< Qanunun Təkrari 18 >

1 Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq.
לא יהיה לכהנים הלוים כל שבט לוי חלק ונחלה--עם ישראל אשי יהוה ונחלתו יאכלון
2 Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
ונחלה לא יהיה לו בקרב אחיו יהוה הוא נחלתו כאשר דבר לו
3 Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin.
וזה יהיה משפט הכהנים מאת העם מאת זבחי הזבח--אם שור אם שה ונתן לכהן הזרע והלחיים והקבה
4 Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin.
ראשית דגנך תירשך ויצהרך וראשית גז צאנך--תתן לו
5 Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar.
כי בו בחר יהוה אלהיך--מכל שבטיך לעמד לשרת בשם יהוה הוא ובניו כל הימים
6 Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə,
וכי יבא הלוי מאחד שעריך מכל ישראל אשר הוא גר שם ובא בכל אות נפשו אל המקום אשר יבחר יהוה
7 orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin.
ושרת בשם יהוה אלהיו--ככל אחיו הלוים העמדים שם לפני יהוה
8 O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər.
חלק כחלק יאכלו לבד ממכריו על האבות
9 Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin.
כי אתה בא אל הארץ אשר יהוה אלהיך נתן לך--לא תלמד לעשות כתועבת הגוים ההם
10 Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər,
לא ימצא בך מעביר בנו ובתו באש קסם קסמים מעונן ומנחש ומכשף
11 ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın.
וחבר חבר ושאל אוב וידעני ודרש אל המתים
12 Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq.
כי תועבת יהוה כל עשה אלה ובגלל התועבת האלה יהוה אלהיך מוריש אותם מפניך
13 Allahınız Rəbbin gözü önündə kamil olun.
תמים תהיה עם יהוה אלהיך
14 Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir.
כי הגוים האלה אשר אתה יורש אותם--אל מעננים ואל קסמים ישמעו ואתה--לא כן נתן לך יהוה אלהיך
15 Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın.
נביא מקרבך מאחיך כמני יקים לך יהוה אלהיך אליו תשמעון
16 Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”.
ככל אשר שאלת מעם יהוה אלהיך בחרב ביום הקהל לאמר לא אסף לשמע את קול יהוה אלהי ואת האש הגדלה הזאת לא אראה עוד ולא אמות
17 Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur.
ויאמר יהוה אלי היטיבו אשר דברו
18 Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.
נביא אקים להם מקרב אחיהם כמוך ונתתי דברי בפיו ודבר אליהם את כל אשר אצונו
19 Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm.
והיה האיש אשר לא ישמע אל דברי אשר ידבר בשמי--אנכי אדרש מעמו
20 Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.
אך הנביא אשר יזיד לדבר דבר בשמי את אשר לא צויתיו לדבר ואשר ידבר בשם אלהים אחרים--ומת הנביא ההוא
21 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.
וכי תאמר בלבבך איכה נדע את הדבר אשר לא דברו יהוה
22 Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.
אשר ידבר הנביא בשם יהוה ולא יהיה הדבר ולא יבא--הוא הדבר אשר לא דברו יהוה בזדון דברו הנביא לא תגור ממנו

< Qanunun Təkrari 18 >