< Yezekel 11 >

1 Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm.
茲に靈我を擧げてヱホバの室の東の門に我を携へゆけり門は東に向ふ視るにその門の入口に二十五人の人あり我その中にアズルの子ヤザニヤおよびベナヤの子ペラテヤ即ち民の牧伯等を見る
2 Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır.
彼われに言たまひけるは人の子よ此邑において惡き事を考へ惡き計謀をめぐらす者は此人々なり
3 Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir.
彼等いふ家を建ることは近からず此邑は鍋にして我儕は肉なりと
4 Buna görə də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».
是故にかれらに預言せよ人の子よ預言すべし
5 Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm.
時にヱホバの靈わが上に降りて我にいひ給ひけるはヱホバかく言ふと言べしイスラエルの家よ汝等は斯いへり汝等の心におこる所の事は我これを知るなり
6 Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”.
汝等は此邑に殺さるる者を増し死人をもて街衢に充せり
7 Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam.
是故に主ヱホバ斯いふ汝等が邑の中に置くところのその殺されし者はすなはち肉にして邑は鍋なり然ど人邑の中より汝等を曳いだすべし
8 Siz qılıncdan qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
汝等は刀劍を懼る我劍を汝等にのぞましめんと主ヱホバいひたまふ
9 “Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam.
我なんぢらを其中よりひき出し外國人の手に付して汝等に罰をかうむらすべし
10 Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
汝等は劍に踣れん我イスラエルの境にて汝等を罰すべし汝等は是によりてわがヱホバなるを知るにいたらん
11 Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam.
是は汝らの鍋とならず汝らはその中の肉たることを得ざるなりイスラエルの境にて我汝らに罰をかうむらすべし
12 Onda biləcəksiniz ki, Rəbb Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».
汝ら即ちわがヱホバなるを知にいたらん汝らはわが憲法に遵はずわが律法を行はずしてその周圍の外國人の慣例のごとくに事をなせり
13 Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»
斯てわが預言しをる時にベナヤの子ペラテヤ死たれば我俯向に伏て大聲に叫び嗚呼主ヱホバよイスラエルの遺餘者を盡く滅ぼさんとしたまふやといふに
14 Onda mənə Rəbbin bu sözü nazil oldu:
ヱホバの言われに臨みていふ
15 «Öz qohum-əqrəbana, qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”.
人の子よ汝の兄弟汝の兄弟たる者は汝の親族の人々にして即ちイスラエルの全家全躰なりヱルサレムに居る人々は是にむかひて汝等は遠くヱホバをはなれて居れ此地はわれらの所有としてあたへらると言ふ
16 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”.
是故に汝言ふべしヱホバかく言ひたまふ我かれらを遠く逐やりて國々に散したればその往る國々に於て暫時の間かれらの聖所となると
17 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm.
是故に言ふべし主ヱホバかく言たまふ我なんぢらを諸の民の中より集へ汝等をその散されたる國々より聚めてイスラエルの地を汝らに與へん
18 Oraya qayıdanda bütün mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər.
彼等は彼處に到りその諸の汚たる者とその諸の憎むべき者を彼處より取除かん
19 Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,
我かれらに唯一の心を與へ新しき靈を汝らの衷に賦けん我かれらの身の中より石の心を取さりて肉の心を與ヘ
20 qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.
彼らをしてわが憲法に遵はしめ吾律法を守りて之を行はしむべし彼らはわが民となり我はかれらの神とならん
21 Ancaq ürəkləri öz mənfur və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
然どその汚れたる者とその憎むべき者の心をもておのれの心となす者等は我これが行ふところをその首に報ゆべし主ヱホバこれを言ふ
22 Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.
茲にケルビムその翼をあぐ輪その傍にありイスラエルの神の榮光その上に在す
23 Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı.
ヱホバの榮光つひに邑の中より昇りて邑の東の山に立てり
24 Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu.
時に靈われを擧げ神の靈に由りて異象の中に我をカルデヤに携へゆきて俘囚者の所にいたらしむ吾見たる異象すなはちわれを離れて昇れり
25 Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.
かくて我ヱホバの我にしめしたまひし言を盡く俘囚者に告たり

< Yezekel 11 >