< Qanunun Təkrari 1 >

1 İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi:
These be the words which Moses spake unto all Israel beyond Jordan in the wilderness, in the Arabah over against Suph, between Paran, and Tophel, and Laban, and Hazeroth, and Di-zahab.
2 Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi.
It is eleven days’ [journey] from Horeb by the way of mount Seir unto Kadesh-barnea.
3 Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi.
And it came to pass in the fortieth year, in the eleventh month, on the first day of the month, that Moses spake unto the children of Israel, according unto all that the LORD had given him in commandment unto them;
4 Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi.
after he had smitten Sihon the king of the Amorites, which dwelt in Heshbon, and Og the king of Bashan, which dwelt in Ashtaroth, at Edrei:
5 İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
beyond Jordan, in the land of Moab, began Moses to declare this law, saying,
6 «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız!
The LORD our God spake unto us in Horeb, saying, Ye have dwelt long enough in this mountain:
7 Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin.
turn you, and take your journey, and go to the hill country of the Amorites, and unto all [the places] nigh thereunto, in the Arabah, in the hill country, and in the lowland, and in the South, and by the sea shore, the land of the Canaanites, and Lebanon, as far as the great river, the river Euphrates.
8 Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
Behold, I have set the land before you: go in and possess the land which the LORD sware unto your fathers, to Abraham, to Isaac, and to Jacob, to give unto them and to their seed after them.
9 O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm.
And I spake unto you at that time, saying, I am not able to bear you myself alone:
10 Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz.
The LORD your God hath multiplied you, and, behold, ye are this day as the stars of heaven for multitude.
11 Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin.
The LORD, the God of your fathers, make you a thousand times so many more as ye are, and bless you, as he hath promised you!
12 Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim?
How can I myself alone bear your cumbrance, and your burden, and your strife?
13 Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”.
Take you wise men, and understanding, and known, according to your tribes, and I will make them heads over you.
14 Siz də “sən deyən yaxşıdır” dediniz.
And ye answered me, and said, The thing which thou hast spoken is good [for us] to do.
15 Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim.
So I took the heads of your tribes, wise men, and known, and made them heads over you, captains of thousands, and captains of hundreds, and captains of fifties, and captains of tens, and officers, according to your tribes.
16 O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun.
And I charged your judges at that time, saying, Hear [the causes] between your brethren, and judge righteously between a man and his brother, and the stranger that is with him.
17 Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”.
Ye shall not respect persons in judgment; ye shall hear the small and the great alike; ye shall not be afraid of the face of man; for the judgment is God’s: and the cause that is too hard for you ye shall bring unto me, and I will hear it.
18 O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
And I commanded you at that time all the things which ye should do.
19 Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.
And we journeyed from Horeb, and went through all that great and terrible wilderness which ye saw, by the way to the hill country of the Amorites, as the LORD our God commanded us; and we came to Kadesh-barnea.
20 Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız.
And I said unto you, Ye are come unto the hill country of the Amorites, which the LORD our God giveth unto us.
21 Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”.
Behold, the LORD thy God hath set the land before thee: go up, take possession, as the LORD, the God of thy fathers, hath spoken unto thee; fear not, neither be dismayed.
22 O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”.
And ye came near unto me every one of you, and said, Let us send men before us, that they may search the land for us, and bring us word again of the way by which we must go up, and the cities unto which we shall come.
23 Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm.
And the thing pleased me well: and I took twelve men of you, one man for every tribe:
24 Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər.
and they turned and went up into the mountain, and came unto the valley of Eshcol, and spied it out.
25 Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.
And they took of the fruit of the land in their hands, and brought it down unto us, and brought us word again, and said, It is a good land which the LORD our God giveth unto us.
26 Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz.
Yet ye would not go up, but rebelled against the commandment of the LORD your God:
27 Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin.
and ye murmured in your tents, and said, Because the LORD hated us, he hath brought us forth out of the land of Egypt, to deliver us into the hand of the Amorites, to destroy us.
28 Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.
Whither are we going up? our brethren have made our heart to melt, saying, The people is greater and taller than we; the cities are great and fenced up to heaven; and moreover we have seen the sons of the Anakim there.
29 Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin.
Then I said unto you, Dread not, neither be afraid of them.
30 Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir.
The LORD your God who goeth before you, he shall fight for you, according to all that he did for you in Egypt before your eyes;
31 İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”.
and in the wilderness, where thou hast seen how that the LORD thy God bare thee, as a man doth bear his son, in all the way that ye went, until ye came unto this place.
32 Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla
Yet in this thing ye did not believe the LORD your God,
33 qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
who went before you in the way, to seek you out a place to pitch your tents in, in fire by night, to shew you by what way ye should go, and in the cloud by day.
34 Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi:
And the LORD heard the voice of your words, and was wroth, and sware, saying,
35 “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək.
Surely there shall not one of these men of this evil generation see the good land, which I sware to give unto your fathers,
36 Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”.
save Caleb the son of Jephunneh, he shall see it; and to him will I give the land that he hath trodden upon, and to his children: because he hath wholly followed the LORD.
37 Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən.
Also the LORD was angry with me for your sakes, saying, Thou also shalt not go in thither:
38 Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək.
Joshua the son of Nun, which standeth before thee, he shall go in thither: encourage thou him; for he shall cause Israel to inherit it.
39 ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar.
Moreover your little ones, which ye said should be a prey, and your children, which this day have no knowledge of good or evil, they shall go in thither, and unto them will I give it, and they shall possess it.
40 Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.
But as for you, turn you, and take your journey into the wilderness by the way to the Red Sea.
41 Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız.
Then ye answered and said unto me, We have sinned against the LORD, we will go up and fight, according to all that the LORD our God commanded us. And ye girded on every man his weapons of war, and were forward to go up into the mountain.
42 Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”.
And the LORD said unto me, Say unto them, Go not up, neither fight; for I am not among you; lest ye be smitten before your enemies.
43 Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz.
So I spake unto you, and ye hearkened not; but ye rebelled against the commandment of the LORD, and were presumptuous, and went up into the mountain.
44 Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar.
And the Amorites, which dwelt in that mountain, came out against you, and chased you, as bees do, and beat you down in Seir, even unto Hormah.
45 Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı.
And ye returned and wept before the LORD; but the LORD hearkened not to your voice, nor gave ear unto you.
46 Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.
So ye abode in Kadesh many days, according unto the days that ye abode [there].

< Qanunun Təkrari 1 >