< Çixiş 25 >

1 Rəbb Musaya dedi:
καὶ ἐλάλησεν κύριος πρὸς Μωυσῆν λέγων
2 «Mənə ianələr gətirmək barədə İsrail övladlarına belə söylə: könlü istəyən hər bir adamdan ianəni qəbul edin.
εἰπὸν τοῖς υἱοῖς Ισραηλ καὶ λάβετέ μοι ἀπαρχὰς παρὰ πάντων οἷς ἂν δόξῃ τῇ καρδίᾳ καὶ λήμψεσθε τὰς ἀπαρχάς μου
3 Onlardan qəbul edəcəyiniz ianələr budur: qızıl, gümüş, tunc,
καὶ αὕτη ἐστὶν ἡ ἀπαρχή ἣν λήμψεσθε παρ’ αὐτῶν χρυσίον καὶ ἀργύριον καὶ χαλκὸν
4 bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu,
καὶ ὑάκινθον καὶ πορφύραν καὶ κόκκινον διπλοῦν καὶ βύσσον κεκλωσμένην καὶ τρίχας αἰγείας
5 qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı,
καὶ δέρματα κριῶν ἠρυθροδανωμένα καὶ δέρματα ὑακίνθινα καὶ ξύλα ἄσηπτα
6 çıraq üçün zeytun yağı, məsh yağı və ətirli buxur üçün ətriyyatlar,
7 efodla döşlüyün üstünə taxılan damarlı əqiq və sağanaq daşları.
καὶ λίθους σαρδίου καὶ λίθους εἰς τὴν γλυφὴν εἰς τὴν ἐπωμίδα καὶ τὸν ποδήρη
8 Mənim üçün Müqəddəs məkan düzəltsinlər ki, aralarında məskunlaşım.
καὶ ποιήσεις μοι ἁγίασμα καὶ ὀφθήσομαι ἐν ὑμῖν
9 Mənim məskənimi və onun bütün avadanlığını göstərdiyim nümunələrə görə düzəldin.
καὶ ποιήσεις μοι κατὰ πάντα ὅσα ἐγώ σοι δεικνύω ἐν τῷ ὄρει τὸ παράδειγμα τῆς σκηνῆς καὶ τὸ παράδειγμα πάντων τῶν σκευῶν αὐτῆς οὕτω ποιήσεις
10 Qoy əbrişim ağacından sandıq düzəltsinlər: uzunluğu iki qulac yarım, eni qulac yarım, hündürlüyü qulac yarım olsun.
καὶ ποιήσεις κιβωτὸν μαρτυρίου ἐκ ξύλων ἀσήπτων δύο πήχεων καὶ ἡμίσους τὸ μῆκος καὶ πήχεος καὶ ἡμίσους τὸ πλάτος καὶ πήχεος καὶ ἡμίσους τὸ ὕψος
11 Onu içəridən və bayırdan xalis qızılla ört, ətrafına qızıl zolaq qoy.
καὶ καταχρυσώσεις αὐτὴν χρυσίῳ καθαρῷ ἔξωθεν καὶ ἔσωθεν χρυσώσεις αὐτήν καὶ ποιήσεις αὐτῇ κυμάτια στρεπτὰ χρυσᾶ κύκλῳ
12 Sandıq üçün dörd tökmə qızıl halqa düzəlt və onları onun dörd ayağına, iki halqanı bir yanına, iki halqanı isə o biri yanına bərkit.
καὶ ἐλάσεις αὐτῇ τέσσαρας δακτυλίους χρυσοῦς καὶ ἐπιθήσεις ἐπὶ τὰ τέσσαρα κλίτη δύο δακτυλίους ἐπὶ τὸ κλίτος τὸ ἓν καὶ δύο δακτυλίους ἐπὶ τὸ κλίτος τὸ δεύτερον
13 Əbrişim ağacından şüvüllər düzəlt və üzərini qızılla ört.
ποιήσεις δὲ ἀναφορεῖς ξύλα ἄσηπτα καὶ καταχρυσώσεις αὐτὰ χρυσίῳ
14 Sandığı daşımaq üçün şüvülləri sandığın yanlarındakı halqalara keçir.
καὶ εἰσάξεις τοὺς ἀναφορεῖς εἰς τοὺς δακτυλίους τοὺς ἐν τοῖς κλίτεσι τῆς κιβωτοῦ αἴρειν τὴν κιβωτὸν ἐν αὐτοῖς
15 Şüvüllər sandığın halqalarında qalıb oradan ayrılmasın.
