< Qanunun Təkrari 21 >

1 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda, çöldə yerə sərilmiş və kim tərəfindən öldürüldüyü bilinməyən meyit görsəniz,
כי ימצא חלל באדמה אשר יהוה אלהיך נתן לך לרשתה נפל בשדה לא נודע מי הכהו׃
2 ağsaqqallarınız və hakimləriniz gedib meyitin olduğu yerlə ətraf şəhərlər arasındakı məsafəni ölçsünlər.
ויצאו זקניך ושפטיך ומדדו אל הערים אשר סביבת החלל׃
3 Meyitə ən yaxın şəhər hansıdırsa, oranın ağsaqqalları işə qoşulmamış, boyunduruq taxılmayan bir düyə götürsünlər.
והיה העיר הקרבה אל החלל ולקחו זקני העיר ההוא עגלת בקר אשר לא עבד בה אשר לא משכה בעל׃
4 Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar.
והורדו זקני העיר ההוא את העגלה אל נחל איתן אשר לא יעבד בו ולא יזרע וערפו שם את העגלה בנחל׃
5 Levili kahinlər də oraya getsin. Çünki Allahınız Rəbb onları Özünə xidmətçi seçib. Qoy onlar Rəbbin adı ilə xeyir-dua versinlər, aranızdakı münaqişə və zorakılıq hallarına baxsınlar.
ונגשו הכהנים בני לוי כי בם בחר יהוה אלהיך לשרתו ולברך בשם יהוה ועל פיהם יהיה כל ריב וכל נגע׃
6 Meyitə ən yaxın şəhərin ağsaqqalları dərədə boynu qırılmış düyənin üzərində əllərini yuyub
וכל זקני העיר ההוא הקרבים אל החלל ירחצו את ידיהם על העגלה הערופה בנחל׃
7 belə bəyan etsinlər: “Bu qan bizim əllərimizlə tökülməyib. Kimin etdiyini də gözümüzlə görməmişik.
וענו ואמרו ידינו לא שפכה את הדם הזה ועינינו לא ראו׃
8 Ya Rəbb, qurtardığın xalqı – İsrailliləri kəffarə et. Xalqını nahaq tökülən qana cavabdeh etmə”. Beləliklə, qan tökmək günahı kəffarə olunacaq.
כפר לעמך ישראל אשר פדית יהוה ואל תתן דם נקי בקרב עמך ישראל ונכפר להם הדם׃
9 Rəbbin gözündə doğru olanı etdiyiniz üçün nahaq qan boynunuzdan götürüləcək.
ואתה תבער הדם הנקי מקרבך כי תעשה הישר בעיני יהוה׃
10 Düşmənlərinizlə döyüşə çıxanda, Allahınız Rəbb onları sizə təslim edəndə və siz onları əsir götürəndə
כי תצא למלחמה על איביך ונתנו יהוה אלהיך בידך ושבית שביו׃
11 aralarında gözəl qadın görüb ona vurulsanız, onu arvad olaraq ala bilərsiniz.
וראית בשביה אשת יפת תאר וחשקת בה ולקחת לך לאשה׃
12 Qoy o qadın kişinin evinə aparılsın. O, başını qırxdıraraq dırnaqlarını kəssin,
והבאתה אל תוך ביתך וגלחה את ראשה ועשתה את צפרניה׃
13 əynindəki əsirlik geyimlərini çıxarsın və evinizdə qalıb ata-anası üçün bir ay yas tutsun. Bundan sonra qadını alan kişi onun yanına girib öz arvadı edə bilər.
והסירה את שמלת שביה מעליה וישבה בביתך ובכתה את אביה ואת אמה ירח ימים ואחר כן תבוא אליה ובעלתה והיתה לך לאשה׃
14 Əgər o sənin sonradan xoşuna gəlməzsə, könlü istədiyi kimi onu azad burax. Qadını pula satma və qul kimi rəftar etmə, çünki onu zəlil etmisən.
והיה אם לא חפצת בה ושלחתה לנפשה ומכר לא תמכרנה בכסף לא תתעמר בה תחת אשר עניתה׃
15 Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə və hər iki qadın ona oğul doğmuşsa, sevmədiyi qadından doğulan oğul ilk oğludursa,
כי תהיין לאיש שתי נשים האחת אהובה והאחת שנואה וילדו לו בנים האהובה והשנואה והיה הבן הבכור לשניאה׃
16 bu kişi əmlakını irs olaraq oğulları arasında böləndə ilk oğulluq haqqını sevdiyi qadının oğluna verə bilməz.
והיה ביום הנחילו את בניו את אשר יהיה לו לא יוכל לבכר את בן האהובה על פני בן השנואה הבכר׃
17 Sevmədiyi qadının oğlunu ilk oğul olaraq tanısın və bölünən malın ikiqat payını ona versin, çünki gücünün ilk yadigarıdır. Ona görə də ilk oğulluq haqqı onundur.
כי את הבכר בן השנואה יכיר לתת לו פי שנים בכל אשר ימצא לו כי הוא ראשית אנו לו משפט הבכרה׃
18 Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa,
כי יהיה לאיש בן סורר ומורה איננו שמע בקול אביו ובקול אמו ויסרו אתו ולא ישמע אליהם׃
19 valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər.
ותפשו בו אביו ואמו והוציאו אתו אל זקני עירו ואל שער מקמו׃
20 Şəhər ağsaqqallarına belə desinlər: “Bizim oğlumuz dikbaş və itaətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır.
ואמרו אל זקני עירו בננו זה סורר ומרה איננו שמע בקלנו זולל וסבא׃
21 Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”.
ורגמהו כל אנשי עירו באבנים ומת ובערת הרע מקרבך וכל ישראל ישמעו ויראו׃
22 Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa,
וכי יהיה באיש חטא משפט מות והומת ותלית אתו על עץ׃
23 meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın.
לא תלין נבלתו על העץ כי קבור תקברנו ביום ההוא כי קללת אלהים תלוי ולא תטמא את אדמתך אשר יהוה אלהיך נתן לך נחלה׃

< Qanunun Təkrari 21 >