< Qanunun Təkrari 14 >
1 Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın.
υἱοί ἐστε κυρίου τοῦ θεοῦ ὑμῶν οὐ φοιβήσετε οὐκ ἐπιθήσετε φαλάκρωμα ἀνὰ μέσον τῶν ὀφθαλμῶν ὑμῶν ἐπὶ νεκρῷ
2 Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.
ὅτι λαὸς ἅγιος εἶ κυρίῳ τῷ θεῷ σου καὶ σὲ ἐξελέξατο κύριος ὁ θεός σου γενέσθαι σε αὐτῷ λαὸν περιούσιον ἀπὸ πάντων τῶν ἐθνῶν τῶν ἐπὶ προσώπου τῆς γῆς
4 Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi,
ταῦτα τὰ κτήνη ἃ φάγεσθε μόσχον ἐκ βοῶν καὶ ἀμνὸν ἐκ προβάτων καὶ χίμαρον ἐξ αἰγῶν
5 maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu.
ἔλαφον καὶ δορκάδα καὶ βούβαλον καὶ τραγέλαφον καὶ πύγαργον ὄρυγα καὶ καμηλοπάρδαλιν
6 Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz.
πᾶν κτῆνος διχηλοῦν ὁπλὴν καὶ ὀνυχιστῆρας ὀνυχίζον δύο χηλῶν καὶ ἀνάγον μηρυκισμὸν ἐν τοῖς κτήνεσιν ταῦτα φάγεσθε
7 Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır.
καὶ ταῦτα οὐ φάγεσθε ἀπὸ τῶν ἀναγόντων μηρυκισμὸν καὶ ἀπὸ τῶν διχηλούντων τὰς ὁπλὰς καὶ ὀνυχιζόντων ὀνυχιστῆρας τὸν κάμηλον καὶ δασύποδα καὶ χοιρογρύλλιον ὅτι ἀνάγουσιν μηρυκισμὸν καὶ ὁπλὴν οὐ διχηλοῦσιν ἀκάθαρτα ταῦτα ὑμῖν ἐστιν
8 Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
καὶ τὸν ὗν ὅτι διχηλεῖ ὁπλὴν τοῦτο καὶ ὀνυχίζει ὄνυχας ὁπλῆς καὶ τοῦτο μηρυκισμὸν οὐ μαρυκᾶται ἀκάθαρτον τοῦτο ὑμῖν ἀπὸ τῶν κρεῶν αὐτῶν οὐ φάγεσθε καὶ τῶν θνησιμαίων αὐτῶν οὐχ ἅψεσθε
9 Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz.
καὶ ταῦτα φάγεσθε ἀπὸ πάντων τῶν ἐν τοῖς ὕδασιν πάντα ὅσα ἐστὶν ἐν αὐτοῖς πτερύγια καὶ λεπίδες φάγεσθε
10 Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
καὶ πάντα ὅσα οὐκ ἔστιν αὐτοῖς πτερύγια καὶ λεπίδες οὐ φάγεσθε ἀκάθαρτα ὑμῖν ἐστιν
11 Bütün pak quşların ətindən yeyə bilərsiniz.
πᾶν ὄρνεον καθαρὸν φάγεσθε
12 Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş,
καὶ ταῦτα οὐ φάγεσθε ἀπ’ αὐτῶν τὸν ἀετὸν καὶ τὸν γρύπα καὶ τὸν ἁλιαίετον
13 çalağan, şahin, bütün çalağan cinsindən olanlar,
καὶ τὸν γύπα καὶ τὸν ἰκτῖνα καὶ τὰ ὅμοια αὐτῷ
14 bütün qarğa cinsindən olanlar,
καὶ πάντα κόρακα καὶ τὰ ὅμοια αὐτῷ
15 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,
καὶ στρουθὸν καὶ γλαῦκα καὶ λάρον
16 yapalaq, böyük bayquş, ağ bayquş,
καὶ ἐρωδιὸν καὶ κύκνον καὶ ἶβιν
17 qutan, leş kərkəsi, qarabatdaq,
καὶ καταράκτην καὶ ἱέρακα καὶ τὰ ὅμοια αὐτῷ καὶ ἔποπα καὶ νυκτικόρακα
18 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.
καὶ πελεκᾶνα καὶ χαραδριὸν καὶ τὰ ὅμοια αὐτῷ καὶ πορφυρίωνα καὶ νυκτερίδα
19 Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin.
