< Çixiş 2 >

1 O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı.
Odšed pak muž jeden z domu Léví, vzal dceru z pokolení Léví.
2 O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi.
I počala žena ta, a porodila syna; a viduci, že jest krásný, kryla ho za tři měsíce.
3 Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu.
A když ho nemohla déle tajiti, vzala mu ošitku z sítí, a omazala ji klím a smolou; a vložila do ní to dítě, a vyložila do rákosí u břehu řeky.
4 Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı.
A postavila sestru jeho zdaleka, aby zvěděla, co se s ním díti bude.
5 Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi.
A v tom sešla dcera Faraonova, aby se myla v řece; a děvečky její procházely se po břehu řeky. A uzřevši ošitku mezi rákosím, poslala děvečku svou, a vzala ji.
6 Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır».
A když otevřela, uzřela dítě; a aj, plakalo pacholátko. A slitovavši se nad ním, řekla: Z dětí Hebrejských jest toto.
7 Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?»
I řekla sestra jeho k dceři Faraonově: Mám-li jíti a zavolati tobě chůvy z žen Hebrejských, kteráž by odchovala tobě dítě?
8 Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı.
Odpověděla dcera Faraonova: Jdi. Tedy šla děvečka a zavolala matky toho dítěte.
9 Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi.
I řekla jí dcera Faraonova: Vezmi toto dítě, a odchovej mi je; a jáť dám mzdu tvou. I vzala žena dítě, a chovala je.
10 Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum».
A když odrostlo pachole, dovedla je k dceři Faraonově, kteráž jej měla za syna; a nazvala jméno jeho Mojžíš, řkuci: Nebo jsem ho z vody vytáhla.
11 Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü.
I stalo se ve dnech těch, když vyrostl Mojžíš, že vyšel k bratřím svým, a hleděl na trápení jejich. Uzřel také muže Egyptského, an tepe muže Hebrejského, jednoho z bratří jeho.
12 Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi.
A sem i tam se ohlédna, vida, že žádného tu není, zabil Egyptského, a zahrabal jej v písku.
13 Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?»
Vyšed potom druhého dne, a aj, dva muži Hebrejští vadili se. I řekl tomu, kterýž křivdu činil: Proč tepeš bližního svého?
14 O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər».
Kterýžto odpověděl: Kdo tě ustanovil knížetem a soudcí nad námi? Zdali zabiti mne myslíš, jako jsi zabil Egyptského? Protož ulekl se Mojžíš a řekl: Jistě známá jest ta věc.
15 Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu.
A uslyšav Farao tu věc, hledal zabiti Mojžíše. Ale Mojžíš utekl od tváři Faraonovy, a bydlil v zemi Madianské; i usadil se podlé studnice.
16 Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular.
Kníže pak Madianské mělo sedm dcer. Kteréžto přišedše, vážily vodu, a nalívaly do koryt, aby napájely dobytek otce svého.
17 O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi.
I přišli pastýři, a odehnali je. Tedy Mojžíš vstav, pomohl jim a napojil dobytek jejich.
18 Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?»
A když se navrátily k Raguelovi, otci svému, řekl on: Jakž jste to dnes tak brzo přišly?
19 Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi».
Odpověděly: Muž Egyptský vysvobodil nás z ruky pastýřů; ano také ochotně navážil nám vody, a napojil dobytek.
20 O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin».
I řekl dcerám svým: Kdež pak jest? Pročež jste pustily muže toho? Povolejte ho, ať pojí chleba.
21 Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi.
A svolil Mojžíš k tomu, aby bydlil s mužem tím. Kterýžto dal Zeforu, dceru svou, Mojžíšovi.
22 Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum».
I porodila syna, a nazval jméno jeho Gerson; nebo řekl: Příchozí jsem byl v zemi cizí.
23 Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı.
Stalo se pak po mnohých časích, že umřel král Egyptský; a synové Izraelští úpěli pro roboty, a křičeli. I vstoupil k Bohu křik jejich pro roboty.
24 Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı.
A uslyšel Bůh naříkání jejich, a rozpomenul se Bůh na smlouvu svou s Abrahamem, Izákem a Jákobem.
25 Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı.
I vzhlédl Bůh na syny Izraelské, a poznal Bůh.

< Çixiş 2 >