< Vaiz 1 >

1 Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
דברי קהלת בן דוד מלך בירושלם׃
2 Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur!
הבל הבלים אמר קהלת הבל הבלים הכל הבל׃
3 İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var?
מה יתרון לאדם בכל עמלו שיעמל תחת השמש׃
4 Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır.
דור הלך ודור בא והארץ לעולם עמדת׃
5 Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın.
וזרח השמש ובא השמש ואל מקומו שואף זורח הוא שם׃
6 Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir.
הולך אל דרום וסובב אל צפון סובב סבב הולך הרוח ועל סביבתיו שב הרוח׃
7 Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar.
כל הנחלים הלכים אל הים והים איננו מלא אל מקום שהנחלים הלכים שם הם שבים ללכת׃
8 Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən.
כל הדברים יגעים לא יוכל איש לדבר לא תשבע עין לראות ולא תמלא אזן משמע׃
9 Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
מה שהיה הוא שיהיה ומה שנעשה הוא שיעשה ואין כל חדש תחת השמש׃
10 Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl.
יש דבר שיאמר ראה זה חדש הוא כבר היה לעלמים אשר היה מלפננו׃
11 Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq.
אין זכרון לראשנים וגם לאחרנים שיהיו לא יהיה להם זכרון עם שיהיו לאחרנה׃
12 Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim.
אני קהלת הייתי מלך על ישראל בירושלם׃
13 Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
ונתתי את לבי לדרוש ולתור בחכמה על כל אשר נעשה תחת השמים הוא ענין רע נתן אלהים לבני האדם לענות בו׃
14 Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
ראיתי את כל המעשים שנעשו תחת השמש והנה הכל הבל ורעות רוח׃
15 Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz.
מעות לא יוכל לתקן וחסרון לא יוכל להמנות׃
16 Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”.
דברתי אני עם לבי לאמר אני הנה הגדלתי והוספתי חכמה על כל אשר היה לפני על ירושלם ולבי ראה הרבה חכמה ודעת׃
17 Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
ואתנה לבי לדעת חכמה ודעת הוללות ושכלות ידעתי שגם זה הוא רעיון רוח׃
18 Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır.
כי ברב חכמה רב כעס ויוסיף דעת יוסיף מכאוב׃

< Vaiz 1 >