< Çixiş 32 >
1 Xalq Musanın dağdan enmədiyini, gecikdiyini görəndə Harunun ətrafına toplaşıb ona dedi: «Qalx və bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!»
Videns autem populus quod moram faceret descendendi de monte Moyses, congregatus adversus Aaron, dixit: Surge, fac nobis deos, qui nos præcedant: Moysi enim huic viro, qui nos eduxit de Terra Ægypti, ignoramus quid acciderit.
2 Harun onlara cavab verdi: «Arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırğaları çıxarıb mənim yanıma gətirin».
Dixitque ad eos Aaron: Tollite inaures aureas de uxorum, filiorumque et filiarum vestrarum auribus, et afferte ad me.
3 Bütün xalq qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi.
Fecitque populus quæ iusserat, deferens inaures ad Aaron.
4 Harun onlardan qızıl götürdü, oyma aləti ilə surət verib dana şəklində tökmə büt düzəltdi. Xalq «Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!» dedi.
Quas cum ille accepisset, formavit opere fusorio, et fecit ex eis vitulum conflatilem. Dixeruntque: Hi sunt dii tui Israel, qui te eduxerunt de Terra Ægypti.
5 Harun bunu gördükdə dananın qabağında bir qurbangah düzəltdi və elan etdi: «Sabah Rəbb naminə bayram olacaq».
Quod cum vidisset Aaron, ædificavit altare coram eo, et præconis voce clamavit, dicens: Cras sollemnitas Domini est.
6 Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı.
Surgentesque mane, obtulerunt holocausta, et hostias pacificas, et sedit populus manducare, et bibere, et surrexerunt ludere.
7 Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və
Locutus est autem Dominus ad Moysen, dicens: Vade, descende: peccavit populus tuus, quem eduxisti de Terra Ægypti.
8 Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”»
Recesserunt cito de via, quam ostendisti eis: feceruntque sibi vitulum conflatilem, et adoraverunt, atque immolantes ei hostias, dixerunt: Isti sunt dii tui Israel, qui te eduxerunt de Terra Ægypti.
9 Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır.
Rursumque ait Dominus ad Moysen: Cerno quod populus iste duræ cervicis sit:
10 Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim».
dimitte me, ut irascatur furor meus contra eos, et deleam eos, faciamque te in gentem magnam.
11 Musa Allahı Rəbbə yalvarıb dedi: «Ya Rəbb, nə üçün Öz xalqına qarşı qəzəbin alovlansın? Sən onları Misirdən böyük qüvvətinlə və qüdrətli əlinlə qurtarmadınmı?
Moyses autem orabat Dominum Deum suum, dicens: Cur, Domine, irascitur furor tuus contra populum tuum, quem eduxisti de Terra Ægypti, in fortitudine magna, et in manu robusta?
12 Axı nə üçün Misirlilər “Onları pis niyyətlə, dağlarda öldürüb yer üzündən yox etmək üçün çıxartdı” desinlər? Yalvarıram, qəzəbini yatır və Öz xalqına bəla gətirmək niyyətindən dön.
Ne quæso dicant Ægyptii: Callide eduxit eos, ut interficeret in montibus, et deleret e terra. Quiescat ira tua, et esto placabilis super nequitia populi tui.
13 Qulların İbrahimi, İshaqı, və İsraili xatırla və Özün naminə onlara and edərək “nəslinizi göydəki ulduzlar qədər çoxaldacağam, vəd etdiyim bu ölkənin hamısını nəslinizə verəcəyəm və onlar əbədilik oraya sahib olacaqlar” dedin».
Recordare Abraham, Isaac, et Israel servorum tuorum, quibus iurasti per temetipsum, dicens: Multiplicabo semen vestrum sicut stellas cæli: et universam terram hanc, de qua locutus sum, dabo semini vestro, et possidebitis eam semper.
14 Beləliklə, Rəbb Öz xalqına bəla gətirmək niyyətindən döndü.
Placatusque est Dominus ne faceret malum quod locutus fuerat adversus populum suum.
15 Musa əlində iki şəhadət lövhəsi ilə dönüb dağdan endi. Lövhələrin iki tərəfi – bu üzü də, o üzü də yazılı idi.
Et reversus est Moyses de monte, portans duas tabulas testimonii in manu sua, scriptas ex utraque parte,
16 Onlar Allahın işi idi; üzərindəki oyma yazılar Onun yazısı idi.
et factas opere Dei: scriptura quoque Dei erat sculpta in tabulis.
17 Yeşua xalqın səs-küyünü eşidərək Musaya dedi: «Düşərgədən müharibə səsi gəlir».
Audiens autem Iosue tumultum populi vociferantis, dixit ad Moysen: Ululatus pugnæ auditur in castris.
18 Musa cavab verdi: «Bu qələbə çalanların nidası deyil, Məğlubiyyətə uğrayanların da səsi deyil. Mən nəğmə səsi eşidirəm».
Qui respondit: Non est clamor adhortantium ad pugnam, neque vociferatio compellentium ad fugam: sed vocem cantantium ego audio.
