< Daniel 8 >

1 Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi.
貝爾沙匝王在位第三年,在以前顯現給我的異象之後,又有異象顯現給我達尼爾。
2 Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.
我觀看這異象;我觀看時,恍惚見我在厄藍省的穌撒禁城;在神視中,我恍惚見我在烏來河畔。
3 Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı.
我舉目仰視,看見有一隻公綿羊站在河畔,牠有兩隻角,這兩隻角都很高,但一隻角卻高於另一隻角,且那較高的是較晚長出來的。
4 Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi.
我見那隻公綿羊向西、向北、向南牴撞,走獸中沒有能抵禦牠,能擺脫牠勢力的;牠任意行事,自高自大。
5 Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi.
我定睛注視之時,看見有一隻公山羊由西而來,跑遍天下而腳不著地;這隻公山羊在兩眼之間,有一隻顯著的角。
6 O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı.
牠來到我所見立在河畔而有兩隻角的公綿羊那裏,就憤怒地猛力向牠衝去。
7 Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı.
我見牠走近公綿羊前憤怒地觝撞牠,將牠的雙角撞斷,那公綿羊就再無力抵抗,公山羊把牠擊倒在地,用腳踐踏,竟沒有誰能救公綿羊擺脫牠的勢力。
8 Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı.
後來這公山羊長的極其強大;正當牠極強大的時候,牠那隻高大的角被折斷了,代替這角而生出來的是四隻卓絕的角,向著天下四方:
9 Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı.
其中之一又生出一小角來,長得極其高大,向南、向東,亦向著光華之地。
10 Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı.
這角逐漸增高,直達天上的萬象,且把一些天象和星宿打落在地,加以蹂躪。
11 Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu.
他又自高自大,直達天象之君,取消了他的日常祭,破壞了他的聖所,且加以劫掠;
12 Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı.
又在獻日常祭處,安放了罪孽,將真理拋棄於地;他如此作了,也成功了。
13 Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?»
我聽見一位聖者在說話,另一位聖者問那說話的說:「關於廢除日常祭,招致毀滅的罪孽,聖所和天軍遭蹂躪的異象,要延長到何時呢﹖」
14 Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq».
那說話的回答他說:「要延長二千三百晝夜,以後聖所再要恢復原狀。」
15 Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı.
我達尼爾見了這異象之後,便渴望明瞭其中的意義;看見有一個外貌像人的立在我面前,
16 Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi.
同時我聽見在烏來河中間有人的聲音呼喊說:「加俾額爾! 給這人解說這異象罷! 」
17 O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir».
他便向我站立的地方走來;我見他來近,就害怕起來,俯伏在地;他對我說:「人子,你要明白! 這異象是關於末世時期的。」
18 O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı
他與我說話時,我就昏迷過去了,臉伏於地上;他撫摸了我,使我起來,站在原處。
19 və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir.
他說:「看,我要把在盛怒末期將要發生的事告訴你,因為這事是關於末期的。
20 Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır.
你所見具有兩角的公綿羊是瑪待和波斯君王,
21 Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır.
多毛的公山羊是雅汪君王,牠兩眼之間高大的角是第一位君王,
22 Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq.
代替被折斷的腳而另生出的四隻角,是指由他的民族中崛起的四個王國,但沒有前一個那樣強盛。
23 Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq.
在他們王國的末期,惡貫滿盈之時,要興起一位面貌凶惡,詭計多端的君王。
24 O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq.
他必勢力強大,但那力量不是出於自己;他卻有驚人的破壞力,他所行的無不成功,要摧毀強有力者和聖民,
25 Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq.
憑自己的機智必攻擊聖民,靠自己的權術獲得成功;他心中妄自尊大,趁人不備而毀滅許多人民,且起而攻擊萬君之君,但終於未經人手而自趨崩潰。
26 Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir».
關於所說的晝夜數目的異象,是真實的,但你對這異象要保守秘密,因為是關於遙遠日期的事而說的。」
27 Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.
我達尼爾疲憊患病數日,然後纔起來處理君王的政務。我對這異象仍驚奇不已,因我不能明白其中的意義。

< Daniel 8 >