< Qanunun Təkrari 6 >

1 Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin.
וזאת המצוה החקים והמשפטים אשר צוה יהוה אלהיכם ללמד אתכם לעשות בארץ אשר אתם עברים שמה לרשתה׃
2 Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun.
למען תירא את יהוה אלהיך לשמר את כל חקתיו ומצותיו אשר אנכי מצוך אתה ובנך ובן בנך כל ימי חייך ולמען יארכן ימיך׃
3 Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan.
ושמעת ישראל ושמרת לעשות אשר ייטב לך ואשר תרבון מאד כאשר דבר יהוה אלהי אבתיך לך ארץ זבת חלב ודבש׃
4 Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
שמע ישראל יהוה אלהינו יהוה אחד׃
5 Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.
ואהבת את יהוה אלהיך בכל לבבך ובכל נפשך ובכל מאדך׃
6 Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.
והיו הדברים האלה אשר אנכי מצוך היום על לבבך׃
7 Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış.
ושננתם לבניך ודברת בם בשבתך בביתך ובלכתך בדרך ובשכבך ובקומך׃
8 Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla,
וקשרתם לאות על ידך והיו לטטפת בין עיניך׃
9 evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.
וכתבתם על מזוזת ביתך ובשעריך׃
10 Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər,
והיה כי יביאך יהוה אלהיך אל הארץ אשר נשבע לאבתיך לאברהם ליצחק וליעקב לתת לך ערים גדלת וטבת אשר לא בנית׃
11 zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol.
ובתים מלאים כל טוב אשר לא מלאת וברת חצובים אשר לא חצבת כרמים וזיתים אשר לא נטעת ואכלת ושבעת׃
12 Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma.
השמר לך פן תשכח את יהוה אשר הוציאך מארץ מצרים מבית עבדים׃
13 Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et.
את יהוה אלהיך תירא ואתו תעבד ובשמו תשבע׃
14 Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki,
לא תלכון אחרי אלהים אחרים מאלהי העמים אשר סביבותיכם׃
15 Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır.
כי אל קנא יהוה אלהיך בקרבך פן יחרה אף יהוה אלהיך בך והשמידך מעל פני האדמה׃
16 Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın.
לא תנסו את יהוה אלהיכם כאשר נסיתם במסה׃
17 Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin.
שמור תשמרון את מצות יהוה אלהיכם ועדתיו וחקיו אשר צוך׃
18 Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən.
ועשית הישר והטוב בעיני יהוה למען ייטב לך ובאת וירשת את הארץ הטבה אשר נשבע יהוה לאבתיך׃
19 Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.
להדף את כל איביך מפניך כאשר דבר יהוה׃
20 Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa,
כי ישאלך בנך מחר לאמר מה העדת והחקים והמשפטים אשר צוה יהוה אלהינו אתכם׃
21 oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı.
ואמרת לבנך עבדים היינו לפרעה במצרים ויוציאנו יהוה ממצרים ביד חזקה׃
22 Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi.
ויתן יהוה אותת ומפתים גדלים ורעים במצרים בפרעה ובכל ביתו לעינינו׃
23 Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin.
ואותנו הוציא משם למען הביא אתנו לתת לנו את הארץ אשר נשבע לאבתינו׃
24 Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın.
ויצונו יהוה לעשות את כל החקים האלה ליראה את יהוה אלהינו לטוב לנו כל הימים לחיתנו כהיום הזה׃
25 Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”.
וצדקה תהיה לנו כי נשמר לעשות את כל המצוה הזאת לפני יהוה אלהינו כאשר צונו׃

< Qanunun Təkrari 6 >