< Vaiz 11 >

1 Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan.
שלח לחמך על פני המים כי ברב הימים תמצאנו׃
2 Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq.
תן חלק לשבעה וגם לשמונה כי לא תדע מה יהיה רעה על הארץ׃
3 Əgər buludlar su ilə dolu olsa, Yağışlarını yer üzünə səpər. Əgər bir ağac cənub ya şimal Səmtinə yıxılsa, Elə yıxıldığı yerdə də qalar.
אם ימלאו העבים גשם על הארץ יריקו ואם יפול עץ בדרום ואם בצפון מקום שיפול העץ שם יהוא׃
4 Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz.
שמר רוח לא יזרע וראה בעבים לא יקצור׃
5 Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən.
כאשר אינך יודע מה דרך הרוח כעצמים בבטן המלאה ככה לא תדע את מעשה האלהים אשר יעשה את הכל׃
6 Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə.
בבקר זרע את זרעך ולערב אל תנח ידך כי אינך יודע אי זה יכשר הזה או זה ואם שניהם כאחד טובים׃
7 Həqiqətən, işıq gözəldir, Günəşi görmək gözlərə xoşdur.
ומתוק האור וטוב לעינים לראות את השמש׃
8 Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur.
כי אם שנים הרבה יחיה האדם בכלם ישמח ויזכר את ימי החשך כי הרבה יהיו כל שבא הבל׃
9 Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.
שמח בחור בילדותיך ויטיבך לבך בימי בחורותך והלך בדרכי לבך ובמראי עיניך ודע כי על כל אלה יביאך האלהים במשפט׃
10 Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur.
והסר כעס מלבך והעבר רעה מבשרך כי הילדות והשחרות הבל׃

< Vaiz 11 >