πάντα τὰ ἑρπετὰ τῶν πετεινῶν ἀκάθαρτα ταῦτά ἐστιν ὑμῖν οὐ φάγεσθε ἀπ’ αὐτῶν
20 Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
πᾶν πετεινὸν καθαρὸν φάγεσθε
21 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
πᾶν θνησιμαῖον οὐ φάγεσθε τῷ παροίκῳ τῷ ἐν ταῖς πόλεσίν σου δοθήσεται καὶ φάγεται ἢ ἀποδώσῃ τῷ ἀλλοτρίῳ ὅτι λαὸς ἅγιος εἶ κυρίῳ τῷ θεῷ σου οὐχ ἑψήσεις ἄρνα ἐν γάλακτι μητρὸς αὐτοῦ
22 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın.
δεκάτην ἀποδεκατώσεις παντὸς γενήματος τοῦ σπέρματός σου τὸ γένημα τοῦ ἀγροῦ σου ἐνιαυτὸν κατ’ ἐνιαυτόν
23 Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin.
καὶ φάγῃ αὐτὸ ἔναντι κυρίου τοῦ θεοῦ σου ἐν τῷ τόπῳ ᾧ ἂν ἐκλέξηται κύριος ὁ θεός σου ἐπικληθῆναι τὸ ὄνομα αὐτοῦ ἐκεῖ οἴσετε τὰ ἐπιδέκατα τοῦ σίτου σου καὶ τοῦ οἴνου σου καὶ τοῦ ἐλαίου σου τὰ πρωτότοκα τῶν βοῶν σου καὶ τῶν προβάτων σου ἵνα μάθῃς φοβεῖσθαι κύριον τὸν θεόν σου πάσας τὰς ἡμέρας
24 Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa,
ἐὰν δὲ μακρὰν γένηται ἀπὸ σοῦ ἡ ὁδὸς καὶ μὴ δύνῃ ἀναφέρειν αὐτά ὅτι μακρὰν ἀπὸ σοῦ ὁ τόπος ὃν ἂν ἐκλέξηται κύριος ὁ θεός σου ἐπικληθῆναι τὸ ὄνομα αὐτοῦ ἐκεῖ ὅτι εὐλογήσει σε κύριος ὁ θεός σου
25 o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin.
καὶ ἀποδώσῃ αὐτὰ ἀργυρίου καὶ λήμψῃ τὸ ἀργύριον ἐν ταῖς χερσίν σου καὶ πορεύσῃ εἰς τὸν τόπον ὃν ἂν ἐκλέξηται κύριος ὁ θεός σου αὐτόν
26 Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin.
καὶ δώσεις τὸ ἀργύριον ἐπὶ παντός οὗ ἐὰν ἐπιθυμῇ ἡ ψυχή σου ἐπὶ βουσὶ ἢ ἐπὶ προβάτοις ἐπὶ οἴνῳ ἢ ἐπὶ σικερα ἢ ἐπὶ παντός οὗ ἐὰν ἐπιθυμῇ ἡ ψυχή σου καὶ φάγῃ ἐκεῖ ἐναντίον κυρίου τοῦ θεοῦ σου καὶ εὐφρανθήσῃ σὺ καὶ ὁ οἶκός σου
27 Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.
καὶ ὁ Λευίτης ὁ ἐν ταῖς πόλεσίν σου ὅτι οὐκ ἔστιν αὐτῷ μερὶς οὐδὲ κλῆρος μετὰ σοῦ
28 Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın.
μετὰ τρία ἔτη ἐξοίσεις πᾶν τὸ ἐπιδέκατον τῶν γενημάτων σου ἐν τῷ ἐνιαυτῷ ἐκείνῳ θήσεις αὐτὸ ἐν ταῖς πόλεσίν σου
29 Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.
καὶ ἐλεύσεται ὁ λευίτης ὅτι οὐκ ἔστιν αὐτῷ μερὶς οὐδὲ κλῆρος μετὰ σοῦ καὶ ὁ προσήλυτος καὶ ὁ ὀρφανὸς καὶ ἡ χήρα ἡ ἐν ταῖς πόλεσίν σου καὶ φάγονται καὶ ἐμπλησθήσονται ἵνα εὐλογήσῃ σε κύριος ὁ θεός σου ἐν πᾶσιν τοῖς ἔργοις οἷς ἐὰν ποιῇς