< Çixiş 20 >

1 Allah bütün bu sözləri belə söylədi:
神はこのすべての言葉を語って言われた。
2 «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
「わたしはあなたの神、主であって、あなたをエジプトの地、奴隷の家から導き出した者である。
3 Məndən başqa allahların olmasın.
あなたはわたしのほかに、なにものをも神としてはならない。
4 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
あなたは自分のために、刻んだ像を造ってはならない。上は天にあるもの、下は地にあるもの、また地の下の水のなかにあるものの、どんな形をも造ってはならない。
5 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
それにひれ伏してはならない。それに仕えてはならない。あなたの神、主であるわたしは、ねたむ神であるから、わたしを憎むものは、父の罪を子に報いて、三四代に及ぼし、
6 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
わたしを愛し、わたしの戒めを守るものには、恵みを施して、千代に至るであろう。
7 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
あなたは、あなたの神、主の名を、みだりに唱えてはならない。主は、み名をみだりに唱えるものを、罰しないでは置かないであろう。
8 Şənbə gününü yadda saxlayıb təqdis et.
安息日を覚えて、これを聖とせよ。
9 Altı gün çalışıb bütün işlərini gör.
六日のあいだ働いてあなたのすべてのわざをせよ。
10 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.
七日目はあなたの神、主の安息であるから、なんのわざをもしてはならない。あなたもあなたのむすこ、娘、しもべ、はしため、家畜、またあなたの門のうちにいる他国の人もそうである。
11 Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.
主は六日のうちに、天と地と海と、その中のすべてのものを造って、七日目に休まれたからである。それで主は安息日を祝福して聖とされた。
12 Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
あなたの父と母を敬え。これは、あなたの神、主が賜わる地で、あなたが長く生きるためである。
13 Qətl etmə.
あなたは殺してはならない。
14 Zina etmə.
あなたは姦淫してはならない。
15 Oğurluq etmə.
あなたは盗んではならない。
16 Heç kimə qarşı yalandan şahidlik etmə.
あなたは隣人について、偽証してはならない。
17 Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
あなたは隣人の家をむさぼってはならない。隣人の妻、しもべ、はしため、牛、ろば、またすべて隣人のものをむさぼってはならない」。
18 Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu.
民は皆、かみなりと、いなずまと、ラッパの音と、山の煙っているのとを見た。民は恐れおののき、遠く離れて立った。
19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik».
彼らはモーセに言った、「あなたがわたしたちに語ってください。わたしたちは聞き従います。神がわたしたちに語られぬようにしてください。それでなければ、わたしたちは死ぬでしょう」。
20 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun».
モーセは民に言った、「恐れてはならない。神はあなたがたを試みるため、またその恐れをあなたがたの目の前において、あなたがたが罪を犯さないようにするために臨まれたのである」。
21 Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.
そこで、民は遠く離れて立ったが、モーセは神のおられる濃い雲に近づいて行った。
22 Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım.
主はモーセに言われた、「あなたはイスラエルの人々にこう言いなさい、『あなたがたは、わたしが天からあなたがたと語るのを見た。
23 Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən allahlar düzəltməyin.
あなたがたはわたしと並べて、何をも造ってはならない。銀の神々も、金の神々も、あなたがたのために、造ってはならない。
24 Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm.
あなたはわたしのために土の祭壇を築き、その上にあなたの燔祭、酬恩祭、羊、牛をささげなければならない。わたしの名を覚えさせるすべての所で、わたしはあなたに臨んで、あなたを祝福するであろう。
25 Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən.
あなたがもしわたしに石の祭壇を造るならば、切り石で築いてはならない。あなたがもし、のみをそれに当てるならば、それをけがすからである。
26 Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”.
あなたは階段によって、わたしの祭壇に登ってはならない。あなたの隠し所が、その上にあらわれることのないようにするためである』。

< Çixiş 20 >