< Çixiş 31 >
YHWH spoke to Moses, saying,
2 «Bax Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besaleli adı ilə çağırıb,
"Look, I have called by name Bezalel the son of Uri, the son of Hur, of the tribe of Judah:
3 onu Allahın Ruhu ilə hikmət, dərrakə, bilik və hər cür məharətlə doldurmuşam ki,
and I have filled him with the Spirit of God, in wisdom, and in understanding, and in knowledge, and in all manner of workmanship,
4 qızıl, gümüş və tuncla işləməyi bacarsın,
to devise skillful works, to work in gold, and in silver, and in bronze,
5 daş-qaş yonsun, ağac oysun, hər cür məharət göstərə bilsin.
and in cutting of stones for setting, and in carving of wood, to work in all manner of workmanship.
6 Mən də Dan qəbiləsində olan Axisamak oğlu Oholiavı ona köməkçi təyin etmişəm. Hər müdrik adamın ürəyinə hikmət qoymuşam ki, Mən sənə necə əmr etmişəm, belə də etsinlər:
I, look, I have appointed with him Oholiab, the son of Ahisamach, of the tribe of Dan; and in the heart of all who are wise-hearted I have put wisdom, that they may make all that I have commanded you:
7 Hüzur çadırını, Şəhadət sandığını və üstündəki kəffarə qapağını, çadırın bütün avadanlığını,
the Tent of Meeting, the ark of the testimony, the mercy seat that is on it, all the furniture of the Tent,
8 masanı və onun ləvazimatını, xalis qızıldan çıraqdanı və onun bütün əşyalarını, buxur qurbangahını,
the table and its vessels, the pure lampstand with all its vessels, the altar of incense,
9 yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, ləyəni və onun altlığını,
the altar of burnt offering with all its vessels, the basin and its base,
10 toxunmuş geyimləri – kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik etmək üçün geyimlərini,
the finely worked garments—the holy garments for Aaron the priest—the garments of his sons to minister in the priest's office,
11 məsh yağını, Müqəddəs yer üçün ətirli buxuru Mən sənə necə əmr etmişəmsə, qoy o cür də düzəltsinlər».
the anointing oil, and the incense of sweet spices for the holy place: according to all that I have commanded you they shall do."
YHWH spoke to Moses, saying,
13 «Sən İsrail övladlarına belə söylə: “Mənim Şənbə günlərimə riayət edin. Çünki bu Mənimlə sizin aranızda nəsildən-nəslə onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm.
"Speak also to the children of Israel, saying, 'Most certainly you shall keep my Sabbaths: for it is a sign between me and you throughout your generations; that you may know that I am YHWH who sanctifies you.
14 Beləliklə, Şənbə gününə riayət edin, çünki o sizin üçün müqəddəsdir. Onu ləkələyən öldürülməlidir. O gün iş görən hər kəs xalqı arasından qovulsun.
You shall keep the Sabbath therefore; for it is holy to you. Everyone who profanes it shall surely be put to death; for whoever does any work in it, that soul shall be cut off from among his people.
15 Altı gün iş görülsün, yeddinci gün isə Rəbb üçün təqdis olunan Şənbə istirahət günü olsun. O gün iş görən hər kəs öldürülməlidir.
Six days shall work be done, but on the seventh day is a Sabbath of solemn rest, holy to YHWH. Whoever does any work on the Sabbath day shall surely be put to death.
16 İsrail övladları nəsildən-nəslə əbədi əhd kimi Şənbə gününə riayət və əməl etsinlər.
Therefore the children of Israel shall keep the Sabbath, to observe the Sabbath throughout their generations, for a perpetual covenant.
17 Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi”».
It is a sign between me and the children of Israel forever; for in six days YHWH made heaven and earth, and on the seventh day he rested, and was refreshed.'"
18 Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra Allah Öz barmağı ilə yazılmış iki şəhadət daş lövhəsini Musaya verdi.
He gave to Moses, when he finished speaking with him on Mount Sinai, the two tablets of the testimony, stone tablets, written by the finger of God.