< Yezekel 17 >

1 Mənə Rəbbin bu sözü nazil oldu:
上主的話傳給我說:「
2 «Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir məsəl danışıb
人子,你要向以色列家族說寓言,講比喻。
3 söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü.
你應宣講說:吾主上主這樣說:有一隻大鷹,翅膀龐大,翅翼廣闊,羽毛豐滿,異彩燦爛,飛到黎巴嫩,啄下香柏的樹梢,
4 Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər şəhərinə qoydu.
折下了嫩枝的尖端,帶到貿易的地方,安放在商賈的城中。
5 O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi.
牠又取了本地的種子,種植在苗圃中,把它栽種在多水之旁,有如栽植柳樹。
6 O da böyüyüb enli, balacaboy bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı. Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu.
它果然長起,成了一棵蔓延而軀幹矮小的葡萄樹;蔓子向鷹伸展,根子向下生長;它遂成了一棵葡萄樹,生出蔓子,長出枝子。
7 Böyük qanadları, çoxlu tükləri olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın.
又有另一隻大鷹,翅膀龐大,羽毛豐滿;看,這裏葡萄樹往牠那裏伸展自己的根子,也把枝子蔓延到牠那裏,想獲得比在被栽植的園圃中更多的滋潤。
8 O, gur axan suların kənarında, bərəkətli torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”.
但它原是種植在多水的肥田中,為生長枝蔓,結出果實,成為一棵茂盛的葡萄樹。
9 Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu adama ehtiyac olmayacaq.
你應宣講:吾主上主這樣說:它能茂盛嗎﹖那鷹豈不是要拔出它的根子,啄下它的果實,使正在生出的枝葉枯萎;為拔出它的根子,並不需要強有力的手和眾多的人。
10 O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”».
它雖被栽植,但豈能茂盛﹖東風一吹來,豈不全要枯萎﹖它必在生長的園圃中枯萎。」
11 Mənə Rəbbin bu sözü nazil oldu:
上主的話又傳給我說:「
12 «İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı.
請向這叛逆的家族說:你們明白不明白這有什麼意思﹖你要說:看,巴比倫王來到耶路撒冷,捉住城中的君王和官員,把他 穿了王室的一個後裔同他立了約叫他宣了誓帶到巴比倫來見他。
13 Padşah nəslindən olan bir nəfəri götürərək onunla əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki,
他挑選了王室的一個後裔,同他立了約,叫他宣了誓;以後擄走了那地的貴族,
14 padşahlıq alçaldılıb daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın.
為使那王國衰微,不再有野心,使她遵守盟約,得以生存。
15 Ancaq Yəhuda padşahı atlar və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat qalacaqmı?”
但是耶路撒冷的君王卻背叛了他,派使臣到埃及去,要求給他戰馬和大軍。他作了這事,豈能順利獲得救援﹖他破壞了盟約,豈能幸免逃脫﹖
16 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi pozdu.
我指著我的生命起誓:──吾主上主的斷語──他必要死在立他為王者的地方,即巴比倫,因為他沒有尊重自己的誓言,破壞了同他所立的盟約。
17 Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək.
當人們堆起高台,建造雲梯,屠殺許多生靈時,法郎卻沒有率領大軍,也沒有召集人馬來協助他作戰。
18 Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə görə özü də qaçıb qurtara bilməyəcək”.
他既然不尊重誓言,破壞了盟約,舉手宣誓之後,而又行了這一切,他決不會逃脫。
19 Buna görə də Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün onu cəzalandıracağam.
因此,吾主上主這樣說:我指著我的生命起誓:因為他輕視了我的誓言,破壞了我的盟約,報復必臨在他的頭上。
20 Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm.
我要在他上面張開羅網,叫他陷在我的網中而被逮捕;以後帶他到巴比倫去,由於他背叛我的罪過,我要在那裏栽判他。
21 Onun bütün fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”.
他軍中所有的精兵都要亡於刀下,剩餘的逃散到四方。那時你們便要承認是我上主說了這話。」
22 Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından Bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından Zərif bir budaq qoparacağam, Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.
吾主上主這樣說:「我要親自由高大的香柏樹梢上取下一枝條,從嫩枝的尖上折下一根嫩芽,親自把它栽植在高山峻嶺之上,
23 Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq.
栽植在以色列的高山上,它要生長枝葉,結出果實,成為一棵高大的香柏;各種飛鳥要棲在它下,棲在他枝葉的蔭影之下。
24 Bütün çöl ağacları biləcək ki, Hündür ağacı Mən Rəbb alçaltdım, Alçaq ağacı yüksəltdim, Yaşıl ağacı qurutdum, Quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və Hökmən yerinə yetirəcəyəm”».
如此,田野間的一切樹木都承認我是上主,都知道我曾使高大的樹矮小,使矮小的樹高大,使綠樹枯萎,使枯木發綠,我上主言出必行。

< Yezekel 17 >