< Çixiş 35 >

1 Musa İsrail övladlarının bütün icmasını toplayıb onlara dedi: «Rəbb sizə bu şeylərə əməl etməyi əmr etdi.
موسی تمام قوم اسرائیل را دور خود جمع کرد و به ایشان گفت: «این است دستورهایی که خداوند به شما داده است تا از آن اطاعت کنید:
2 Altı gün işlərinizi görün, yeddinci gün isə sizin Rəbb üçün müqəddəs Şənbəniz, istirahət gününüzdür. O gün iş görən hər kəs öldürülsün.
فقط شش روز کار کنید و روز هفتم را که روز مقدّس خداوند است استراحت و عبادت نمایید. هر کس که در روز هفتم کار کند باید کشته شود.
3 Şənbə günü yaşadığınız heç bir yerdə od yandırmayın».
آن روز در خانه‌هایتان حتی آتش هم روشن نکنید.»
4 Musa bütün İsrail övladlarının icmasına dedi: «Rəbbin əmr etdiyi iş budur:
سپس موسی به قوم اسرائیل گفت: «خداوند فرموده که
5 öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin: qızıl, gümüş, tunc,
از آنچه دارید برای او هدیه بیاورید. هدایای کسانی که از صمیم قلب به خداوند هدیه می‌دهند باید شامل این چیزها باشد: طلا، نقره، مفرغ؛
6 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,
نخهای آبی، ارغوانی و قرمز؛ کتان ریزبافت؛ پشم بز؛
7 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,
پوست قوچ که رنگش سرخ شده باشد و پوست خز؛ چوب اقاقیا؛
8 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,
روغن زیتون برای چراغها؛ مواد خوشبو برای تهیهٔ روغن مسح؛ بخور خوشبو؛
9 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
سنگ جزع و سنگهای قیمتی دیگر برای ایفود و سینه‌پوش کاهن.
10 Aranızdakı ürəyi hikmətlə dolu hər adam gəlib Rəbbin əmr etdiyi hər şeyi düzəltsin:
«شما ای صنعتگران ماهر، بیایید و آنچه را که خداوند امر فرموده است، بسازید:
11 müqəddəs məskəni, onun çadırını, örtüyünü, bəndlərini, çərçivələrini, şüvüllərini, dirəklərini və altlıqlarını;
خیمهٔ عبادت و پوششهای آن، تکمه‌ها، چوب‌بست خیمه، پشت‌بندها، ستونها و پایه‌ها؛
12 sandığı və onun şüvüllərini; kəffarə qapağını, arakəsmə pərdəsini;
صندوق عهد و چوبهای حامل آن، تخت رحمت، پردهٔ حایل بین قدس و قدس‌الاقداس؛
13 masanı, onun şüvüllərini və bütün ləvazimatını; təqdis çörəklərini;
میز و چوبهای حامل آن و تمام ظروف آن، نان حضور؛
14 işıq verən çıraqdanı, onun ləvazimatını, çıraqlarını və işıq yağını;
چراغدان با چراغها و روغن و لوازم دیگر آن؛
15 buxur qurbangahını və şüvüllərini; məsh yağını, ətirli buxuru; məskənin girişi üçün arakəsməni;
مذبح بخور و چوبهای حامل آن، روغن تدهین و بخور خوشبو؛ پردهٔ مدخل خیمه؛
16 yandırma qurbanları üçün qurulan qurbangahı, onun üçün tunc şəbəkəni, şüvüllərini və bütün avadanlığını; ləyəni və onun altlığını;
مذبح قربانی سوختنی، منقل مشبک مفرغین مذبح و چوبهای حامل با تمام لوازم آن؛ حوض مفرغین با پایهٔ آن؛
17 həyətin pərdələrini, dirəklərini və altlıqlarını; həyətin darvazası üçün arakəsməni;
پرده‌های دور حیاط، ستونها و پایه‌های آنها، پردهٔ مدخل حیاط؛
18 məskənin payalarını; həyətin payalarını; onların iplərini;
میخهای خیمه و حیاط خیمه و طنابهای آن؛
19 müqəddəs yerdə xidmət üçün toxunmuş geyimləri: kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini».
لباسهای بافته شده برای خدمت در قدس یعنی لباس مقدّس هارون کاهن و لباسهای پسرانش.»
20 İsrail övladlarının bütün icması Musanın yanından çıxdı.
پس تمام قوم اسرائیل از نزد موسی رفتند،
21 Ürəyinə toxunan və könlü istəyən hər adam gəlib Hüzur çadırı, onun inşası və müqəddəs geyimlər üçün Rəbbə ianə gətirdi.
