< Çixiş 8 >
1 Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
耶和华吩咐摩西说:“你进去见法老,对他说:‘耶和华这样说:容我的百姓去,好事奉我。
2 Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam.
你若不肯容他们去,我必使青蛙糟蹋你的四境。
3 Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər.
河里要滋生青蛙;这青蛙要上来进你的宫殿和你的卧房,上你的床榻,进你臣仆的房屋,上你百姓的身上,进你的炉灶和你的抟面盆,
4 Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”».
又要上你和你百姓并你众臣仆的身上。’”
5 Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun».
耶和华晓谕摩西说:“你对亚伦说:‘把你的杖伸在江、河、池以上,使青蛙到埃及地上来。’”
6 Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü.
亚伦便伸杖在埃及的诸水以上,青蛙就上来,遮满了埃及地。
7 Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına qurbağalar yetirdilər.
行法术的也用他们的邪术照样而行,叫青蛙上了埃及地。
8 Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram».
法老召了摩西、亚伦来,说:“请你们求耶和华使这青蛙离开我和我的民,我就容百姓去祭祀耶和华。”
9 Musa firona dedi: «Söylə, nə vaxt sənin, əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar?»
摩西对法老说:“任凭你吧,我要何时为你和你的臣仆并你的百姓祈求,除灭青蛙离开你和你的宫殿只留在河里呢?”
10 Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur!
他说:“明天。”摩西说:“可以照你的话吧,好叫你知道没有像耶和华—我们 神的。
11 Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd olacaq, yalnız çayda qalacaqlar».
青蛙要离开你和你的宫殿,并你的臣仆与你的百姓,只留在河里。”
12 Musa və Harun fironun yanından çıxdılar. Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı.
于是摩西、亚伦离开法老出去。摩西为扰害法老的青蛙呼求耶和华。
13 Rəbb də Musanın sözünə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü.
耶和华就照摩西的话行。凡在房里、院中、田间的青蛙都死了。
14 Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı.
众人把青蛙聚拢成堆,遍地就都腥臭。
15 Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı.
但法老见灾祸松缓,就硬着心,不肯听他们,正如耶和华所说的。
16 Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”».
耶和华吩咐摩西说:“你对亚伦说:‘伸出你的杖击打地上的尘土,使尘土在埃及遍地变作虱子。’”
17 Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü.
他们就这样行。亚伦伸杖击打地上的尘土,就在人身上和牲畜身上有了虱子;埃及遍地的尘土都变成虱子了。
18 Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu.
行法术的也用邪术要生出虱子来,却是不能。于是在人身上和牲畜身上都有了虱子。
19 Sehrbazlar firona dedilər: «Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı.
行法术的就对法老说:“这是 神的手段。”法老心里刚硬,不肯听摩西、亚伦,正如耶和华所说的。
20 Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
耶和华对摩西说:“你清早起来,法老来到水边,你站在他面前,对他说:‘耶和华这样说:容我的百姓去,好事奉我。
21 Əgər sən onları azad etmək istəməsən, sənin, əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq.
你若不容我的百姓去,我要叫成群的苍蝇到你和你臣仆并你百姓的身上,进你的房屋,并且埃及人的房屋和他们所住的地都要满了成群的苍蝇。
22 Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm.
当那日,我必分别我百姓所住的歌珊地,使那里没有成群的苍蝇,好叫你知道我是天下的耶和华。
23 Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”».
我要将我的百姓和你的百姓分别出来。明天必有这神迹。’”
24 Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu.
耶和华就这样行。苍蝇成了大群,进入法老的宫殿,和他臣仆的房屋;埃及遍地就因这成群的苍蝇败坏了。
25 Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin».
法老召了摩西、亚伦来,说:“你们去,在这地祭祀你们的 神吧!”
26 Ancaq Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi?
摩西说:“这样行本不相宜,因为我们要把埃及人所厌恶的祭祀耶和华—我们的 神;若把埃及人所厌恶的在他们眼前献为祭,他们岂不拿石头打死我们吗?
27 Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək».
我们要往旷野去,走三天的路程,照着耶和华—我们 神所要吩咐我们的祭祀他。”
28 Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın».
法老说:“我容你们去,在旷野祭祀耶和华—你们的 神;只是不要走得很远。求你们为我祈祷。”
29 Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».
摩西说:“我要出去求耶和华,使成群的苍蝇明天离开法老和法老的臣仆并法老的百姓;法老却不可再行诡诈,不容百姓去祭祀耶和华。”
30 Musa fironun yanından gedib Rəbbə yalvardı.
于是摩西离开法老去求耶和华。
31 Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı.
耶和华就照摩西的话行,叫成群的苍蝇离开法老和他的臣仆并他的百姓,一个也没有留下。
32 Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı.
这一次法老又硬着心,不容百姓去。