< Vaiz 6 >

1 Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:
Mahunu bɔne foforɔ bi wɔ owia yi ase a ɛhyɛ nnipa so yie:
2 adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir.
Onyankopɔn ma onipa ahonyadeɛ, adenya ne animuonyam sɛdeɛ biribiara a nʼakoma pɛ no ɛmmɔ no, nanso Onyankopɔn amma no kwan sɛ ɔmfa nnye nʼani, na ɔhɔhoɔ mmom na ɔde gye nʼani. Yei yɛ ahuhudeɛ, ɔhaw a ɛyɛ yea.
3 Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.
Onipa bɛtumi anya mma ɔha na wanyini akyɛre; nanso ne mfeɛ dodoɔ yi akyi no, nʼahonya no amma nʼani annye, na ne sie nso anyɛ fɛ a, ɔpɔn ba ho wɔ mfasoɔ sene no.
4 Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir.
Ne ba no yɛ adehunu, esum mu na ɔkorɔ, na esum akata ne din so.
5 Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.
Ɛwom sɛ wanhunu owia na ɔnnim hwee deɛ, nanso ɔbɛnya ahomegyeɛ bebree sene deɛ saa ɔbarima no bɛnya.
6 Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?
Mpo sɛ ɔtena ase mfeɛ apem mmɔho na wammfa nʼahonyadeɛ annye nʼani a, wɔn nyinaa nkɔ faako anaa?
7 İnsan bütün zəhməti Qarnı üçün çəkir, Amma yenə də iştahası bitib-tükənmir.
Onipa brɛ nyinaa yɛ nʼano ntia, nanso nʼakɔnnɔdeɛ mmee no da.
8 Hikmətli adamın ağılsızdan Nə üstünlüyü var? Yoxsul başqa insanlarla Necə rəftar etməyi bilsə də, Bunun ona nə faydası var?
Na ɛdeɛn na onyansafoɔ wɔ de sene ɔkwasea? Sɛ ohiani yɛ nʼakwan yie wɔ afoforɔ anim a mfasoɔ bɛn na ɔbɛnya?
9 Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Deɛ aniwa hunu no yɛ sene deɛ akɔnnɔ kyini hwehwɛ. Yei nso yɛ ahuhudeɛ. Ɛte sɛ wotaa mframa.
10 Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz.
Deɛ ɛwɔ hɔ biara, wɔato edin dada, na sɛdeɛ onipa teɛ nso, wɔnim dada; onipa biara rentumi ne deɛ ɔwɔ ahoɔden sene noɔ nnye yei ho akyinnyeɛ.
11 Sözün çoxluğu puçluğu çoxaldır. Bunun insana nə faydası var?
Nsɛm dɔɔso a, emu aba yɛ kakraa bi, na ɛho wɔ mfasoɔ ma onipa anaa?
12 Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?
Na hwan na ɔnim deɛ ɛyɛ ma onipa wɔ ne nkwanna kakra bi a ɛyɛ ahuhudeɛ na ɔfa mu kɔ sɛ sunsumma no? Hwan na ɔbɛtumi aka deɛ ɛbɛsi wɔ owia yi ase akyerɛ no ɛberɛ a ɔkorɔ no.

< Vaiz 6 >