1Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».
This chapter is missing in the source text.
2Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.
3Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.
4Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq
5Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir».
6Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi.
7Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.
8İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
9Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi.
10Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər.
11Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər.
12Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər.
13Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
14Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər.
15Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi.
16Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər.
17Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər.
18Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər.
19Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər.
20Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər.
21Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi.
22Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər.
23Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər.
24Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi.
25Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər.
26Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər.
27Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər.
28Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər;
29bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər.
30Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
31Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül,
32məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi.
33Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər.
35Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
36Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər.
37Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər.
38Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.