19 Musa düşərgəyə yaxınlaşıb dananı və onun ətrafındakı rəqsləri gördü. O qəzəbləndi və lövhələri əlindən atıb dağın ətəyində parça-parça etdi.
Cumque appropinquasset ad castra, vidit vitulum, et choros: iratusque valde, proiecit de manu tabulas, et confregit eas ad radicem montis:
20 Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi.
arripiensque vitulum quem fecerant, combussit, et contrivit usque ad pulverem, quem sparsit in aquam, et dedit ex eo potum filiis Israel.
21 Musa Harundan soruşdu: «Bu xalq sənə nə etdi ki, onları belə böyük günaha batırdın?»
Dixitque ad Aaron: Quid tibi fecit hic populus, ut induceres super eum peccatum maximum?
22 Harun cavab verdi: «Qoy ağam qəzəblənməsin. Sən bu xalqı tanıyırsan. Onun niyyəti pisdir.
Cui ille respondit: Ne indignetur dominus meus: tu enim nosti populum istum, quod pronus sit ad malum:
23 Onlar mənə dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızda getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”
dixerunt mihi: Fac nobis deos, qui nos præcedant: huic enim Moysi, qui nos eduxit de Terra Ægypti, nescimus quid acciderit.
24 Mən isə onlara dedim: “Kimdə qızıl varsa, onu çıxarın”. Xalq da qızılı mənə verdi. Mən onu oda atdım və bu dana alındı».
Quibus ego dixi: Quis vestrum habet aurum? Tulerunt, et dederunt mihi: et proieci illud in ignem, egressusque est hic vitulus.
25 Musa bildi ki, xalq nəzarətdən çıxıb. Harun nəzarəti o qədər zəiflətmişdi ki, düşmənlər onları lağa qoyurdular.
Videns ergo Moyses populum quod esset nudatus, (spoliaverat enim eum Aaron propter ignominiam sordis, et inter hostes nudum constituerat)
26 Musa düşərgənin girişində durub çağırdı: «Rəbbin tərəfində olanlar, mənim yanıma gəlin!» Bütün Levi övladları onun yanına toplaşdı.
et stans in porta castrorum, ait: Si quis est Domini, iungatur mihi. Congregatique sunt ad eum omnes filii Levi:
27 Musa onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Qoy hər biriniz qılıncını belinə qurşasın. Hər kəs düşərgədə qapı-qapı gəzərək öz qardaşını, dostunu və qonşusunu öldürsün”».
quibus ait: Hæc dicit Dominus Deus Israel: Ponat vir gladium super femur suum: ite, et redite de porta usque ad portam per medium castrorum, et occidat unusquisque fratrem, et amicum, et proximum suum.
28 Levililər də Musa onlara etdiyi əmrə əməl etdilər. O gün üç minə yaxın adam həlak oldu.
Feceruntque filii Levi iuxta sermonem Moysi, cecideruntque in die illa quasi viginti tria millia hominum.
29 Musa Levililərə dedi: «Bu gün sizin hər biriniz oğlunun və qardaşının canı bahasına xeyir-dua alıb Rəbb üçün vəzifəyə təyin olundunuz».
Et ait Moyses: Consecrastis manus vestras hodie Domino, unusquisque in filio, et in fratre suo, ut detur vobis benedictio.
30 Ertəsi gün Musa xalqa dedi: «Siz böyük günaha batdınız. İndi isə Mən Rəbbin hüzuruna qalxacağam ki, bəlkə günahınızı kəffarə edə bilim».
Facto autem altero die, locutus est Moyses ad populum: Peccastis peccatum maximum: ascendam ad Dominum, si quo modo quivero eum deprecari pro scelere vestro.
31 Musa Rəbbin hüzuruna qayıdıb dedi: «Ah, bu xalq böyük günaha batıb, özünə qızıldan allahlar düzəltdi;
Reversusque ad Dominum, ait: Obsecro, peccavit populus iste peccatum maximum, feceruntque sibi deos aureos: aut dimitte eis hanc noxam,
32 İndi yalvarıram, onların günahlarını bağışla. Əgər belə etməsən, adımı yazdığın kitabdan sil».
aut si non facis, dele me de libro tuo quem scripsisti.
33 Rəbb Musaya dedi: «Mənə qarşı kim günah işlədibsə, onun adını kitabımdan siləcəyəm.
Cui respondit Dominus: Qui peccaverit mihi, delebo eum de libro meo:
34 Lakin indi get, xalqı sənə dediyim yerə apar. Budur, Mələyim sənin qarşında gedəcək. Ancaq cəza günü gələndə onlara günahlarına görə cəza verəcəyəm».
Tu autem vade, et duc populum istum quo locutus sum tibi: Angelus meus præcedet te. Ego autem in die ultionis visitabo et hoc peccatum eorum.
35 Rəbb Harunun düzəltdiyi danaya və gördükləri işə görə İsrail xalqını bəlaya saldı.
Percussit ergo Dominus populum pro reatu vituli, quem fecerat Aaron.