< Çixiş 22 >

1 Bir adam mal-qara yaxud qoyun-keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy o adam mal-qara əvəzinə beş heyvan, qoyun-keçi əvəzinə dörd heyvan verib zərəri ödəsin.
Ha valaki ökröt vagy bárányt lop, és levágja vagy eladja azt: öt barmot fizessen egy ökörért, és négy juhot egy bárányért.
2 Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın.
Ha ház-fölverésen kapják a tolvajt, és úgy megverik, hogy meghal, nincs vérbűn miatta.
3 Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın.
Ha reá sütött a nap, vérbűn van miatta: fizessen; ha nincs néki: adassék el tolvajságáért.
4 Əgər oğurlanan mal-qara, eşşəklər ya qoyun-keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri ikiqat ödəsin.
Ha elevenen kapják kezében a lopott jószágot, akár ökör, akár szamár, akár juh: két annyit fizessen érette.
5 Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin.
Ha valaki mezőt vagy szőlőt étet le, úgy hogy barmát elereszti, és az a más mezején legel: mezejének javából és szőlőjének javából fizesse meg a kárt.
6 Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir.
Ha tűz támad, és tövisbe kap, és megég az asztag, vagy a lábon álló gabona, vagy a mező: fizesse meg a kárt, a ki a tüzet gyujtotta.
7 Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin.
Ha valaki pénzt vagy edényeket ád felebarátjának megőrzés végett, és ellopják annak a férfiúnak házából: ha megtalálják a tolvajt, fizessen kétannyit.
8 Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib.
Ha nem találják meg a tolvajt, a ház urát vigyék a bírák eleibe: hogy nem nyújtotta-é ki kezét az ő felebarátja vagyonára.
9 Hər hansı itmiş bir əşya – mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir.
Akármi bűn dolgában, akár ökör, akár szamár, akár juh, akár ruha, akármi elveszett jószág az, a miről azt mondja: ez az; mindkettőjük ügye a bírák eleibe menjen, és a kit a bírák bűnösnek mondanak, fizessen két annyit az ő felebarátjának.
10 Bir adama saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa
Ha valaki szamarat, vagy ökröt, vagy bárányt, vagy akármiféle barmot ád az ő felebarátja gondviselése alá, és az elhull, vagy megsérül, vagy elhajtatik, úgy hogy senki sem látta:
11 bu adamlar arasında Rəbbin adına içilən and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin.
Az Úrra való esküvés legyen kettejök közt, hogy nem nyújtotta-é ki kezét felebarátja vagyonára; és ezt fogadja el annak ura, és az semmit se fizessen.
12 Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin.
Ha pedig ellopták tőle: megfizesse az urának.
13 Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin.
Ha széttépetett, hozza el azt bizonyságul; a széttépettet nem fizeti meg.
14 Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir.
Ha pedig valaki kölcsön kér az ő felebarátjától, és az megsérül vagy elhull urának távollétében: fizesse meg a kárt.
15 Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir.
Ha ura vele van, nem fizet; ha bérbe adatott, bérébe megy.
16 Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir.
Ha valaki hajadont csábít el, a ki nincs eljegyezve, és vele hál: jegyajándékkal jegyezze azt el magának feleségül.
17 Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin.
Ha annak atyja nem akarja azt néki adni: annyi pénzt adjon, a mennyi a hajadonok jegyajándéka.
18 Cadugər qadın sağ qalmasın.
Varázsló asszonyt ne hagyj életben.
19 Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir.
A ki barommal közösül, halállal lakoljon.
20 Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun.
A ki isteneknek áldozik, nem csupán az Úrnak, megölettessék.
21 Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz.
A jövevényen ne hatalmaskodjál, és ne nyomorgasd azt, mert jövevények voltatok Égyiptom földén.
22 Heç bir dul qadına və yetimə əziyyət verməyin.
Egy özvegyet vagy árvát se nyomorítsatok meg.
23 Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm.
Ha nyomorgatod azt, és hozzám kiált, meghallgatom az ő kiáltását.
24 Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq.
És felgerjed haragom, és megöllek titeket fegyverrel, és a ti feleségeitek özvegyekké lésznek, a ti fiaitok pedig árvákká.
25 Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın.
Ha pénzt adsz kölcsön az én népemnek, a szegénynek a ki veled van; ne légy hozzá olyan, mint a hitelező; ne vessetek reá uzsorát.
26 Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın.
Ha zálogba veszed a te felebarátod felső ruháját: naplemente előtt visszaadd azt néki:
27 Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.
Mert egyetlen takarója, testének ruhája az: miben háljon? Bizony, ha én hozzám kiált, meghallgatom; mert én irgalmas vagyok.
28 Allaha küfr etmə və xalqın başçısına lənət etmə.
A bírákat ne szidalmazd, és néped fejedelmét ne átkozd.
29 Öz məhsulunu və şirə təqdimlərini Mənə gətirməyini gecikdirmə. İlk oğullarını Mənə həsr et.
Gabonáddal és boroddal ne késlekedjél; fiaid elsőszülöttét nékem add.
30 Mal-qaranın və qoyun-keçinin ilk balaları ilə də belə et: yeddi gün onları anaları ilə qoyub, səkkizinci gün Mənə həsr et.
Hasonlóképen cselekedjél ökröddel, juhoddal; hét napig legyen az ő anyjával, a nyolczadik napon nékem add azt.
31 Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın.
És szent emberek legyetek én előttem; a mezőn széttépett húst meg ne egyétek; az ebnek vessétek azt.

< Çixiş 22 >