ἐν τοῖς δακτυλίοις τῆς κιβωτοῦ ἔσονται οἱ ἀναφορεῖς ἀκίνητοι
16 Sənə verəcəyim şəhadət lövhələrini sandığın içinə qoy.
καὶ ἐμβαλεῖς εἰς τὴν κιβωτὸν τὰ μαρτύρια ἃ ἂν δῶ σοι
17 Xalis qızıldan kəffarə qapağını düzəlt. Qoy uzunluğu iki qulac yarım, eni isə qulac yarım olsun.
καὶ ποιήσεις ἱλαστήριον ἐπίθεμα χρυσίου καθαροῦ δύο πήχεων καὶ ἡμίσους τὸ μῆκος καὶ πήχεος καὶ ἡμίσους τὸ πλάτος
18 Kəffarə qapağının hər iki ucu üçün yastılanmış qızıldan iki keruv düzəlt.
καὶ ποιήσεις δύο χερουβιμ χρυσᾶ τορευτὰ καὶ ἐπιθήσεις αὐτὰ ἐξ ἀμφοτέρων τῶν κλιτῶν τοῦ ἱλαστηρίου
19 Bir keruv qapağın bir ucunda, o birisi isə o biri ucunda olaraq qapağın iki ucunda olan keruvlar düzəlt ki, onunla bir hissədən olsun.
ποιηθήσονται χερουβ εἷς ἐκ τοῦ κλίτους τούτου καὶ χερουβ εἷς ἐκ τοῦ κλίτους τοῦ δευτέρου τοῦ ἱλαστηρίου καὶ ποιήσεις τοὺς δύο χερουβιμ ἐπὶ τὰ δύο κλίτη
20 Keruvlar yuxarıya açılmış qanadları ilə kəffarə qapağını örtsünlər. Keruvların üzləri bir-birinə qarşı qapağa doğru olsun.
ἔσονται οἱ χερουβιμ ἐκτείνοντες τὰς πτέρυγας ἐπάνωθεν συσκιάζοντες ταῖς πτέρυξιν αὐτῶν ἐπὶ τοῦ ἱλαστηρίου καὶ τὰ πρόσωπα αὐτῶν εἰς ἄλληλα εἰς τὸ ἱλαστήριον ἔσονται τὰ πρόσωπα τῶν χερουβιμ
21 Kəffarə qapağını sandığın üstünə qoy; sənə verəcəyim şəhadət lövhələrini isə sandığın içinə qoy.
καὶ ἐπιθήσεις τὸ ἱλαστήριον ἐπὶ τὴν κιβωτὸν ἄνωθεν καὶ εἰς τὴν κιβωτὸν ἐμβαλεῖς τὰ μαρτύρια ἃ ἂν δῶ σοι
22 Orada kəffarə qapağının üzərində, Şəhadət sandığının üstündəki iki keruv arasında səninlə görüşəcəyəm və İsrail övladları üçün sənə əmr edəcəyim hər şeyi söyləyəcəyəm.
καὶ γνωσθήσομαί σοι ἐκεῖθεν καὶ λαλήσω σοι ἄνωθεν τοῦ ἱλαστηρίου ἀνὰ μέσον τῶν δύο χερουβιμ τῶν ὄντων ἐπὶ τῆς κιβωτοῦ τοῦ μαρτυρίου καὶ κατὰ πάντα ὅσα ἂν ἐντείλωμαί σοι πρὸς τοὺς υἱοὺς Ισραηλ
23 Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun.
καὶ ποιήσεις τράπεζαν χρυσίου καθαροῦ δύο πήχεων τὸ μῆκος καὶ πήχεος τὸ εὖρος καὶ πήχεος καὶ ἡμίσους τὸ ὕψος
24 Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy.
καὶ ποιήσεις αὐτῇ στρεπτὰ κυμάτια χρυσᾶ κύκλῳ
25 Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy.
καὶ ποιήσεις αὐτῇ στεφάνην παλαιστοῦ κύκλῳ καὶ ποιήσεις στρεπτὸν κυμάτιον τῇ στεφάνῃ κύκλῳ
26 Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit.
