< Qanunun Təkrari 10 >
1 O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt.
「那時,耶和華吩咐我說:『你要鑿出兩塊石版,和先前的一樣,上山到我這裏來,又要做一木櫃。
2 Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”.
你先前摔碎的那版,其上的字我要寫在這版上;你要將這版放在櫃中。』
3 Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım.
於是我用皂莢木做了一櫃,又鑿出兩塊石版,和先前的一樣,手裏拿這兩塊版上山去了。
4 Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi On Əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi.
耶和華將那大會之日、在山上從火中所傳與你們的十條誡,照先前所寫的,寫在這版上,將版交給我了。
5 Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.
我轉身下山,將這版放在我所做的櫃中,現今還在那裏,正如耶和華所吩咐我的。」 (
6 İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu.
以色列人從比羅比尼‧亞干起行,到了摩西拉。亞倫死在那裏,就葬在那裏。他兒子以利亞撒接續他供祭司的職分。
7 Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər.
他們從那裏起行,到了谷歌大,又從谷歌大到了有溪水之地的約巴他。
8 O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.
那時,耶和華將利未支派分別出來,抬耶和華的約櫃,又侍立在耶和華面前事奉他,奉他的名祝福,直到今日。
9 Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
所以利未人在他弟兄中無分無業,耶和華是他的產業,正如耶和華-你上帝所應許他的。)
10 Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi.
「我又像從前在山上住了四十晝夜。那次耶和華也應允我,不忍將你滅絕。
11 Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.
耶和華吩咐我說:『你起來引導這百姓,使他們進去得我向他們列祖起誓應許所賜之地。』」
12 İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.
「以色列啊,現在耶和華-你上帝向你所要的是甚麼呢?只要你敬畏耶和華-你的上帝,遵行他的道,愛他,盡心盡性事奉他,
13 Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.
遵守他的誡命律例,就是我今日所吩咐你的,為要叫你得福。
14 Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir.
看哪,天和天上的天,地和地上所有的,都屬耶和華-你的上帝。
15 Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi.
耶和華但喜悅你的列祖,愛他們,從萬民中揀選他們的後裔,就是你們,像今日一樣。
16 Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.
所以你們要將心裏的污穢除掉,不可再硬着頸項。
17 Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.
因為耶和華-你們的上帝-他是萬神之神,萬主之主,至大的上帝,大有能力,大而可畏,不以貌取人,也不受賄賂。
18 O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.
他為孤兒寡婦伸冤,又憐愛寄居的,賜給他衣食。
19 Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
所以你們要憐愛寄居的,因為你們在埃及地也作過寄居的。
20 Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.
你要敬畏耶和華-你的上帝,事奉他,專靠他,也要指着他的名起誓。
21 Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır.
他是你所讚美的,是你的上帝,為你做了那大而可畏的事,是你親眼所看見的。
22 Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.
你的列祖七十人下埃及;現在耶和華-你的上帝使你如同天上的星那樣多。」