< Çixiş 28 >
1 Sən isə qardaşın Harunu və onun oğulları Nadavı, Avihunu, Eleazarı və İtamarı İsrail övladlarının arasından yanına gətir ki, onlar Mənə kahinlik etsin.
“你要从以色列人中,使你的哥哥亚伦和他的儿子拿答、亚比户、以利亚撒、以他玛一同就近你,给我供祭司的职分。
2 Qardaşın Haruna izzət və gözəllik üçün müqəddəs geyimlər hazırla.
你要给你哥哥亚伦做圣衣为荣耀,为华美。
3 Sən də hikmət ruhu ilə doldurduğum bütün məharətli ustalara Harunun təqdis olunması üçün ona geyimlərin hazırlamasını tapşır ki, o Mənə kahinlik etsin.
又要吩咐一切心中有智慧的,就是我用智慧的灵所充满的,给亚伦做衣服,使他分别为圣,可以给我供祭司的职分。
4 Onların hazırlayacağı geyimlər bunlardır: döşlük, efod, üst cübbə, dama-dama xirqə, çalma və qurşaq. Bu müqəddəs geyimləri qardaşın Haruna və oğullarına hazırlasınlar ki, Mənə kahinlik etsinlər.
所要做的就是胸牌、以弗得、外袍、杂色的内袍、冠冕、腰带,使你哥哥亚伦和他儿子穿这圣服,可以给我供祭司的职分。
5 Qoy geyimləri hazırlayanlar qızıl, bənövşəyi, tünd qırmızı, al rəngli iplik və incə kətan götürsünlər.
要用金线和蓝色、紫色、朱红色线,并细麻去做。
6 Efodu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxışla düzəltsinlər.
“他们要拿金线和蓝色、紫色、朱红色线,并捻的细麻,用巧匠的手工做以弗得。
7 Hər iki ucunu bir-birinə bağlayan iki çiyinlik olsun ki, o bərkidilsin.
以弗得当有两条肩带,接上两头,使它相连。
8 Efodun üstündəki kəmər eyni hissədən olsun. O da qızıldan, bənövşəyi, tünd qırmızı və al rəngli iplik və nəfis toxunmuş incə kətandan olsun.
其上巧工织的带子,要和以弗得一样的做法,用以束上,与以弗得接连一块,要用金线和蓝色、紫色、朱红色线,并捻的细麻做成。
9 İki ədəd damarlı əqiq daşı götür və üstündə İsrailin oğullarının adlarını həkk et.
要取两块红玛瑙,在上面刻以色列儿子的名字:
10 Onların doğulma sırası ilə bir daşın üstündə altı ad, o birisinin üstündə qalan altı adı,
六个名字在这块宝石上,六个名字在那块宝石上,都照他们生来的次序。
11 həkkakın işi olan möhür oyması kimi iki daş üstündə İsrailin oğullarının adlarını həkk et. Bunları hörmə qızıl sağanaqlara salıb,
要用刻宝石的手工,仿佛刻图书,按着以色列儿子的名字,刻这两块宝石,要镶在金槽上。
12 bu iki daşı efodun çiyinliklərinə tax. Bunlar İsrailin oğullarının xatirə daşlarıdır; Harun onların adlarını Rəbbin önündə iki çiynində xatirə kimi gəzdirəcək.
要将这两块宝石安在以弗得的两条肩带上,为以色列人做纪念石。亚伦要在两肩上担他们的名字,在耶和华面前作为纪念。
13 Hörmə qızıldan sağanaqlar düzəlt,
要用金子做二槽,
14 xalis qızıldan iki ipə bənzər burma zəncir düzəlt; burma zəncirləri sağanaqlara tax.
又拿精金,用拧工仿佛拧绳子,做两条链子,把这拧成的链子搭在二槽上。”
15 Hökm döşlüyünü efod kimi naxışlı düzəlt. Onu qızıldan, bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan düzəlt.
“你要用巧匠的手工做一个决断的胸牌。要和以弗得一样的做法:用金线和蓝色、紫色、朱红色线,并捻的细麻做成。
16 Döşlük ikiqat, dördbucaq şəklində olub uzunluğu bir qarış, eni də bir qarış olsun.
这胸牌要四方的,叠为两层,长一虎口,宽一虎口。
17 Üstündəki bir çərçivəyə dörd sıra daş tax. Birinci sıra yaqut, topaz, zümrüd
要在上面镶宝石四行:第一行是红宝石、红璧玺、红玉;
18 ikinci sıra firuzə, göy yaqut və almaz,
第二行是绿宝石、蓝宝石、金钢石;
19 üçüncü sıra sirkon, əqiq və ametist,
第三行是紫玛瑙、白玛瑙、紫晶;
20 dördüncü sıra sarı yaqut, damarlı əqiq və yəşəm daşı olsun. Bu daşlar hörmə qızıl sağanaqlara taxılsın.
第四行是水苍玉、红玛瑙、碧玉。这都要镶在金槽中。
21 Daşlar İsrailin oğullarının adlarına görə on iki dənə olsun; hər daş on iki qəbilədən birinin adının oyma möhürü olsun.
这些宝石都要按着以色列十二个儿子的名字,仿佛刻图书,刻十二个支派的名字。
22 Döşlük üçün xalis qızıldan ipəbənzər burma zəncirlər qayır.
要在胸牌上用精金拧成如绳的链子。
23 Döşlük üçün iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna tax.
在胸牌上也要做两个金环,安在胸牌的两头。
24 İki qızıl ipi döşlüyün uclarındakı iki halqaya tax.
