< Daniel 7 >

1 Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi.
巴比伦王伯沙撒元年,但以理在床上做梦,见了脑中的异象,就记录这梦,述说其中的大意。
2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır.
但以理说: 我夜里见异象,看见天的四风陡起,刮在大海之上。
3 Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı.
有四个大兽从海中上来,形状各有不同:
4 Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi.
头一个像狮子,有鹰的翅膀;我正观看的时候,兽的翅膀被拔去,兽从地上得立起来,用两脚站立,像人一样,又得了人心。
5 Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye».
又有一兽如熊,就是第二兽,旁跨而坐,口齿内衔着三根肋骨。有吩咐这兽的说:“起来吞吃多肉。”
6 Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi.
此后我观看,又有一兽如豹,背上有鸟的四个翅膀;这兽有四个头,又得了权柄。
7 Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi.
其后我在夜间的异象中观看,见第四兽甚是可怕,极其强壮,大有力量,有大铁牙,吞吃嚼碎,所剩下的用脚践踏。这兽与前三兽大不相同,头有十角。
8 Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi.
我正观看这些角,见其中又长起一个小角;先前的角中有三角在这角前,连根被它拔出来。这角有眼,像人的眼,有口说夸大的话。
9 Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
我观看, 见有宝座设立, 上头坐着亘古常在者。 他的衣服洁白如雪, 头发如纯净的羊毛。 宝座乃火焰, 其轮乃烈火。
10 Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı.
从他面前有火,像河发出; 事奉他的有千千, 在他面前侍立的有万万; 他坐着要行审判, 案卷都展开了。
11 O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı.
那时我观看,见那兽因小角说夸大话的声音被杀,身体损坏,扔在火中焚烧。
12 Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı.
其余的兽,权柄都被夺去,生命却仍存留,直到所定的时候和日期。
13 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi.
我在夜间的异象中观看, 见有一位像人子的, 驾着天云而来, 被领到亘古常在者面前,
14 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
得了权柄、荣耀、国度, 使各方、各国、各族的人都事奉他。 他的权柄是永远的,不能废去; 他的国必不败坏。
15 Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı.
至于我—但以理,我的灵在我里面愁烦,我脑中的异象使我惊惶。
16 Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi:
我就近一位侍立者,问他这一切的真情。他就告诉我,将那事的讲解给我说明:
17 «Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır.
这四个大兽就是四王将要在世上兴起。
18 Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq».
然而,至高者的圣民,必要得国享受,直到永永远远。
19 Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı.
那时我愿知道第四兽的真情,它为何与那三兽的真情大不相同,甚是可怕,有铁牙铜爪,吞吃嚼碎,所剩下的用脚践踏;
20 Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi.
头有十角和那另长的一角,在这角前有三角被它打落。这角有眼,有说夸大话的口,形状强横,过于它的同类。
21 Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir;
我观看,见这角与圣民争战,胜了他们。
22 o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi.
直到亘古常在者来给至高者的圣民伸冤,圣民得国的时候就到了。
23 O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək.
那侍立者这样说: 第四兽就是世上必有的第四国, 与一切国大不相同, 必吞吃全地, 并且践踏嚼碎。
24 On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq.
至于那十角,就是从这国中必兴起的十王, 后来又兴起一王, 与先前的不同; 他必制伏三王。
25 Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək.
他必向至高者说夸大的话, 必折磨至高者的圣民, 必想改变节期和律法。 圣民必交付他手一载、二载、半载。
26 Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq.
然而,审判者必坐着行审判; 他的权柄必被夺去, 毁坏,灭绝,一直到底。
27 Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
国度、权柄,和天下诸国的大权 必赐给至高者的圣民。 他的国是永远的; 一切掌权的都必事奉他,顺从他。
28 Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.
那事至此完毕。至于我—但以理,心中甚是惊惶,脸色也改变了,却将那事存记在心。

< Daniel 7 >