誓,你們在以色列中,必不再有用這俗語的因由。
4 Axı bütün adamlar Mənimdir: atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam öləcək.
看哪,世人都是屬我的;為父的怎樣屬我,為子的也照樣屬我;犯罪的,他必死亡。
5 Əgər bir adam salehdirsə, Ədalətli və saleh işlər görürsə,
「人若是公義,且行正直與合理的事:
6 Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə, Aybaşı olan qadınla yaxınlıq etmirsə,
未曾在山上吃過祭偶像之物,未曾仰望以色列家的偶像,未曾玷污鄰舍的妻,未曾在婦人的經期內親近她,
7 Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,
未曾虧負人,乃將欠債之人的當頭還給他;未曾搶奪人的物件,卻將食物給飢餓的人吃,將衣服給赤身的人穿;
8 Sələmlə borc pul vermirsə, Müamilə götürmürsə, Pis əməldən çəkinirsə, İki adam arasında ədalətlə mühakimə edirsə,
未曾向借錢的弟兄取利,也未曾向借糧的弟兄多要,縮手不作罪孽,在兩人之間,按至理判斷;
9 Mənim qaydalarıma görə rəftar edirsə, Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir və Əlbəttə, yaşayacaq” Xudavənd Rəbb belə bəyan edir.
遵行我的律例,謹守我的典章,按誠實行事-這人是公義的,必定存活。這是主耶和華說的。
10 “Deyək ki bu adamın bir oğlu olur. Əgər bu oğul zorakılıq edib qan tökürsə, Soydaşına qarşı bu işlərdən birini görürsə,
「他若生一個兒子,作強盜,是流人血的,不行以上所說之善,反行其中之惡,乃在山上吃過祭偶像之物,並玷污鄰舍的妻,
11 Atası bunlardan heç birini etmədiyi halda, Oğul dağlarda gətirilən qurbandan yeyirsə, Qonşusunun arvadını ləkələyirsə,
12 Fəqirə və yoxsula haqsızlıq edirsə, Soyğunçuluq edirsə, Girovu qaytarmırsa, Gözlərini bütlərə dikirsə, İyrənc işlər görürsə,
虧負困苦和窮乏的人,搶奪人的物,未曾將當頭還給人,仰望偶像,並行可憎的事,
13 Sələmlə borc pul verib müamilə götürürsə, Belə oğul yaşayacaqmı? Xeyr, o yaşamayacaq. Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir. Ölümü üçün də özü məsuliyyət daşıyacaq.
向借錢的弟兄取利,向借糧的弟兄多要-這人豈能存活呢?他必不能存活。他行這一切可憎的事,必要死亡,他的罪必歸到他身上。
14 Deyək ki bu oğulun da bir oğlu olur. Bu oğul atasının etdiyi bütün günahları görüb, Diqqət edərək belə işlər etmirsə,
「他若生一個兒子,見父親所犯的一切罪便懼怕,不照樣去做;
15 Dağlarda gətirilən qurbandan yemirsə, Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə, Qonşusunun arvadını ləkələmirsə,
未曾在山上吃過祭偶像之物,未曾仰望以色列家的偶像,未曾玷污鄰舍的妻,
16 Kimsəyə haqsızlıq etmirsə, Girov almırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,
未曾虧負人,未曾取人的當頭,未曾搶奪人的物件,卻將食物給飢餓的人吃,將衣服給赤身的人穿,
17 Məzlumdan əl çəkirsə, Sələm almırsa, Müamilə götürmürsə, Hökmlərimə əməl edib Qaydalarıma görə rəftar edirsə, Atasının günahına görə ölməyəcək, Əlbəttə, yaşayacaq.
縮手不害貧窮人,未曾向借錢的弟兄取利,也未曾向借糧的弟兄多要;他順從我的典章,遵行我的律例,就不因父親的罪孽死亡,定要存活。
18 Bu oğulun atası isə İnsafsızlıqla qəddarlıq etdiyi üçün, Soydaşını qarət etdiyinə görə, Xalqı içində pis işlər gördüyü üçün Öz təqsirindən ötrü, əlbəttə, öləcək.
至於他父親;因為欺人太甚,搶奪弟兄,在本國的民中行不善,他必因自己的罪孽死亡。
19 Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz. Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq.
「你們還說:『兒子為何不擔當父親的罪孽呢?』兒子行正直與合理的事,謹守遵行我的一切律例,他必定存活。
20 Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.
惟有犯罪的,他必死亡。兒子必不擔當父親的罪孽,父親也不擔當兒子的罪孽。義人的善果必歸自己,惡人的惡報也必歸自己。
21 Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq.
「惡人若回頭離開所做的一切罪惡,謹守我一切的律例,行正直與合理的事,他必定存活,不致死亡。
22 Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”.
他所犯的一切罪過都不被記念,因所行的義,他必存活。
23 Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.
主耶和華說:惡人死亡,豈是我喜悅的嗎?不是喜悅他回頭離開所行的道存活嗎?
24 Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək.
義人若轉離義行而作罪孽,照着惡人所行一切可憎的事而行,他豈能存活嗎?他所行的一切義都不被記念;他必因所犯的罪、所行的惡死亡。
25 Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?
「你們還說:『主的道不公平!』以色列家啊,你們當聽,我的道豈不公平嗎?你們的道豈不是不公平嗎?
26 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək.
義人若轉離義行而作罪孽死亡,他是因所作的罪孽死亡。
27 Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar.
再者,惡人若回頭離開所行的惡,行正直與合理的事,他必將性命救活了。
28 Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.
因為他思量,回頭離開所犯的一切罪過,必定存活,不致死亡。
29 Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız deyilmi?
以色列家還說:『主的道不公平!』以色列家啊,我的道豈不公平嗎?你們的道豈不是不公平嗎?」
30 Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin.
所以主耶和華說:「以色列家啊,我必按你們各人所行的審判你們。你們當回頭離開所犯的一切罪過。這樣,罪孽必不使你們敗亡。
31 Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
你們要將所犯的一切罪過盡行拋棄,自做一個新心和新靈。以色列家啊,你們何必死亡呢?
32 Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”.
主耶和華說:我不喜悅那死人之死,所以你們當回頭而存活。」