< Çixiş 4 >
1 Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?»
모세가 대답하여 가로되 그러나 그들이 나를 믿지 아니하며 내 말을 듣지 아니하고 이르기를 여호와께서 네게 나타나지 아니하셨다 하리이다
2 Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa».
여호와께서 그에게 이르시되 네 손에 있는 것이 무엇이냐 그가 가로되 지팡이니이다
3 Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı.
여호와께서 가라사대 그것을 땅에 던지라 곧 땅에 던지니 그것이 뱀이 된지라 모세가 뱀 앞에서 피하매
4 Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu.
여호와께서 모세에게 이르시되 네 손을 내밀어 그 꼬리를 잡으라 그가 손을 내밀어 잡으니 그 손에서 지팡이가 된지라
5 Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar».
또 가라사대 이는 그들로 그 조상의 하나님 곧 아브라함의 하나님, 이삭의 하나님, 야곱의 하나님 여호와가 네게 나타난 줄을 믿게 함이니라 하시고
6 Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu.
여호와께서 또 가라사대 네 손을 품에 넣으라 하시매 손을 품에 넣었다가 내어보니 그 손에 문둥병이 발하여 눈 같이 흰지라
7 Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu.
가라사대 네 손을 다시 품에 넣으라 하시매 그가 다시 손을 품에 넣었다가 내어보니 손이 여상하더라
8 Rəbb davam etdi: «Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər.
여호와께서 가라사대 그들이 너를 믿지 아니하며 그 처음 이적의 표징을 받지 아니하여도 둘째 이적의 표징은 믿으리라
9 Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək».
그들이 이 두 이적을 믿지 아니하며 네 말을 듣지 아니하거든 너는 하수를 조금 취하여다가 육지에 부으라 네가 취한 하수가 육지에서 피가 되리라
10 Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam».
모세가 여호와께 고하되 주여 나는 본래 말에 능치 못한 자라 주께서 주의 종에게 명하신 후에도 그러하니 나는 입이 뻣뻣하고 혀가 둔한 자니이다
11 Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?
여호와께서 그에게 이르시되 누가 사람의 입을 지었느뇨 누가 벙어리나 귀머거리나 눈 밝은 자나 소경이 되게 하였느뇨 나 여호와가 아니뇨
12 İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm».
이제 가라 내가 네 입과 함께 있어서 할 말을 가르치리라
13 Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər».
모세가 가로되 주여 보낼만한 자를 보내소서
14 Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək.
여호와께서 모세를 향하여 노를 발하시고 가라사대 레위 사람 네 형 아론이 있지 아니하뇨 그의 말 잘함을 내가 아노라 그가 너를 만나러 나오나니 그가 너를 볼 때에 마음에 기뻐할 것이라
15 Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm.
너는 그에게 말하고 그 입에 말을 주라 내가 네 입과 그의 입에 함께 있어서 너의 행할 일을 가르치리라
16 Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan.
그가 너를 대신하여 백성에게 말할 것이니 그는 네 입을 대신할 것이요 너는 그에게 하나님 같이 되리라
17 Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən».
너는 이 지팡이를 손에 잡고 이것으로 이적을 행할지니라
18 Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get».
모세가 장인 이드로에게로 돌아가서 그에게 이르되 내가 애굽에 있는 내 형제들에게로 돌아가서 그들이 생존하였는지 보려하오니 나로 가게 하소서 이드로가 그에게 평안히 가라 하니라
19 Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların hamısı ölüb».
여호와께서 미디안에서 모세에게 이르시되 애굽으로 돌아가라 네 생명을 찾던 자가 다 죽었느니라
20 Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı.
모세가 그 아내와 아들들을 나귀에 태우고 애굽으로 돌아가는데 하나님의 지팡이를 손에 잡았더라
21 Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq.
여호와께서 모세에게 이르시되 네가 애굽으로 돌아가거든 내가 네 손에 준 이적을 바로 앞에서 다 행하라 그러나 내가 그의 마음을 강퍅케 한즉 그가 백성을 놓지 아니하리니
22 Firona söyləyəcəksən: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir.
너는 바로에게 이르기를 여호와의 말씀에 이스라엘은 내 아들 내 장자라
23 Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”».
내가 네게 이르기를 내 아들을 놓아서 나를 섬기게 하라 하여도 네가 놓기를 거절하니 내가 네 아들 네 장자를 죽이리라 하셨다 하라 하시니라
24 Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi.
여호와께서 길의 숙소에서 모세를 만나사 그를 죽이려 하시는지라
25 O zaman Sippora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim qan adaxlımsan».
십보라가 차돌을 취하여 그 아들의 양피를 베어 모세의 발 앞에 던지며 가로되 당신은 참으로 내게 피 남편이로다 하니
26 Beləliklə, Rəbb ondan əl çəkdi. Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi.
여호와께서 모세를 놓으시니라 그 때에 십보라가 피 남편이라 함은 할례를 인함이었더라
27 Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü.
여호와께서 아론에게 이르시되 광야에 가서 모세를 맞으라 하시매 그가 가서 하나님의 산에서 모세를 만나 그에게 입맞추니
28 Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı.
모세가 여호와께서 자기에게 부탁하여 보내신 모든 말씀과 여호와께서 자기에게 명하신 모든 이적을 아론에게 고하니라
29 Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar.
모세와 아론이 가서 이스라엘 자손의 모든 장로를 모으고
30 Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi.
아론이 여호와께서 모세에게 명하신 모든 말씀을 전하고 백성 앞에서 이적을 행하니
31 Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər.
백성이 믿으며 여호와께서 이스라엘 자손을 돌아보시고 그 고난을 감찰하셨다 함을 듣고 머리 숙여 경배하였더라