要把那两条拧成的金链子,穿过胸牌两头的环子。
25 İplərin o biri uclarını iki hörmə sağanağa taxıb efodun çiyinliklərinin qabaq tərəfinə bağla.
又要把链子的那两头接在两槽上,安在以弗得前面肩带上。
26 Yenə də iki qızıl halqa düzəlt və onları döşlüyün iki ucuna, efodla yanaşı iç qatına tax.
要做两个金环,安在胸牌的两头,在以弗得里面的边上。
27 Digər iki qızıl halqa düzəlt və onu efodun çiyinliklərinin qabaq tərəfinə, aşağıya, efodun kəməri ilə birləşmə üzərinə bərkit.
又要做两个金环,安在以弗得前面两条肩带的下边,挨近相接之处,在以弗得巧工织的带子以上。
28 Döşlük halqaları ilə efodun halqalarına bənövşəyi qaytanla bağlanıb efodun kəmərinin üzərinə bərkidilsin ki, döşlük efoddan sallanmasın.
要用蓝细带子把胸牌的环子与以弗得的环子系住,使胸牌贴在以弗得巧工织的带子上,不可与以弗得离缝。
29 Harun Müqəddəs yerə daxil olduğu zaman Rəbbin önündə daima xatirə olaraq İsrailin oğullarının adlarını hökm döşlüyündə, ürəyinin üstündə daşıyacaq.
亚伦进圣所的时候,要将决断胸牌,就是刻着以色列儿子名字的,带在胸前,在耶和华面前常作纪念。
30 Urim və Tummimi də hökm döşlüyünə qoy ki, Rəbbin hüzuruna daxil olduğu zaman onlar da ürəyinin üstündə olsun. Beləcə Harun İsrail övladlarının hökmünü Rəbbin hüzurunda daima ürəyinin üstündə daşıyacaq.
又要将乌陵和土明放在决断的胸牌里;亚伦进到耶和华面前的时候,要带在胸前,在耶和华面前常将以色列人的决断牌带在胸前。”
31 Efodun cübbəsini büsbütün bənövşəyi iplikdən tik.
“你要做以弗得的外袍,颜色全是蓝的。
32 Ortasında baş keçirmək üçün yer olsun. Onun kənarında cırılmamaq üçün yaxa toxunsun.
袍上要为头留一领口,口的周围织出领边来,仿佛铠甲的领口,免得破裂。
33 Cübbənin ətəyinin ətrafına bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən narlar və zınqırovlar düz:
袍子周围底边上要用蓝色、紫色、朱红色线做石榴。在袍子周围的石榴中间要有金铃铛:
34 cübbənin ətəyi boyunca ətrafında qızıl zınqırov və nar sıra ilə düzülsün.
一个金铃铛一个石榴,一个金铃铛一个石榴,在袍子周围的底边上。
35 Qoy cübbə Harun xidmət etdiyi zaman əynində olsun. Verdiyi səs də onun Müqəddəs yerə – Rəbbin hüzuruna girib-çıxdığı zaman eşidilsin ki, o ölməsin.
亚伦供职的时候要穿这袍子。他进圣所到耶和华面前,以及出来的时候,袍上的响声必被听见,使他不至于死亡。
36 Xalis qızıldan bir lövhəcik düzəlt və onun üzərində möhür oyması olaraq “Rəbbə həsr edilmiş” yazısını həkk et.
“你要用精金做一面牌,在上面按刻图书之法刻着‘归耶和华为圣’。
37 Onu bənövşəyi qaytanla çalmanın üstünə – qabaq tərəfinə tik.
要用一条蓝细带子将牌系在冠冕的前面。
38 Beləcə lövhəcik Harunun alnının üstündə olsun. İsrail övladlarının təqdis etdikləri bütün müqəddəs hədiyyələrin Rəbbin qarşısında məqbul olub-olmamasının məsuliyyətini Harun daşıyacaq. Buna görə də qoy lövhəcik həmişə Harunun alnında olsun.
这牌必在亚伦的额上,亚伦要担当干犯圣物条例的罪孽;这圣物是以色列人在一切的圣礼物上所分别为圣的。这牌要常在他的额上,使他们可以在耶和华面前蒙悦纳。
39 Xirqəni incə kətandan dama-dama hör. Çalmanı da incə kətandan düzəlt. Qurşağın üzərinə naxış tikib düzəlt.
要用杂色细麻线织内袍,用细麻布做冠冕,又用绣花的手工做腰带。
40 Harunun oğullarına izzət və gözəllik üçün xirqələr, qurşaqlar və papaqlar düzəlt.
“你要为亚伦的儿子做内袍、腰带、裹头巾,为荣耀,为华美。
41 Bunları qardaşın Harunla oğullarına geyindirib onları məsh et, vəzifəyə qoy və Mənə kahinlik etmək üçün təqdis et.
要把这些给你的哥哥亚伦和他的儿子穿戴,又要膏他们,将他们分别为圣,好给我供祭司的职分。
42 Beldən buda qədər lüt bədənlərini örtən kətan alt paltarları tik.
要给他们做细麻布裤子,遮掩下体;裤子当从腰达到大腿。
43 Bunları Harunla oğulları Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olanda yaxud qurbangaha yaxınlaşanda cəza çəkib ölməmək üçün geyəcəklər. Bu, Harunla övladlarına əbədi qayda olsun.
亚伦和他儿子进入会幕,或就近坛,在圣所供职的时候必穿上,免得担罪而死。这要为亚伦和他的后裔作永远的定例。”