< Daniel 5 >

1 Padşah Belşassar min nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi.
בלשאצר מלכא עבד לחם רב לרברבנוהי אלף ולקבל אלפא חמרא שתה׃
2 Belşassar şərab içərkən əmr etdi ki, babası Navuxodonosorun Yerusəlimdəki məbəddən çıxardığı qızıl və gümüş qabları gətirsinlər və padşah, əyanları, arvadları və cariyələri onlarla şərab içsin.
בלשאצר אמר בטעם חמרא להיתיה למאני דהבא וכספא די הנפק נבוכדנצר אבוהי מן היכלא די בירושלם וישתון בהון מלכא ורברבנוהי שגלתה ולחנתה׃
3 Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladı.
באדין היתיו מאני דהבא די הנפקו מן היכלא די בית אלהא די בירושלם ואשתיו בהון מלכא ורברבנוהי שגלתה ולחנתה׃
4 Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdi.
אשתיו חמרא ושבחו לאלהי דהבא וכספא נחשא פרזלא אעא ואבנא׃
5 Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü.
בה שעתה נפקו אצבען די יד אנש וכתבן לקבל נברשתא על גירא די כתל היכלא די מלכא ומלכא חזה פס ידה די כתבה׃
6 Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı.
אדין מלכא זיוהי שנוהי ורעינהי יבהלונה וקטרי חרצה משתרין וארכבתה דא לדא נקשן׃
7 Padşah ucadan qışqırdı ki, ovsunçuları, Xaldeyli müdrikləri və falçıları gətirsinlər. Gələn Babil müdriklərinə padşah belə dedi: «Kim bu yazılanı mənə oxuyub mənasını izah etsə, ona qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaq».
קרא מלכא בחיל להעלה לאשפיא כשדיא וגזריא ענה מלכא ואמר לחכימי בבל די כל אנש די יקרה כתבה דנה ופשרה יחונני ארגונא ילבש והמונכא די דהבא על צוארה ותלתי במלכותא ישלט׃
8 Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər.
אדין עללין כל חכימי מלכא ולא כהלין כתבא למקרא ופשרא להודעה למלכא׃
9 Onda padşah Belşassar daha da vahiməyə düşdü və bənizi soldu, əyanları da heyrətə düşdü.
אדין מלכא בלשאצר שגיא מתבהל וזיוהי שנין עלוהי ורברבנוהי משתבשין׃
10 Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: «Qoy padşah həmişə sağ olsun, fikirlərin səni vahiməyə salmasın, bənizin də solmasın.
מלכתא לקבל מלי מלכא ורברבנוהי לבית משתיא עללת ענת מלכתא ואמרת מלכא לעלמין חיי אל יבהלוך רעיונך וזיויך אל ישתנו׃
11 Sənin padşahlığında müqəddəs allahların ruhuna malik olan bir adam var. Sənin babanın dövründə o, nuraniliyə, dərrakəyə və allahların müdrikliyi qədər müdrikliyə malik olması ilə tanınırdı. Baban padşah Navuxodonosorun özü onu sehrbazların, ruhçağıranların, Xaldeyli müdriklərin və əlamət baxıcılarının başçısı qoymuşdu.
איתי גבר במלכותך די רוח אלהין קדישין בה וביומי אבוך נהירו ושכלתנו וחכמה כחכמת אלהין השתכחת בה ומלכא נבכדנצר אבוך רב חרטמין אשפין כשדאין גזרין הקימה אבוך מלכא׃
12 Çünki padşahın Belteşassar adlandırdığı bu adam – Daniel iti ağla, biliyə, dərrakəyə, yuxuları yozmaq, müəmmaları açmaq və çətinlikləri həll etmək qabiliyyətinə malik olması ilə tanınmışdı. İndi qoy Danieli çağırsınlar, o sənə bunun mənasını izah edəcək».
כל קבל די רוח יתירה ומנדע ושכלתנו מפשר חלמין ואחוית אחידן ומשרא קטרין השתכחת בה בדניאל די מלכא שם שמה בלטשאצר כען דניאל יתקרי ופשרה יהחוה׃
13 Onda Danieli padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: «Padşah babamın Yəhudadan sürgün edərək gətirdiyi Yəhudalılardan olan Daniel sənsənmi?
