< Çixiş 23 >

1 Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın.
לא תשא שמע שוא אל תשת ידך עם רשע להית עד חמס
2 Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın.
לא תהיה אחרי רבים לרעת ולא תענה על רב לנטת אחרי רבים--להטת
3 Kasıba da məhkəmədə meylini salma.
ודל לא תהדר בריבו
4 Sən düşməninin azmış buğasına, inəyinə yaxud eşşəyinə rast gəlsən, sahibinə qaytarmalısan.
כי תפגע שור איבך או חמרו--תעה השב תשיבנו לו
5 Sənə nifrət edən adamın eşşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə; ona kömək et ki, bu yükdən azad olsun.
כי תראה חמור שנאך רבץ תחת משאו וחדלת מעזב לו--עזב תעזב עמו
6 Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə.
לא תטה משפט אבינך בריבו
7 Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət qazandırmayacağam.
מדבר שקר תרחק ונקי וצדיק אל תהרג כי לא אצדיק רשע
8 Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər.
ושחד לא תקח כי השחד יעור פקחים ויסלף דברי צדיקים
9 Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmisiniz, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
וגר לא תלחץ ואתם ידעתם את נפש הגר--כי גרים הייתם בארץ מצרים
10 Altı il torpağınızı əkin və məhsulunu yığın.
ושש שנים תזרע את ארצך ואספת את תבואתה
11 Yeddinci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalanı isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin.
והשביעת תשמטנה ונטשתה ואכלו אביני עמך ויתרם תאכל חית השדה כן תעשה לכרמך לזיתך
12 Altı gün işlərinizi görün, yeddinci gün isə istirahət edin ki, mal-qaranız və eşşəyiniz rahatlansın, evinizdə doğulan qullar və qəriblər də dincəlsin.
ששת ימים תעשה מעשיך וביום השביעי תשבת--למען ינוח שורך וחמרך וינפש בן אמתך והגר
13 Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa allahların adını çəkməyin, qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın.
ובכל אשר אמרתי אליכם תשמרו ושם אלהים אחרים לא תזכירו לא ישמע על פיך
14 Mənə ildə üç dəfə bayram edin:
שלש רגלים תחג לי בשנה
15 Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin.
את חג המצות תשמר--שבעת ימים תאכל מצות כאשר צויתך למועד חדש האביב כי בו יצאת ממצרים ולא יראו פני ריקם
16 Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin.
וחג הקציר בכורי מעשיך אשר תזרע בשדה וחג האסף בצאת השנה באספך את מעשיך מן השדה
17 İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər.
שלש פעמים בשנה--יראה כל זכורך אל פני האדן יהוה
18 Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın.
לא תזבח על חמץ דם זבחי ולא ילין חלב חגי עד בקר
19 Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin.
ראשית בכורי אדמתך תביא בית יהוה אלהיך לא תבשל גדי בחלב אמו
20 Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm.
הנה אנכי שלח מלאך לפניך לשמרך בדרך ולהביאך אל המקום אשר הכנתי
21 Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir.
השמר מפניו ושמע בקלו אל תמר בו כי לא ישא לפשעכם כי שמי בקרבו
22 Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam.
כי אם שמוע תשמע בקלו ועשית כל אשר אדבר--ואיבתי את איביך וצרתי את צרריך
23 Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam.
כי ילך מלאכי לפניך והביאך אל האמרי והחתי והפרזי והכנעני החוי והיבוסי והכחדתיו
24 Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz.
לא תשתחוה לאלהיהם ולא תעבדם ולא תעשה כמעשיהם כי הרס תהרסם ושבר תשבר מצבתיהם
25 Siz isə Allahınız Rəbbə xidmət edin, O da çörəyinizə və suyunuza bərəkət verəcək; sizin daxilinizdən xəstəliyi yox edəcəyəm.
ועבדתם את יהוה אלהיכם וברך את לחמך ואת מימיך והסרתי מחלה מקרבך
26 Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olacaq. Ömrünüzü də uzun edəcəyəm.
לא תהיה משכלה ועקרה בארצך את מספר ימיך אמלא
27 Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam.
את אימתי אשלח לפניך והמתי את כל העם אשר תבא בהם ונתתי את כל איביך אליך ערף
28 Eşşəkarısını da qarşınızca göndərəcəyəm, o da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq.
ושלחתי את הצרעה לפניך וגרשה את החוי את הכנעני ואת החתי--מלפניך
29 Lakin bir il ərzində onları önünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın və çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın.
לא אגרשנו מפניך בשנה אחת פן תהיה הארץ שממה ורבה עליך חית השדה
30 Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız.
מעט מעט אגרשנו מפניך עד אשר תפרה ונחלת את הארץ
31 Qırmızı dənizdən Filişt dənizinə qədər, səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm, siz isə onları yanınızdan qovarsınız.
ושתי את גבלך מים סוף ועד ים פלשתים וממדבר עד הנהר כי אתן בידכם את ישבי הארץ וגרשתמו מפניך
32 Nə onlarla, nə də allahları ilə əhd kəsin.
לא תכרת להם ולאלהיהם ברית
33 Qoymayın ki, onlar ölkənizdə yaşasınlar və sizin Mənə qarşı günah edərək onların allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ olacaq».
לא ישבו בארצך פן יחטיאו אתך לי כי תעבד את אלהיהם כי יהיה לך למוקש

< Çixiş 23 >