< Qanunun Təkrari 22 >

1 Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan.
לא תראה את שור אחיך או את שיו נדחים והתעלמת מהם השב תשיבם לאחיך
2 Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar.
ואם לא קרוב אחיך אליך ולא ידעתו--ואספתו אל תוך ביתך והיה עמך עד דרש אחיך אתו והשבתו לו
3 Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma.
וכן תעשה לחמרו וכן תעשה לשמלתו וכן תעשה לכל אבדת אחיך אשר תאבד ממנו ומצאתה לא תוכל להתעלם
4 Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et.
לא תראה את חמור אחיך או שורו נפלים בדרך והתעלמת מהם הקם תקים עמו
5 Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.
לא יהיה כלי גבר על אשה ולא ילבש גבר שמלת אשה כי תועבת יהוה אלהיך כל עשה אלה
6 Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə.
כי יקרא קן צפור לפניך בדרך בכל עץ או על הארץ אפרחים או ביצים והאם רבצת על האפרחים או על הביצים--לא תקח האם על הבנים
7 Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar.
שלח תשלח את האם ואת הבנים תקח לך למען ייטב לך והארכת ימים
8 Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin.
כי תבנה בית חדש ועשית מעקה לגגך ולא תשים דמים בביתך כי יפל הנפל ממנו
9 Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır.
לא תזרע כרמך כלאים פן תקדש המלאה הזרע אשר תזרע ותבואת הכרם
10 Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma.
לא תחרש בשור ובחמר יחדו
11 Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə.
לא תלבש שעטנז צמר ופשתים יחדו
12 Əbanın dörd tərəfinə qotaz sal.
גדלים תעשה לך על ארבע כנפות כסותך אשר תכסה בה
13 Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə,
כי יקח איש אשה ובא אליה ושנאה
14 ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə,
ושם לה עלילת דברים והוצא עליה שם רע ואמר את האשה הזאת לקחתי ואקרב אליה ולא מצאתי לה בתולים
15 onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin.
ולקח אבי הנער ואמה והוציאו את בתולי הנער אל זקני העיר--השערה
16 Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir.
ואמר אבי הנער אל הזקנים את בתי נתתי לאיש הזה לאשה--וישנאה
17 ‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin.
והנה הוא שם עלילת דברים לאמר לא מצאתי לבתך בתולים ואלה בתולי בתי ופרשו השמלה לפני זקני העיר
18 Şəhərin ağsaqqalları isə o adama cəza versin.
ולקחו זקני העיר ההוא את האיש ויסרו אתו
19 Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz.
וענשו אתו מאה כסף ונתנו לאבי הנערה--כי הוציא שם רע על בתולת ישראל ולו תהיה לאשה לא יוכל לשלחה כל ימיו
20 Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa,
ואם אמת היה הדבר הזה לא נמצאו בתולים לנער
21 onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.
והוציאו את הנער אל פתח בית אביה וסקלוה אנשי עירה באבנים ומתה--כי עשתה נבלה בישראל לזנות בית אביה ובערת הרע מקרבך
22 Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın.
כי ימצא איש שכב עם אשה בעלת בעל ומתו גם שניהם--האיש השכב עם האשה והאשה ובערת הרע מישראל
23 Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə,
כי יהיה נער בתולה מארשה לאיש ומצאה איש בעיר ושכב עמה
24 o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.
והוצאתם את שניהם אל שער העיר ההוא וסקלתם אתם באבנים ומתו--את הנער על דבר אשר לא צעקה בעיר ואת האיש על דבר אשר ענה את אשת רעהו ובערת הרע מקרבך
25 Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün.
ואם בשדה ימצא האיש את הנער המארשה והחזיק בה האיש ושכב עמה ומת האיש אשר שכב עמה--לבדו
26 Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir.
ולנער לא תעשה דבר אין לנער חטא מות כי כאשר יקום איש על רעהו ורצחו נפש--כן הדבר הזה
27 Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb.
כי בשדה מצאה צעקה הנער המארשה ואין מושיע לה
28 Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa,
כי ימצא איש נער בתולה אשר לא ארשה ותפשה ושכב עמה ונמצאו
29 o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz.
ונתן האיש השכב עמה לאבי הנער--חמשים כסף ולו תהיה לאשה תחת אשר ענה--לא יוכל שלחה כל ימיו
30 Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin.
לא יקח איש את אשת אביו ולא יגלה כנף אביו

< Qanunun Təkrari 22 >