< Ester 1 >

1 Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi.
亚哈随鲁作王,从印度直到古实,统管一百二十七省。
2 O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu.
亚哈随鲁王在书珊城的宫登基;
3 Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi.
在位第三年,为他一切首领臣仆设摆筵席,有波斯和米底亚的权贵,就是各省的贵胄与首领,在他面前。
4 O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.
他把他荣耀之国的丰富和他美好威严的尊贵给他们看了许多日,就是一百八十日。
5 Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.
这日子满了,又为所有住书珊城的大小人民在御园的院子里设摆筵席七日。
6 Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu.
有白色、绿色、蓝色的帐子,用细麻绳、紫色绳从银环内系在白玉石柱上;有金银的床榻摆在红、白、黄、黑玉石的铺石地上。
7 Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi.
用金器皿赐酒,器皿各有不同。御酒甚多,足显王的厚意。
8 Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin.
喝酒有例,不准勉强人,因王吩咐宫里的一切臣宰,让人各随己意。
9 Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu.
王后瓦实提在亚哈随鲁王的宫内也为妇女设摆筵席。
10 Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:
第七日,亚哈随鲁王饮酒,心中快乐,就吩咐在他面前侍立的七个太监米户幔、比斯他、哈波拿、比革他、亚拔他、西达、甲迦,
11 «Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi.
请王后瓦实提头戴王后的冠冕到王面前,使各等臣民看她的美貌,因为她容貌甚美。
12 Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.
王后瓦实提却不肯遵太监所传的王命而来,所以王甚发怒,心如火烧。
13 Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi.
那时,在王左右常见王面、国中坐高位的,有波斯和米底亚的七个大臣,就是甲示拿、示达、押玛他、他施斯、米力、玛西拿、米母干,都是达时务的明哲人。按王的常规,办事必先询问知例明法的人。王问他们说:
14 Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi.
15 Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi».
“王后瓦实提不遵太监所传的王命,照例应当怎样办理呢?”
16 Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi.
米母干在王和众首领面前回答说:“王后瓦实提这事,不但得罪王,并且有害于王各省的臣民;
17 Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq.
因为王后这事必传到众妇人的耳中,说:‘亚哈随鲁王吩咐王后瓦实提到王面前,她却不来’,她们就藐视自己的丈夫。
18 Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq.
今日波斯和米底亚的众夫人听见王后这事,必向王的大臣照样行;从此必大开藐视和忿怒之端。
19 Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin.
王若以为美,就降旨写在波斯和米底亚人的例中,永不更改,不准瓦实提再到王面前,将她王后的位分赐给比她还好的人。
20 Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq».
所降的旨意传遍通国(国度本来广大),所有的妇人,无论丈夫贵贱都必尊敬他。”
21 Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi.
王和众首领都以米母干的话为美,王就照这话去行,
22 Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.
发诏书,用各省的文字、各族的方言通知各省,使为丈夫的在家中作主,各说本地的方言。

< Ester 1 >