καὶ ποιήσεις τέσσαρας δακτυλίους χρυσοῦς καὶ ἐπιθήσεις τοὺς δακτυλίους ἐπὶ τὰ τέσσαρα μέρη τῶν ποδῶν αὐτῆς
27 Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun.
ὑπὸ τὴν στεφάνην καὶ ἔσονται οἱ δακτύλιοι εἰς θήκας τοῖς ἀναφορεῦσιν ὥστε αἴρειν ἐν αὐτοῖς τὴν τράπεζαν
28 Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın.
καὶ ποιήσεις τοὺς ἀναφορεῖς ἐκ ξύλων ἀσήπτων καὶ καταχρυσώσεις αὐτοὺς χρυσίῳ καθαρῷ καὶ ἀρθήσεται ἐν αὐτοῖς ἡ τράπεζα
29 Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt.
καὶ ποιήσεις τὰ τρυβλία αὐτῆς καὶ τὰς θυίσκας καὶ τὰ σπονδεῖα καὶ τοὺς κυάθους ἐν οἷς σπείσεις ἐν αὐτοῖς χρυσίου καθαροῦ ποιήσεις αὐτά
30 Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.
καὶ ἐπιθήσεις ἐπὶ τὴν τράπεζαν ἄρτους ἐνωπίους ἐναντίον μου διὰ παντός
31 Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun.
καὶ ποιήσεις λυχνίαν ἐκ χρυσίου καθαροῦ τορευτὴν ποιήσεις τὴν λυχνίαν ὁ καυλὸς αὐτῆς καὶ οἱ καλαμίσκοι καὶ οἱ κρατῆρες καὶ οἱ σφαιρωτῆρες καὶ τὰ κρίνα ἐξ αὐτῆς ἔσται
32 Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın.
ἓξ δὲ καλαμίσκοι ἐκπορευόμενοι ἐκ πλαγίων τρεῖς καλαμίσκοι τῆς λυχνίας ἐκ τοῦ κλίτους αὐτῆς τοῦ ἑνὸς καὶ τρεῖς καλαμίσκοι τῆς λυχνίας ἐκ τοῦ κλίτους τοῦ δευτέρου
33 Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun.
καὶ τρεῖς κρατῆρες ἐκτετυπωμένοι καρυίσκους ἐν τῷ ἑνὶ καλαμίσκῳ σφαιρωτὴρ καὶ κρίνον οὕτως τοῖς ἓξ καλαμίσκοις τοῖς ἐκπορευομένοις ἐκ τῆς λυχνίας
34 Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun.
καὶ ἐν τῇ λυχνίᾳ τέσσαρες κρατῆρες ἐκτετυπωμένοι καρυίσκους ἐν τῷ ἑνὶ καλαμίσκῳ οἱ σφαιρωτῆρες καὶ τὰ κρίνα αὐτῆς
35 Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun.
ὁ σφαιρωτὴρ ὑπὸ τοὺς δύο καλαμίσκους ἐξ αὐτῆς καὶ σφαιρωτὴρ ὑπὸ τοὺς τέσσαρας καλαμίσκους ἐξ αὐτῆς οὕτως τοῖς ἓξ καλαμίσκοις τοῖς ἐκπορευομένοις ἐκ τῆς λυχνίας
36 Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun.
οἱ σφαιρωτῆρες καὶ οἱ καλαμίσκοι ἐξ αὐτῆς ἔστωσαν ὅλη τορευτὴ ἐξ ἑνὸς χρυσίου καθαροῦ
37 Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın.
καὶ ποιήσεις τοὺς λύχνους αὐτῆς ἑπτά καὶ ἐπιθήσεις τοὺς λύχνους καὶ φανοῦσιν ἐκ τοῦ ἑνὸς προσώπου
38 Maşaları və xəkəndazları da xalis qızıldan olsun.
καὶ τὸν ἐπαρυστῆρα αὐτῆς καὶ τὰ ὑποθέματα αὐτῆς ἐκ χρυσίου καθαροῦ ποιήσεις
39 Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin.
πάντα τὰ σκεύη ταῦτα τάλαντον χρυσίου καθαροῦ
40 Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt.
ὅρα ποιήσεις κατὰ τὸν τύπον τὸν δεδειγμένον σοι ἐν τῷ ὄρει

< Çixiş 25 >