באדין דניאל העל קדם מלכא ענה מלכא ואמר לדניאל אנתה הוא דניאל די מן בני גלותא די יהוד די היתי מלכא אבי מן יהוד׃
14 Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var, nuranilik, dərrakə və böyük müdriklik sahibisən.
ושמעת עליך די רוח אלהין בך ונהירו ושכלתנו וחכמה יתירה השתכחת בך׃
15 Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi.
וכען העלו קדמי חכימיא אשפיא די כתבה דנה יקרון ופשרה להודעתני ולא כהלין פשר מלתא להחויה׃
16 Sənin barəndə isə eşitmişəm ki, yozum verib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını izah edə bilsən, sənə qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaqsan».
ואנה שמעת עליך די תוכל פשרין למפשר וקטרין למשרא כען הן תוכל כתבא למקרא ופשרה להודעתני ארגונא תלבש והמונכא די דהבא על צוארך ותלתא במלכותא תשלט׃
17 Onda Daniel padşaha cavab verdi: «Qoy hədiyyələrin özünə qalsın, mükafatlarını da başqasına ver. Yazılanı isə mən padşaha oxuyub mənasını izah edə bilərəm.
באדין ענה דניאל ואמר קדם מלכא מתנתך לך להוין ונבזביתך לאחרן הב ברם כתבא אקרא למלכא ופשרא אהודענה׃
18 Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi.
אנתה מלכא אלהא עליא מלכותא ורבותא ויקרא והדרה יהב לנבכדנצר אבוך׃
19 Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı.
ומן רבותא די יהב לה כל עממיא אמיא ולשניא הוו זאעין ודחלין מן קדמוהי די הוה צבא הוא קטל ודי הוה צבא הוה מחא ודי הוה צבא הוה מרים ודי הוה צבא הוה משפיל׃
20 Ancaq ürəyi qürurlanıb inadkar olanda padşahlıq taxtından salındı və izzəti əlindən alındı.
וכדי רם לבבה ורוחה תקפת להזדה הנחת מן כרסא מלכותה ויקרה העדיו מנה׃
21 O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur.
ומן בני אנשא טריד ולבבה עם חיותא שוי ועם ערדיא מדורה עשבא כתורין יטעמונה ומטל שמיא גשמה יצטבע עד די ידע די שליט אלהא עליא במלכות אנשא ולמן די יצבה יהקים עליה׃
22 Sən – onun övladı Belşassar da bütün bunları bildiyin halda itaətkarlıq etmədin,
ואנתה ברה בלשאצר לא השפלת לבבך כל קבל די כל דנה ידעת׃
23 əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin.
ועל מרא שמיא התרוממת ולמאניא די ביתה היתיו קדמיך ואנתה ורברבניך שגלתך ולחנתך חמרא שתין בהון ולאלהי כספא ודהבא נחשא פרזלא אעא ואבנא די לא חזין ולא שמעין ולא ידעין שבחת ולאלהא די נשמתך בידה וכל ארחתך לה לא הדרת׃
24 Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı.
באדין מן קדמוהי שליח פסא די ידא וכתבא דנה רשים׃
25 Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin.
ודנה כתבא די רשים מנא מנא תקל ופרסין׃
26 Sözlərin mənası isə budur: Mene – Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu;
דנה פשר מלתא מנא מנה אלהא מלכותך והשלמה׃
27 Teqel – sən tərəzidə çəkildin və yüngül olduğun bilindi;
תקל תקילתה במאזניא והשתכחת חסיר׃
28 Peres – sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi».
פרס פריסת מלכותך ויהיבת למדי ופרס׃
29 Onda Belşassarın əmri ilə Danielə qırmızı libas geyindirdilər, boynuna qızıl zəncir asdılar və o, padşahlıqda üçüncü adam elan olundu.
באדין אמר בלשאצר והלבישו לדניאל ארגונא והמונכא די דהבא על צוארה והכרזו עלוהי די להוא שליט תלתא במלכותא׃
30 Həmin gecə Xaldey padşahı Belşassar öldürüldü.
בה בליליא קטיל בלאשצר מלכא כשדיא׃
31 Altmış iki yaşlı Midiyalı Dara hakimiyyəti əlinə aldı.
ודריוש מדיא קבל מלכותא כבר שנין שתין ותרתין׃

< Daniel 5 >