< Daniel 6 >

1 Dara qərara aldı ki, ölkəyə başçılıq etmək üçün padşahlığın bütün ərazisinə yüz iyirmi canişin təyin etsin,
It pleased Darius to set over the kingdom an hundred and twenty princes, which should be over the whole kingdom;
2 onlara isə üç vəzir başçılıq etsin. Bu canişinlər onlara hesabat versin, padşaha da ziyan dəyməsin. Həmin üç vəzirdən biri Daniel idi.
And over these three presidents; of whom Daniel was first: that the princes might give accounts unto them, and the king should have no damage.
3 Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun.
Then this Daniel was preferred above the presidents and princes, because an excellent spirit was in him; and the king thought to set him over the whole realm.
4 Belə olanda vəzirlər və canişinlər Danieli ölkənin idarə işlərində ittiham etmək üçün bir bəhanə axtarmağa başladılar, ancaq heç bir bəhanə və təqsir tapa bilmədilər, çünki Daniel etibarlı idi və onda heç bir səhv yaxud təqsir tapılmadı.
Then the presidents and princes sought to find occasion against Daniel concerning the kingdom; but they could find none occasion nor fault; forasmuch as he was faithful, neither was there any error or fault found in him.
5 Nəhayət, bu adamlar dedi: «Əgər bu adamın – Danielin Allahının dinində onun əleyhinə bir şey tapmasaq, ona qarşı bir bəhanə tapa bilməyəcəyik».
Then said these men, We shall not find any occasion against this Daniel, except we find it against him concerning the law of his God.
6 Onda bu vəzirlər və canişinlər padşahın yanına gəldi və ona belə dedi: «Qoy padşah Dara həmişə sağ olsun!
Then these presidents and princes assembled together to the king, and said thus unto him, King Darius, live for ever.
7 Ölkənin bütün vəzirləri, əmirləri, canişinləri, müşavirləri və valiləri birlikdə razılaşdı ki, belə bir padşah fərmanı və qadağan əmri verilsin: ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın.
All the presidents of the kingdom, the governors, and the princes, the counsellors, and the captains, have consulted together to establish a royal statute, and to make a firm decree, that whosoever shall ask a petition of any God or man for thirty days, save of you, O king, he shall be cast into the den of lions.
8 Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala».
Now, O king, establish the decree, and sign the writing, that it be not changed, according to the law of the Medes and Persians, which alters not.
9 Padşah Dara belə bir fərmanı və qadağan əmrini imzaladı.
Wherefore king Darius signed the writing and the decree.
10 Daniel belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi.
Now when Daniel knew that the writing was signed, he went into his house; and his windows being open in his chamber toward Jerusalem, he kneeled upon his knees three times a day, and prayed, and gave thanks before his God, as he did in old times.
11 Onda bu adamlar birlikdə oraya gedib Danielin Allaha dua etdiyini və yalvardığını gördülər.
Then these men assembled, and found Daniel praying and making supplication before his God.
12 Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir».
Then they came near, and spoke before the king concerning the king's decree; Have you not signed a decree, that every man that shall ask a petition of any God or man within thirty days, save of you, O king, shall be cast into the den of lions? The king answered and said, The thing is true, according to the law of the Medes and Persians, which alters not.
13 O vaxt onlar padşaha dedi: «Ey padşah, sürgün olunmuş Yəhudalılardan olan Daniel səni və imzaladığın qadağan əmrini saymayaraq gündə üç dəfə dua edir».
Then answered they and said before the king, That Daniel, which is of the children of the captivity of Judah, regards not you, O king, nor the decree that you have signed, but makes his petition three times a day.
14 Padşah bu sözləri eşidəndə çox kədərləndi və ürəyində niyyət etdi ki, Danieli qurtarsın. Padşah hətta günəş batana qədər onu xilas etməyə çalışdı.
Then the king, when he heard these words, was sore displeased with himself, and set his heart on Daniel to deliver him: and he laboured till the going down of the sun to deliver him.
15 Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz».
Then these men assembled unto the king, and said unto the king, Know, O king, that the law of the Medes and Persians is, That no decree nor statute which the king establishes may be changed.
16 Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!»
Then the king commanded, and they brought Daniel, and cast him into the den of lions. Now the king spoke and said unto Daniel, Your God whom you serve continually, he will deliver you.
17 Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi.
And a stone was brought, and laid upon the mouth of the den; and the king sealed it with his own signet, and with the signet of his lords; that the purpose might not be changed concerning Daniel.
18 Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı.
Then the king went to his palace, and passed the night fasting: neither were instruments of music brought before him: and his sleep went from him.
19 Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi.
Then the king arose very early in the morning, and went in haste unto the den of lions.
20 Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?»
And when he came to the den, he cried with a lamentable voice unto Daniel: and the king spoke and said to Daniel, O Daniel, servant of the living God, is your God, whom you serve continually, able to deliver you from the lions?
21 Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun!
Then said Daniel unto the king, O king, live for ever.
22 Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm».
My God has sent his angel, and has shut the lions' mouths, that they have not hurt me: forasmuch as before him innocence was found in me; and also before you, O king, have I done no hurt.
23 Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi.
Then was the king exceedingly glad for him, and commanded that they should take Daniel up out of the den. So Daniel was taken up out of the den, and no manner of hurt was found upon him, because he believed in his God.
24 Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı.
And the king commanded, and they brought those men which had accused Daniel, and they cast them into the den of lions, them, their children, and their wives; and the lions had the mastery of them, and brake all their bones in pieces before even they came at the bottom of the den.
25 O zaman padşah Dara bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan adamlara belə yazdı: «Sülhünüz bol olsun!
Then king Darius wrote unto all people, nations, and languages, that dwell in all the earth; Peace be multiplied unto you.
26 Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin. O, var olan Allahdır, əbədi olaraq mövcuddur, Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur.
I make a decree, That in every dominion of my kingdom men tremble and fear before the God of Daniel: for he is the living God, and steadfast for ever, and his kingdom that which shall not be destroyed, and his dominion shall be even unto the end.
27 O qurtarıb xilas edər, göydə və yerdə əlamətlər, Möcüzələr göstərər. Danieli şirlərin pəncəsindən O qurtardı».
He delivers and rescues, and he works signs and wonders in heaven and in earth, who has delivered Daniel from the power of the lions.
28 Bu adam – Daniel Daranın, Fars Kirin padşahlığında uğur qazandı.
So this Daniel prospered in the reign of Darius, and in the reign of Cyrus the Persian.

< Daniel 6 >