< Çixiş 38 >

1 Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi.
ויעש את מזבח העלה עצי שטים חמש אמות ארכו וחמש אמות רחבו רבוע ושלש אמות קמתו׃
2 Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü.
ויעש קרנתיו על ארבע פנתיו ממנו היו קרנתיו ויצף אתו נחשת׃
3 Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi.
ויעש את כל כלי המזבח את הסירת ואת היעים ואת המזרקת את המזלגת ואת המחתת כל כליו עשה נחשת׃
4 Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi.
ויעש למזבח מכבר מעשה רשת נחשת תחת כרכבו מלמטה עד חציו׃
5 Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü.
ויצק ארבע טבעת בארבע הקצות למכבר הנחשת בתים לבדים׃
6 Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü.
ויעש את הבדים עצי שטים ויצף אתם נחשת׃
7 Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.
ויבא את הבדים בטבעת על צלעת המזבח לשאת אתו בהם נבוב לחת עשה אתו׃
8 Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.
ויעש את הכיור נחשת ואת כנו נחשת במראת הצבאת אשר צבאו פתח אהל מועד׃
9 Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi.
ויעש את החצר לפאת נגב תימנה קלעי החצר שש משזר מאה באמה׃
10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
עמודיהם עשרים ואדניהם עשרים נחשת ווי העמדים וחשקיהם כסף׃
11 Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
ולפאת צפון מאה באמה עמודיהם עשרים ואדניהם עשרים נחשת ווי העמודים וחשקיהם כסף׃
12 Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
ולפאת ים קלעים חמשים באמה עמודיהם עשרה ואדניהם עשרה ווי העמדים וחשוקיהם כסף׃
13 Şərq tərəfində də həyətin eni əlli qulac idi.
ולפאת קדמה מזרחה חמשים אמה׃
14 Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
קלעים חמש עשרה אמה אל הכתף עמודיהם שלשה ואדניהם שלשה׃
15 Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
ולכתף השנית מזה ומזה לשער החצר קלעים חמש עשרה אמה עמדיהם שלשה ואדניהם שלשה׃
16 Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan,
כל קלעי החצר סביב שש משזר׃
17 dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi.
והאדנים לעמדים נחשת ווי העמודים וחשוקיהם כסף וצפוי ראשיהם כסף והם מחשקים כסף כל עמדי החצר׃
18 Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi.
ומסך שער החצר מעשה רקם תכלת וארגמן ותולעת שני ושש משזר ועשרים אמה ארך וקומה ברחב חמש אמות לעמת קלעי החצר׃
19 Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi.
ועמדיהם ארבעה ואדניהם ארבעה נחשת וויהם כסף וצפוי ראשיהם וחשקיהם כסף׃
20 Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.
וכל היתדת למשכן ולחצר סביב נחשת׃
21 Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur.
אלה פקודי המשכן משכן העדת אשר פקד על פי משה עבדת הלוים ביד איתמר בן אהרן הכהן׃
22 Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi.
ובצלאל בן אורי בן חור למטה יהודה עשה את כל אשר צוה יהוה את משה׃
23 Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı.
ואתו אהליאב בן אחיסמך למטה דן חרש וחשב ורקם בתכלת ובארגמן ובתולעת השני ובשש׃
24 Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi.
כל הזהב העשוי למלאכה בכל מלאכת הקדש ויהי זהב התנופה תשע ועשרים ככר ושבע מאות ושלשים שקל בשקל הקדש׃
25 Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi.
וכסף פקודי העדה מאת ככר ואלף ושבע מאות וחמשה ושבעים שקל בשקל הקדש׃
26 Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi.
בקע לגלגלת מחצית השקל בשקל הקדש לכל העבר על הפקדים מבן עשרים שנה ומעלה לשש מאות אלף ושלשת אלפים וחמש מאות וחמשים׃
27 Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi.
ויהי מאת ככר הכסף לצקת את אדני הקדש ואת אדני הפרכת מאת אדנים למאת הככר ככר לאדן׃
28 Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi.
ואת האלף ושבע המאות וחמשה ושבעים עשה ווים לעמודים וצפה ראשיהם וחשק אתם׃
29 İanə verilən tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi.
ונחשת התנופה שבעים ככר ואלפים וארבע מאות שקל׃
30 Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı,
ויעש בה את אדני פתח אהל מועד ואת מזבח הנחשת ואת מכבר הנחשת אשר לו ואת כל כלי המזבח׃
31 həyətin ətraf altlıqları, həyətin darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi.
ואת אדני החצר סביב ואת אדני שער החצר ואת כל יתדת המשכן ואת כל יתדת החצר סביב׃

< Çixiş 38 >