< Qanunun Təkrari 5 >

1 Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et!
Mojsije sazva sav Izrael te im reče: “Čuj, Izraele, naredbe i zapovijedi što ih danas izričem u tvoje uši! Naučite ih, držite i vršite.
2 Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi.
Jahve, Bog naš, sklopio je s nama Savez na Horebu.
3 Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi.
Nije Jahve sklopio taj Savez s našim očevima, nego baš s nama svima koji smo danas ovdje živi.
4 Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı.
Licem je u lice Jahve govorio s vama na brdu isred ognja.
5 O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız.
Ja sam u ono vrijeme stajao između Jahve i vas da vam objavim Jahvine riječi, jer se vi, u strahu od ognja, niste htjeli peti na brdo. Rekao je:
6 Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
'Ja sam Jahve, Bog tvoj, koji sam te izveo iz zemlje egipatske, iz kuće ropstva.
7 Məndən başqa allahların olmasın.
Nemoj imati drugih bogova uz mene!
8 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
Ne pravi sebi lika ni obličja bilo čega što je gore na nebu, ili dolje na zemlji, ili u vodama pod zemljom.
9 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
Ne klanjaj im se niti im služi. Jer ja, Jahve, Bog tvoj, Bog sam ljubomoran. Kažnjavam grijeh otaca - onih koji me mrze - na djeci do trećeg i četvrtog koljena,
10 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
a iskazujem milosrđe tisućama koji me ljube i vrše moje zapovijedi.
11 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
Ne uzimaj uzalud imena Jahve, Boga svoga, jer Jahve ne oprašta onome koji uzalud izgovara ime njegovo.
12 Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et.
Dan subotnji obdržavaj i svetkuj, kako ti je naredio Jahve, Bog tvoj.
13 Altı gün çalışıb bütün işlərini gör.
Šest dana radi i obavljaj sav svoj posao.
14 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin.
A sedmoga je dana subota, počinak posvećen Jahvi, Bogu tvome. Tada nikakva posla nemoj raditi: ni ti, ni sin tvoj, ni kći tvoja, ni sluga tvoj, ni sluškinja tvoja, ni vol tvoj, ni magarac tvoj, niti ikakvo živinče tvoje, niti došljak koji je unutar tvojih vrata; tako da mogne otpočinuti i sluga tvoj, i sluškinja tvoja kao i ti.
15 Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.
Sjeti se da si i ti bio rob u zemlji egipatskoj i da te odande izbavio Jahve, Bog tvoj, rukom jakom i ispruženom mišicom. Zato ti je zapovjedio Jahve, Bog tvoj, da držiš dan subotnji.
16 Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun.
Poštuj oca svoga i majku svoju, kako ti je Jahve, Bog tvoj, zapovjedio, da dugo živiš i dobro ti bude na zemlji koju ti Jahve, Bog tvoj, daje.
17 Qətl etmə.
Ne ubij!
18 Zina etmə.
Ne učini preljuba!
19 Oğurluq etmə.
Ne ukradi!
20 Heç kimə qarşı yalandan şahidlik etmə.
Ne svjedoči lažno na bližnjega svoga!
21 Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.
Ne poželi žene bližnjega svoga! Ne poželi kuće bližnjega svoga, ni njive njegove, ni sluge njegova, ni sluškinje njegove, ni vola njegova, ni magarca njegova, niti išta što je bližnjega tvoga.'
22 Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.
Te je riječi na brdu, isred ognja, oblaka i guste tmine, jakim glasom upravio Jahve svemu vašem zboru. Ništa nije dodavao nego ih je ispisao na dvije kamene ploče te ih predao meni.
23 Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı.
A onda, kad čuste glas iz tmine, dok je brdo plamtjelo u ognju, k meni pristupiše svi vaši plemenski glavari i vaše starješine
24 Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır.
pa rekoše: 'Jahve, Bog naš, očitovao nam je, eto, svoju slavu i svoju veličajnost; čuli smo njegov glas isred ognja; danas smo vidjeli da čovjek može ostati na životu iako mu Bog govori.
25 Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik.
A sad, zašto da umremo? Ovaj bi nas veliki oganj mogao proždrijeti; budemo li dalje slušali glas Jahve, Boga svoga, mogli bismo umrijeti.
26 Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı?
Jer, koji je smrtnik ikad slušao glas Boga živoga kako govori isred ognja - kao mi - i ostao na životu?
27 Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”.
Ti se primakni i slušaj sve što će ti reći Jahve, Bog naš. A onda ti nama kaži sve što tebi Jahve, Bog naš, rekne, i mi ćemo to poslušati i izvršiti.'
28 Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər.
Jahve je čuo vaše riječi kad ste mi govorili pa mi reče: 'Čuo sam riječi što ih je taj narod tebi upravio. Sve što su rekli dobro je.
29 Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.
Kad bi samo njihova srca bila takva da me se uvijek boje i drže sve moje zapovijedi, da tako vazda budu sretni, oni i njihovo potomstvo!
30 Get, onlara de ki, çadırlarına qayıtsınlar.
Hajde, reci im: Vratite se u svoje šatore!
31 Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”.
A ti ostani ovdje kod mene; kazat ću ti sve zapovijedi, zakone i uredbe kojima ćeš ih poučiti i koje će oni vršiti u zemlji što im je dajem u posjed.'
32 Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün.
Pazite, dakle, da radite kako vam je Jahve, Bog vaš, naložio! Ne skrećite ni desno ni lijevo.
33 Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz.
Slijedite potpuno put koji vam je Jahve, Bog vaš, označio, da tako uzmognete živjeti, imati sreću i dug život u zemlji koju ćete zaposjesti.

< Qanunun Təkrari 5 >