< Çixiş 16 >

1 Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar.
以色列全會眾從以琳起行,在出埃及後第二個月十五日到了以琳和西奈中間、汛的曠野。
2 Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi.
以色列全會眾在曠野向摩西、亞倫發怨言,
3 İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz».
說:「巴不得我們早死在埃及地、耶和華的手下;那時我們坐在肉鍋旁邊,吃得飽足。你們將我們領出來,到這曠野,是要叫這全會眾都餓死啊!」
4 Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox.
耶和華對摩西說:「我要將糧食從天降給你們。百姓可以出去,每天收每天的分,我好試驗他們遵不遵我的法度。
5 Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar».
到第六天,他們要把所收進來的預備好了,比每天所收的多一倍。」
6 Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir.
摩西、亞倫對以色列眾人說:「到了晚上,你們要知道是耶和華將你們從埃及地領出來的。
7 Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?»
早晨,你們要看見耶和華的榮耀,因為耶和華聽見你們向他所發的怨言了。我們算甚麼,你們竟向我們發怨言呢?」
8 Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır».
摩西又說:「耶和華晚上必給你們肉吃,早晨必給你們食物得飽;因為你們向耶和華發的怨言,他都聽見了。我們算甚麼,你們的怨言不是向我們發的,乃是向耶和華發的。」
9 Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”».
摩西對亞倫說:「你告訴以色列全會眾說:『你們就近耶和華面前,因為他已經聽見你們的怨言了。』」
10 Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər.
亞倫正對以色列全會眾說話的時候,他們向曠野觀看,不料,耶和華的榮光在雲中顯現。
11 Rəbb Musaya dedi:
耶和華曉諭摩西說:
12 «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm».
「我已經聽見以色列人的怨言。你告訴他們說:『到黃昏的時候,你們要吃肉,早晨必有食物得飽,你們就知道我是耶和華-你們的上帝。』」
13 Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü.
到了晚上,有鵪鶉飛來,遮滿了營;早晨在營四圍的地上有露水。
14 Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü.
露水上升之後,不料,野地面上有如白霜的小圓物。
15 İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir.
以色列人看見,不知道是甚麼,就彼此對問說:「這是甚麼呢?」摩西對他們說:「這就是耶和華給你們吃的食物。
16 Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün».
耶和華所吩咐的是這樣:你們要按着各人的飯量,為帳棚裏的人,按着人數收起來,各拿一俄梅珥。」
17 İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı.
以色列人就這樣行;有多收的,有少收的。
18 Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı.
及至用俄梅珥量一量,多收的也沒有餘,少收的也沒有缺;各人按着自己的飯量收取。
19 Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın».
摩西對他們說:「所收的,不許甚麼人留到早晨。」
20 Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi.
然而他們不聽摩西的話,內中有留到早晨的,就生蟲變臭了;摩西便向他們發怒。
21 İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi.
他們每日早晨,按着各人的飯量收取,日頭一發熱,就消化了。
22 İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər.
到第六天,他們收了雙倍的食物,每人兩俄梅珥。會眾的官長來告訴摩西;
23 Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”».
摩西對他們說:「耶和華這樣說:『明天是聖安息日,是向耶和華守的聖安息日。你們要烤的就烤了,要煮的就煮了,所剩下的都留到早晨。』」
24 İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi.
他們就照摩西的吩咐留到早晨,也不臭,裏頭也沒有蟲子。
25 Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız.
摩西說:「你們今天吃這個吧!因為今天是向耶和華守的安息日;你們在田野必找不着了。
26 Siz onu altı gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq».
六天可以收取,第七天乃是安息日,那一天必沒有了。」
27 Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar.
第七天,百姓中有人出去收,甚麼也找不着。
28 Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız?
耶和華對摩西說:「你們不肯守我的誡命和律法,要到幾時呢?
29 Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın».
你們看!耶和華既將安息日賜給你們,所以第六天他賜給你們兩天的食物,第七天各人要住在自己的地方,不許甚麼人出去。」
30 Beləcə xalq yeddinci gün istirahət etdi.
於是百姓第七天安息了。
31 İsrail xalqı bu yeməyin adını «manna» qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi.
這食物,以色列家叫嗎哪;樣子像芫荽子,顏色是白的,滋味如同攙蜜的薄餅。
32 Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”».
摩西說:「耶和華所吩咐的是這樣:『要將一滿俄梅珥嗎哪留到世世代代,使後人可以看見我當日將你們領出埃及地,在曠野所給你們吃的食物。』」
33 Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır».
摩西對亞倫說:「你拿一個罐子,盛一滿俄梅珥嗎哪,存在耶和華面前,要留到世世代代。」
34 Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı.
耶和華怎麼吩咐摩西,亞倫就怎麼行,把嗎哪放在法櫃前存留。
35 İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər.
以色列人吃嗎哪共四十年,直到進了有人居住之地,就是迦南的境界。(
36 Bir omer efanın onda bir hissəsidir.
俄梅珥就是伊法十分之一。)

< Çixiş 16 >