< Çixiş 6 >
1 Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq».
여호와께서 모세에게 이르시되 이제 내가 바로에게 하는 일을 네가 보리라 강한 손을 더하므로 바로가 그들을 보내리라 강한 손을 더하므로 바로가 그들을 그 땅에서 쫓아내리라
2 Sonra Allah Musaya dedi: «Mən Rəbbəm.
하나님이 모세에게 말씀하여 가라사대 나는 여호와로라!
3 Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım.
내가 아브라함과 이삭과 야곱에게 전능의 하나님으로 나타났으나 나의 이름을 여호와로는 그들에게 알리지 아니하였고
4 Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim.
가나안 땅 곧 그들의 우거하는 땅을 주기로 그들과 언약하였더니
5 İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım.
이제 애굽 사람이 종을 삼은 이스라엘 자손의 신음을 듣고 나의 언약을 기억하노라
6 Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.
그러므로 이스라엘 자손에게 말하기를 나는 여호와라 내가 애굽 사람의 무거운 짐 밑에서 너희를 빼어 내며 그 고역에서 너희를 건지며 편 팔과 큰 재앙으로 너희를 구속하여
7 Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm.
너희로 내 백성을 삼고 나는 너희 하나님이 되리니 나는 애굽 사람의 무거운 짐 밑에서 너희를 빼어낸 너희 하나님 여호와인줄 너희가 알지라
8 Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”».
내가 아브라함과 이삭과 야곱에게 주기로 맹세한 땅으로 너희를 인도하고 그 땅을 너희에게 주어 기업을 삼게 하리라 나는 여호와로라 하셨다 하라
9 Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar.
모세가 이와 같이 이스라엘 자손에게 전하나 그들이 마음의 상함과 역사의 혹독함을 인하여 모세를 듣지 아니하였더라
11 «Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən buraxsın!»
들어가서 애굽왕 바로에게 말하여 이스라엘 자손을 그 땅에서 내어 보내게 하라
12 Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm».
모세가 여호와 앞에 고하여 가로되 `이스라엘 자손도 나를 듣지 아니하였거든 바로가 어찌 들으리이까? 나는 입이 둔한 자니이다'
13 Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar.
여호와께서 모세와 아론에게 말씀하사 그들로 이스라엘 자손과 애굽 왕 바로에게 명을 전하고 이스라엘 자손을 애굽 땅에서 인도하여 내게 하시니라
14 İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir.
그 조상을 따라 집의 어른은 이러하니라 이스라엘의 장자 르우벤의 아들 하녹과, 발루와, 헤스론과, 갈미니 이들은 르우벤의 족장이요
15 Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir.
시므온의 아들 여무엘과, 야민과, 오핫과, 야긴과, 소할과, 가나안 여인의 소생 사울이니 이들은 시므온의 족장이요
16 Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü.
레위의 아들들의 이름은 그 연치대로 이러하니 게르손과, 고핫과, 므라리요 레위의 수는 일백 삼십 칠세이었으며
17 Nəsillərinə görə Gerşonun oğulları: Livni və Şimey.
게르손의 아들들은 그 가족대로 립니와, 시므이요
18 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel; Qohat yüz otuz üç il ömür sürdü.
고핫의 아들들은 아므람과, 이스할과, 헤브론과, 웃시엘이요, 고핫의 수는 일백 삼십 삼세이었으며
19 Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin ailəsi bunlardan ibarətdir.
므라리의 아들은 마흘리와, 무시니 이들은 그 연치대로 레위의 족장이요
20 Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü.
아므람이 그 아비의 누이 요게벳을 아내로 취하였고 그가 아론과 모세를 낳았으며 아므람의 수는 일백 삼십 칠세이었으며
21 İsharın oğulları: Qorah, Nefeq və Zikri.
이스할의 아들은 고라와, 네벡과, 시그리요
22 Uzzielin oğulları: Mişael, Elsafan və Sitri.
웃시엘의 아들은 미사엘과, 엘사반과, 시드리요
23 Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.
아론이 암미나답의 딸 나손의 누이 엘리세바를 아내로 취하였고 그가 나답과, 아비후와, 엘르아살과, 이다말을 낳았으며
24 Qorahın oğulları: Assir, Elqana və Aviasaf; Qorahın ailəsi bunlardan ibarətdir.
고라의 아들은 앗실과, 엘가나와, 아비아삽이니 이들은 고라 사람의 족장이요
25 Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı; arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır.
아론의 아들 엘르아살이 부디엘의 딸 중에서 아내를 취하였고 그가 비느하스를 낳았으니 이들은 레위 사람의 조상을 따라 가족의 어른들이라
26 Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə Misir torpağından çıxarın» demişdi.
이스라엘 자손을 그 군대대로 애굽 땅에서 인도하라 하신 여호와의 명을 받은 자는 이 아론과 모세요
27 Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar.
애굽 왕 바로에게 이스라엘 자손을 애굽에서 내어 보내라 말한 자도 이 모세와 아론이었더라
28 Misir torpağında Rəbbin Musa ilə danışdığı gün
여호와께서 애굽 땅에서 모세에게 말씀하시던 날에
29 Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə dediyim bütün sözləri Misir padşahı firona söylə».
여호와께서 모세에게 일러 가라사대 나는 여호와라 내가 네게 이르는 바를 너는 애굽 왕 바로에게 다 고하라
30 Musa Rəbbin önündə dedi: «Mən yaxşı danışa bilmirəm, firon mənə necə qulaq asacaq?»
모세가 여호와 앞에서 고하되 `나는 입이 둔한 자이오니 바로가 어찌 나를 들으리이까?'