اما کسانی که تحت تأثیر قرار گرفته بودند با اشتیاق بازگشتند و هدایایی برای آماده ساختن لباسهای مقدّس، خیمۀ ملاقات و وسایل مورد نیاز جهت خدمت در آن، با خود آوردند تا به خداوند تقدیم کنند.
22 Kişilər və qadınlar – könlü istəyənlərin hamısı bəzəkli sancaqlar, sırğalar, üzüklər, bilərziklər kimi bütün qızıl əşyalarını gətirdilər. Hər kəs qızılı yellətmə təqdimi kimi Rəbbə təqdim etdi.
مردان و زنان با اشتیاق زیاد آمدند و جواهراتی از قبیل سنجاق، گوشواره، انگشتر، گردنبند و اشیاء دیگری از طلا را به خداوند تقدیم کردند.
23 Kimdə bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri və suiti dəriləri var idisə, bunları təqdim etdi.
برخی نیز نخهای آبی، ارغوانی و قرمز؛ کتان ریزبافت؛ پشم بز؛ پوست سرخ شدهٔ قوچ و پوست خز آوردند.
24 Gümüş və tunc gətirən hər kəs də onu Rəbbə ianə olaraq təqdim etdi. Kimdə əbrişim ağacı var idisə, onu bütün inşa işi üçün təqdim etdi.
عده‌ای دیگر نقره و مفرغ به خداوند تقدیم کردند. بعضی هم چوب اقاقیا برای ساختن خیمه با خود آوردند.
25 Ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə əyirdiyi bənövşəyi, tünd qırmızı və al rəngli iplik və incə kətan ipliyi təqdim etdilər;
زنانی که در کار ریسندگی و بافندگی مهارت داشتند، نخهای آبی و ارغوانی و قرمز و کتان ریزبافت با خود آوردند.
26 bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu əyirdilər.
همۀ زنانی که مایل بودند مهارتشان را به کار برند، از پشم بز، نخ ریسیدند.
27 Xalqın başçıları bunları təqdim etdilər: efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşlarını,
بزرگان قوم، سنگ جزع و سنگهای قیمتی دیگر برای تزیین ایفود و سینه‌پوش کاهن آوردند،
28 çıraq, məsh yağı, ətirli buxur üçün ətriyyatı və zeytun yağını.
و نیز عطریات و روغن برای روشنایی و روغن مسح و بخور معطر.
29 İsrail övladlarından hər kişi, hər qadın Rəbbin Musa vasitəsilə yerinə yetirmək üçün verdiyi əmrə əsasən Rəbbə könüllü təqdimlər gətirdilər.
بدین ترتیب تمام مردان و زنان بنی‌اسرائیل که مشتاق بودند در کاری که خداوند به موسی امر فرموده بود کمک کنند، با خرسندی خاطر هدایای خود را به خداوند تقدیم کردند.
30 Musa İsrail övladlarına dedi: «Baxın Rəbb Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb
سپس موسی به بنی‌اسرائیل گفت: «خداوند، بِصَلئیل (پسر اوری) را که نوهٔ حور و از قبیلهٔ یهودا است برگزیده
31 Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşdur ki,
و او را از روح خود پر ساخته است و حکمت و توانایی و مهارت بخشیده، تا خیمهٔ عبادت و تمام وسایل آن را بسازد.
32 o, qızılla, gümüşlə, tuncla işləməyi bacarsın,
او در ساختن ظروف طلا و نقره و مفرغ،
33 daş-qaş yonsun, ağac oysun, hər cür məharətlə bacarıq göstərə bilsin.
همچنین در کار حکاکی و نجاری و جواهر سازی و هر صنعتی استاد است.
34 Rəbb onun və Dan qəbiləsindən olan Axisamak oğlu Oholiavın ürəklərinə başqalarını öyrətmək bacarığını qoymuş,
خدا به او و اهولیاب (پسر اخیسامک از قبیلهٔ دان) استعداد تعلیم دادن هنر به دیگران را عطا فرموده است.
35 ürəklərini hikmətlə doldurmuşdur ki, oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi, toxuculuq – hər cür sənəti bacara bilsinlər.
خداوند به آنها در کار طراحی، نساجی و طرازی پارچه‌های آبی، ارغوانی، قرمز و کتان ریزبافت مهارت خاصی بخشیده است. ایشان صنعتگران ماهری هستند.

< Çixiş 35 >