< Qanunun Təkrari 3 >

1 Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı.
ונפן ונעל דרך הבשן ויצא עוג מלך הבשן לקראתנו הוא וכל עמו למלחמה--אדרעי
2 Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”.
ויאמר יהוה אלי אל תירא אתו--כי בידך נתתי אתו ואת כל עמו ואת ארצו ועשית לו--כאשר עשית לסיחן מלך האמרי אשר יושב בחשבון
3 Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb
ויתן יהוה אלהינו בידנו גם את עוג מלך הבשן--ואת כל עמו ונכהו עד בלתי השאיר לו שריד
4 bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi.
ונלכד את כל עריו בעת ההוא--לא היתה קריה אשר לא לקחנו מאתם ששים עיר כל חבל ארגב ממלכת עוג בבשן
5 Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi.
כל אלה ערים בצרת חומה גבהה--דלתים ובריח לבד מערי הפרזי הרבה מאד
6 Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik.
ונחרם אותם--כאשר עשינו לסיחן מלך חשבון החרם כל עיר מתם הנשים והטף
7 Bütün heyvanları götürüb şəhərləri talan etdik.
וכל הבהמה ושלל הערים בזונו לנו
8 Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq.
ונקח בעת ההוא את הארץ מיד שני מלכי האמרי אשר בעבר הירדן--מנחל ארנן עד הר חרמון
9 Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər.
צידנים יקראו לחרמון שרין והאמרי יקראו לו שניר
10 Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq.
כל ערי המישר וכל הגלעד וכל הבשן עד סלכה ואדרעי--ערי ממלכת עוג בבשן
11 Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.
כי רק עוג מלך הבשן נשאר מיתר הרפאים--הנה ערשו ערש ברזל הלה הוא ברבת בני עמון תשע אמות ארכה וארבע אמות רחבה--באמת איש
12 O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim.
ואת הארץ הזאת ירשנו בעת ההוא מערער אשר על נחל ארנן וחצי הר הגלעד ועריו--נתתי לראובני ולגדי
13 Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi.
ויתר הגלעד וכל הבשן ממלכת עוג--נתתי לחצי שבט המנשה כל חבל הארגב לכל הבשן ההוא יקרא ארץ רפאים
14 Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır.
יאיר בן מנשה לקח את כל חבל ארגב עד גבול הגשורי והמעכתי ויקרא אתם על שמו את הבשן חות יאיר עד היום הזה
15 Gileadı Makirə verdim.
ולמכיר נתתי את הגלעד
16 Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi.
ולראובני ולגדי נתתי מן הגלעד ועד נחל ארנן תוך הנחל וגבל--ועד יבק הנחל גבול בני עמון
17 Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı.
והערבה והירדן וגבל--מכנרת ועד ים הערבה ים המלח תחת אשדת הפסגה מזרחה
18 O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin.
ואצו אתכם בעת ההוא לאמר יהוה אלהיכם נתן לכם את הארץ הזאת לרשתה--חלוצים תעברו לפני אחיכם בני ישראל כל בני חיל
19 Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”.
רק נשיכם וטפכם ומקנכם ידעתי כי מקנה רב לכם--ישבו בעריכם אשר נתתי לכם
20 Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar.
עד אשר יניח יהוה לאחיכם ככם וירשו גם הם את הארץ אשר יהוה אלהיכם נתן להם בעבר הירדן ושבתם איש לירשתו אשר נתתי לכם
21 O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək.
ואת יהושוע צויתי בעת ההוא לאמר עיניך הראת את כל אשר עשה יהוה אלהיכם לשני המלכים האלה--כן יעשה יהוה לכל הממלכות אשר אתה עבר שמה
22 Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!”
לא תיראום כי יהוה אלהיכם הוא הנלחם לכם
23 O zaman Rəbbə yalvararaq dedim:
ואתחנן אל יהוה בעת ההוא לאמר
24 “Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun!
אדני יהוה אתה החלות להראות את עבדך את גדלך ואת ידך החזקה--אשר מי אל בשמים ובארץ אשר יעשה כמעשיך וכגבורתך
25 Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”.
אעברה נא ואראה את הארץ הטובה אשר בעבר הירדן ההר הטוב הזה והלבנן
26 Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə!
ויתעבר יהוה בי למענכם ולא שמע אלי ויאמר יהוה אלי רב לך--אל תוסף דבר אלי עוד בדבר הזה
27 Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən.
עלה ראש הפסגה ושא עיניך ימה וצפנה ותימנה ומזרחה--וראה בעיניך כי לא תעבר את הירדן הזה
28 Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”.
וצו את יהושע וחזקהו ואמצהו כי הוא יעבר לפני העם הזה והוא ינחיל אותם את הארץ אשר תראה
29 Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq.
ונשב בגיא מול בית פעור

< Qanunun Təkrari 3 >