< Qanunun Təkrari 11 >
1 Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin.
“你要爱耶和华—你的 神,常守他的吩咐、律例、典章、诫命。
2 Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu,
你们今日当知道,我本不是和你们的儿女说话;因为他们不知道,也没有看见耶和华—你们 神的管教、威严、大能的手,和伸出来的膀臂,
3 Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri,
并他在埃及中向埃及王法老和其全地所行的神迹奇事;
4 Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini
也没有看见他怎样待埃及的军兵、车马,他们追赶你们的时候,耶和华怎样使红海的水淹没他们,将他们灭绝,直到今日,
5 və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini,
并他在旷野怎样待你们,以致你们来到这地方;
6 Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu.
也没有看见他怎样待吕便子孙以利押的儿子大坍、亚比兰,地怎样在以色列人中间开口,吞了他们和他们的家眷,并帐棚与跟他们的一切活物。
7 Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz.
惟有你们亲眼看见耶和华所做的一切大事。”
8 Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz.
“所以,你们要守我今日所吩咐的一切诫命,使你们胆壮,能以进去,得你们所要得的那地,
9 Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz.
并使你们的日子在耶和华向你们列祖起誓、应许给他们和他们后裔的地上得以长久;那是流奶与蜜之地。
10 Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız.
你要进去得为业的那地,本不像你出来的埃及地。你在那里撒种,用脚浇灌,像浇灌菜园一样。
11 Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər.
你们要过去得为业的那地乃是有山有谷、雨水滋润之地,
12 Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.
是耶和华—你 神所眷顾的;从岁首到年终,耶和华—你 神的眼目时常看顾那地。
13 Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz,
“你们若留意听从我今日所吩咐的诫命,爱耶和华—你们的 神,尽心尽性事奉他,
14 o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız.
他必按时降秋雨春雨在你们的地上,使你们可以收藏五谷、新酒,和油,
15 Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”.
也必使你吃得饱足,并使田野为你的牲畜长草。
16 Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin.
你们要谨慎,免得心中受迷惑,就偏离正路,去事奉敬拜别神。
17 Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.
耶和华的怒气向你们发作,就使天闭塞不下雨,地也不出产,使你们在耶和华所赐给你们的美地上速速灭亡。
18 Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın,
“你们要将我这话存在心内,留在意中,系在手上为记号,戴在额上为经文;
19 övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın.
也要教训你们的儿女,无论坐在家里,行在路上,躺下,起来,都要谈论;
20 Onları evlərinizin qapı çərçivələrinə və darvazalarına yazın.
又要写在房屋的门框上,并城门上,
21 Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.
使你们和你们子孙的日子在耶和华向你们列祖起誓、应许给他们的地上得以增多,如天覆地的日子那样多。
22 Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız,
你们若留意谨守遵行我所吩咐这一切的诫命,爱耶和华—你们的 神,行他的道,专靠他,
23 onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız.
他必从你们面前赶出这一切国民,就是比你们更大更强的国民,你们也要得他们的地。
24 Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq.
凡你们脚掌所踏之地都必归你们;从旷野和黎巴嫩,并幼发拉底大河,直到西海,都要作你们的境界。
25 Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.
必无一人能在你们面前站立得住;耶和华—你们的 神必照他所说的,使惧怕惊恐临到你们所踏之地的居民。
26 Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram.
“看哪,我今日将祝福与咒诅的话都陈明在你们面前。
27 Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız.
你们若听从耶和华—你们 神的诫命,就是我今日所吩咐你们的,就必蒙福。
28 Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız.
你们若不听从耶和华—你们 神的诫命,偏离我今日所吩咐你们的道,去事奉你们素来所不认识的别神,就必受祸。
29 Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız.
及至耶和华—你的 神领你进入要去得为业的那地,你就要将祝福的话陈明在基利心山上,将咒诅的话陈明在以巴路山上。
30 Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır.
这二山岂不是在约旦河那边,日落之处,在住亚拉巴的迦南人之地与吉甲相对,靠近摩利橡树吗?
31 Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə
你们要过约旦河,进去得耶和华—你们 神所赐你们为业之地,在那地居住。
32 bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.
你们要谨守遵行我今日在你们面前所陈明的一切律例典章。”