< Çixiş 24 >
1 Rəbb Musaya dedi: «Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin.
上主以後向梅瑟說:「你和亞郎、納達布、阿彼胡,以及以色列長老中的七十人到上主那裏;你們都在遠處跪下朝拜。
2 Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş, o biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın».
然後梅瑟一人要走近上主,別人不可走近,百姓也不准同他上山。」
3 Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik».
梅瑟下來將上主的一切話和誡命講述給百姓聽,眾百姓都同聲回答說:「凡上主所吩咐的話,我們全要奉行。」
4 Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu.
梅瑟遂將上主的一切話記錄下來。第二天清晨,梅瑟在山下立了一座祭壇,又按以色列十二支派立了十二根石柱,
5 Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi.
又派了以色列子民的一些青年人去奉獻全燔祭,宰殺了牛犢作為獻給上主的和平祭。
6 Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi.
梅瑟取了一半血,盛在盆中,取了另一半血洒在祭壇上。
7 O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!»
然後拿過約書來,唸給百姓聽。以後百姓回答說:「凡上主所吩咐的話,我們必聽從奉行。」
8 Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».
梅瑟遂拿血來洒在百姓身上說:「看,這是盟約的血,是上主本著這一切話同你們訂立的約。」
9 Bunu edib Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə çıxıb,
隨後梅瑟、亞郎、納達布、阿彼胡和以色列長老中的七十人上了山,
10 İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər, səmanın özü kimi aydın bir şey var idi.
看見了以色列的天主,看見在他腳下好像有一塊藍玉作的薄板,光亮似藍天。
11 Allah İsrailin başçılarına əl qaldırmadı; onlar Allahı gördülər və yeyib-içdilər.
他們雖看見了天主,天主卻沒有下手害以色列的首領們,他們還能吃能喝。梅瑟獨自留在山上
12 Rəbb Musaya dedi: «Mənim yanıma dağa çıx və orada dur; xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim».
以後上主向梅瑟說:「你上山到我台前,停留在那裏,我要將石版,即我為教訓百姓所寫的法律和誡命交給你。」
13 Musa köməkçisi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı.
梅瑟和他的侍從若蘇厄起身上天主的山,
14 Ağsaqqallara isə dedi: «Biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır; kimin nə çətin işi varsa, onların yanına gedə bilər».
梅瑟巷長老們說:「你們在這裏等候我們回到你們這裏。你們有亞郎和胡爾同你們在一起。誰有爭訟的事,可到他們那裏去。」
15 Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü.
梅瑟上了山,雲彩就把山蓋住了。
16 Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı.
上主的榮耀停在西乃山上,雲彩遮蓋著山共六天之久,第七天上主從雲彩爭召叫了梅瑟。
17 Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb-yaxan alov kimi görünürdü.
上主的榮耀在以色列子民眼前,好像烈火出現在山頂上。
18 Musa buludun içinə girib dağa çıxdı və qırx gün-qırx gecə dağda qaldı.
梅瑟進入雲彩中,上了山;梅瑟在山上停留了四十天,四十夜。